Prezidentin mətbuat xidmətinin məlumatı

 

Sentyabrın 3-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Türkmənistan Prezidenti dövlətimizin başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan ayı münasibətilə təbrik etmişdir. Prezident İlham Əliyev minnətdarlığını bildirmiş, Türkmənistan dövlətinin başçısına və Türkmənistan xalqına bu münasibətlə təbriklərini çatdırmışdır.

Prezidentlər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparmışlar.

Dövlət başçıları ölkələrimiz arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi üçün geniş potensialın mövcud olduğunu vurğulamışlar.

 

 

Azərbaycan.- 2009.- 4 sentyabr.- S. 1.