Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında

 

"Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli fərmanına uyğun olaraq qərara alıram:

 

1. Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

 

Əsədullayev Aydın Nüsrət oğlu

Sarıyev Qara Əli oğlu

 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 31 oktyabr.- S. 3.