Uşaq gənclər mətbuatının vəziyyəti müzakirə edilmişdir

 

Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə oktyabrın 28- "Azərbaycan gəncləri" qəzetinin 90 illik yubileyinə həsr olunmuş "Azərbaycan KİV sistemində uşaq gənclər mətbuatının rolu: dünən, bu gün, sabah" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Tədbiri açan MŞ-nin sədri Əflatun Amaşov uşaq gənclərlə bağlı mətbuat orqanlarının inkişafının zəruriliyini qeyd etmişdir.

"Dəyirmi masa"da çıxış edən digər natiqlər uşaq gənclər mətbuatı sistemində onilliklər boyu lider olan "Azərbaycan gəncləri" qəzetinin respublikanın mərkəzi KİV-ləri üçün baza rolu oynadığını vurğulamışlar.

Tədbirdə respublikamızda uşaq gənclər mətbuatının cəmiyyətdəki rolunun artırılması, onların dövriliyinin sabitləşdirilməsi, həmçinin çətinliklərin aradan qaldırılması ilə bağlı fikirlər səsləndirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 oktyabr.- S. 3.