Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunda olmuşdur

 

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərini başa çatdıraraq Ağsu rayonuna gəlmişdir.

Prezident İlham Əliyev xanımı Mehriban Əliyeva Ağsu şəhərinin mərkəzindəki Heydər parkında ulu öndərin abidəsini ziyarət etmiş, parkda aparılmış yenidənqurma abadlıq işləri ilə tanış olmuşlar.

Dövlətimizin başçısı xanımı Heydər Əliyev Mərkəzinin açılış mərasimində iştirak etmiş, burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüşlər.

Sonra Prezident İlham Əliyev Ağsu Rayon İcra Hakimiyyətinin inzibati binasının açılışında, şəhər stadionunun Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin təməlqoyma mərasimində iştirak etmiş, "Az-Qranata" MMC-nin şirələr şərab emalı zavodunda aparılan tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Ağsuya səfəri çərçivəsində dövlətimizin başçısı xanımı Qəhrəmanlar parkının açılışında da iştirak etmişlər.

Bununla da Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başa çatmışdır.

(Dövlətimizin başçısının Ağsu rayonuna səfəri barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc olunacaqdır).

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 oktyabr.- S. 4.