Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət

 

SSRİ-nin və Rusiya Federasiyasının xalq artisti Alla Puqaçova sentyabrın 4-də Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstəsi qoymuşdur.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunmuş, məzarı üzərinə güllər düzülmüşdür.

A.Puqaçova görkəmli Azərbaycan müğənnisi, SSRİ xalq artisti, Azərbaycan dövlətinin ali mükafatlarına - "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülmüş Müslüm Maqomayevin də xatirəsini yad etmiş, məzarı üzərinə gül dəstəsi qoymuşdur.

Sonra qonaq Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzmüşdür.

 

 

Azərbaycan.- 2009.- 5 sentyabr.- S. 2.