Azərbaycan Respublikasının neft sənayesi işçilərinə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında

 

Azərbaycan neftçilərinin peşə bayramı və "Əsrin müqaviləsi"nin 15 illiyi ilə əlaqədar ölkənin neft sənayesinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı verilsin:

 

Cəfərov Telman Muxtar oğlu

Əhmədov Tapdıq Əhməd oğlu

Əliyev Vaqif Vəli oğlu

İsmayılov Elman Abbas oğlu

Yusubov Namaz Puti oğlu

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 15 sentyabr.- S. 1.