Aktau Beynəlxalq hava limanında qarşılanma

 

Sentyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana səfərə gəlmişdir.

Azərbaycan dövlətinin başçısını Aktau beynəlxalq hava limanında Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

Milli geyimli qız Azərbaycan Prezidentinə gül dəstəsi təqdim etdi.

Sonra Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Dmitri Medvedev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla birgə Aktau beynəlxalq hava limanının yeni istifadəyə verilmiş binası ilə tanış oldular.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 sentyabr.- S. 1.