Prezident İlham Əliyev Ağsuda Qəhrəmanlar parkının açılışında iştirak etmişdir

 

Oktyabrın 29-da Ağsu şəhərində Qəhrəmanlar parkının açılışı olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Dövlətimizin başçısı xanımı parkda aparılmış abadlıq quruculuq işləri ilə tanış oldular.

Prezident İlham Əliyevə məlumat verildi ki, tikintisinə 2008-ci ildən başlanılmış Qəhrəmanlar parkının ərazisi bir hektardır. Müasir memarlıq üslubunda tikilmiş parkın layihə tərtibatında üç tarixi hadisənin qəhrəmanlıq rəmzi ifadə olunmuşdur. Kompleksdə II Dünya müharibəsində həlak olmuş həmyerlilərimizin, 20 Yanvar şəhidlərinin Qarabağ müharibəsində həlak olmuş 104 şəhidin əziz xatirəsi əksini tapmışdır. Burada "Əbədi məşəl" alovlanır.

Kompleksin döşəmə divarları qara qırmızı qranitlə işlənilmişdir. Tikintinin sahəsi 3600 kvadratmetrdir. Kompleksin ətrafında 4862 kvadratmetr yaşıllıq salınmış, min ədəd həmişəyaşıl ağac əkilmiş, suvarma sistemi yenidən qurulmuşdur.

Dövlətimizin başçısı görülmüş işlərdən razılığını bildirdi, tapşırıq tövsiyələrini verdi.

 

* * *

 

Bununla da Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 3.