Yerevan tatamisinin fatehləri Vətənə qayıtmışlar

 

Sentyabrın 14-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Yerevanda keçirilən gənclər arasında Avropa çempionatında böyük uğurla çıxış etmiş Azərbaycan cüdoçularının təntənəli qarşılanma mərasimi olmuşdur.

Xatırladaq ki, Avro-2009 yarışlarında Azərbaycan beş medal qazanmışdır. Elmar Qasımov (100 kiloqram) qızıl medala, İlqar Müşkiyev (55 kiloqram) gümüş medala, Rasim Əsədullayev (60 kiloqram), Fəqan Eminoğlu (66 kiloqram), Ramin Qurbanov (81 kiloqram) bürünc medallara layiq görülmüşlər.

Qitə birinciliyinin sonuncu günü qızıl medal qazanmış Elmar Qasımov çıxışını 1/16 finaldan başlamış və elə ilk görüşdə fransalı Klement Delvertə qalib gəlmişdir. Sonra o, Avstriya nümayəndəsi Qabor Geyeri məğlub etmişdir. Yarımfinalda cüdoçumuz belarus Anton Martsuleviç üzərində qələbə qazanmışdır. Finala çıxmaq uğrunda polyak Tomas Domanski ilə mübarizə aparan Elmar ona da qalib gəlmişdir. İdmançımız final görüşündə çex Lukas Kpraleki 21 saniyəyə məğlub etmişdir.

Hava limanına toplaşmış Azərbaycan idman ictimaiyyətinin, federasiyaların, idman klublarının nümayəndələri, vətəndaşlar idmançılarımızı alqışlar, gül-çiçək musiqi ilə qarşılamışlar.

Elmar Qasımov jurnalistlərə müsahibəsində demişdir ki, qələbəsini Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr etmişdir. Cüdoçularımız Yerevanda müəyyən psixoloji təzyiqə məruz qalsalar da, onların hamısı qəti əmin idilər ki, bu ölkədə məğlub olmamalıdırlar. Azərbaycanda onlardan yalnız qələbə gözləyirlər. İdmançılarımız vədlərini yerinə yetirmiş hamımıza böyük bayram sevinci bəxş etmişlər.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov bildirmişdir ki, Yerevanda Azərbaycan himninin səslənməsi, dövlət bayrağının beş dəfə qaldırılması, idmançılarımızın çempionatda layiqli çıxışı bir daha göstərir ki, Azərbaycan idmanı son illər Prezident İlham Əliyevin diqqət qayğısı sayəsində ən yüksək zirvələrə qalxmışdır.

Bakı sakinləri idmançıları aparan avtomobil karvanını yolboyu salamlamışlar.

Həmin gün Azərbaycan yığması Heydər Əliyev Sarayının önündəki parkda olmuş, ümummilli liderin abidəsi önünə əklil güllər qoymuşlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 15 sentyabr.- S. 5.