Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş müsabiqə

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu "Ərəb filologiyası sahəsində gənc alimlərin ən yaxşı elmi-tədqiqat əsəri" adlı müsabiqə elan etmişdir.

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın 70 illik yubileyinə həsr olunmuş müsabiqədə yaşı 35-dək olan magistr, aspirant, dissertant və gənc alimlərin iştirakı nəzərdə tutulmuşdur.

Müsabiqədə iştirak etmək istəyənlər elmi işlərini sentyabrın 10-dan oktyabrın 1-dək AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutuna (H.Cavid prospekti, 31) təqdim edə bilərlər.

Əlaqə telefonları: 438-87-55; 439-23-63.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 10 sentyabr.- S. 3.