Azərbaycan pauerliftinqin inkişaf səviyyəsinə görə dünyada lider ölkələrdən biridir

 

Bunu Bakıda səfərdə olan Dünya Pauerliftinq Konqresinin (DPK) prezidenti Mayk Sviney AzərTAc-ın müxbirinə müsahibəsində bildirmişdir.

Qonaq demişdir ki, DPK idmanın bu növündə ən nüfuzlu təşkilatdır. Bakıya gəlişimin əsas məqsədi Azərbaycanda idmanın bu növündə inkişaf yollarını öyrənib, dünya birliyinə çatdırmaqdır.

Xatırladaq ki, Mayk Sviney Bakıda başlamış açıq ölkə çempionatına qonaq qismində dəvət olunmuşdur. "Xəmsə" əyləncə mərkəzində keçirilən yarışda 12 çəki dərəcəsi üzrə 80-ə yaxın idmançı iştirak edir.

 

 

Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 1.