Seul Milli Universitetinin kitabxanasında Azərbaycan bölməsi açılıb

 

Azərbaycanın Koreyadakı səfirliyinin təşəbbüsü ilə qarşılıqlı razılaşma əsasında Asiya ölkələrində reytinq cədvəlinə görə dördüncü, Koreyada isə birinci olan Seul Milli Universitetinin kitabxanasında ölkəmizin xarici və daxili siyasətini, iqtisadiyyatını, mədəniyyətini, turizm imkanlarını və digər sahələri əks etdirən materiallardan ibarət "Azəbaycan La-of Fire" adlı bölmə açılıb.

Bölmə Azərbaycan səfirliyi tərəfindən himayəyə götürülərək mütəmadi yeni materiallarla təmin olunur. Bölmənin kitab fondunun zənginləşməsi vasitəsilə qorunub saxlanılması və genişləndirilməsi üçün Heydər Əliyev Fondu, Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və digər əlaqədar qurumlar ona dəstək verir.

 

 

Azərbaycan.- 2009.- 6 sentyabr.- S. 5.