Ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət

 

Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Murad Mərcanın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 28- Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı qurucusu, türk dünyasının lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşdur.

Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanını ziyarət edən qonaqlar Azərbaycanın müstəqilliyi ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anmış, məzarları üstünə tər güllər düzmüş, "Əbədi məşəl" abidəsinin şəhid türk əsgərlərinin memorialının önünə əklil qoymuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 3.