Cənab Prezident, bu, Sizin qələbənizdir!

 

...O gün uzaqda deyil. Yağı düşmən də indi bunu daha gözəl anlayır. Bilir ki, artıq Azərbaycanın qarşısında tab gətirməsi, onun torpağını işğalda saxlaması mümkünsüzdür.

Azərbaycan bayrağını İrəvanda dalğalandıran, düşməni himnimizin sədaları altında baş mərkəzində ayaqda durmağa vadar edən Azərbaycan oğullarının intiqam yanğısı indi yağını daha böyük vahiməyə salır.

Azərbaycanın Baş sərkərdəsinin, Ali Baş Komandanın düşmənə mesajı isə konkretdir: "Vaxt gələcək və Azərbaycan əsgəri işğal olunmuş torpaqlarda, Dağlıq Qarabağda, Şuşada, Xankəndidə Azərbaycan bayrağını qaldıracaqdır. O vaxt gələcək. Azərbaycanın hərtərəfli inkişafı, bizim iqtisadi, hərbi qüdrətimiz bu günü yaxınlaşdırır".

Bəli, Azərbaycan əsgəri bu gün qarşıya qoyulan istənilən döyüş tapşırığını tam yerinə yetirməyə qadirdir!

Azərbaycan əsgəri bu gün öz döyüş qabiliyyəti, təchizatı, vətənpərvərliyi ilə seçilməkdə, yağıya göz dağı verməkdədir!

Azərbaycan əsgəri Ali Baş Komandanın etimadını tam doğrultmaq iqtidarındadır!

Azərbaycan əsgəri bu gün Ali Baş Komandanın əmri ilə bir həmlədə düşməni darmadağın etməyə, onu işğal olunmuş torpaqlardan geri atmağa hazırdır!

Azərbaycan əsgəri bu gün Vətənin etibarlı müdaifəsini tam təmin etmək gücündədir!

Bütün bunlara qabil olan Azərbaycan əsgəri Prezidentin - Ali Baş Komandanın ona daim xüsusi qayğı göstərdiyini, bütün problemlərinin həllinə böyük həssaslıqla yanaşdığını yaxşı bilir, bunu gündəlik həyatında daim hiss edir. Bilir ki, onu qələbəyə aparacaq, düşməni diz çökdürəcək Ali Baş Komandanı var. Ona görə də əsgərlərlə eyni süfrə arxasında oturan, onlarla bir səngərdə olan Ali Baş Komandanın istənilən əmrini yerinə yetirmək hər bir Azərbaycan gənci üçün şərəfdir.

Çünki bu əmr Azərbaycanı qələbəyə aparır, düşməni lərzəyə salır, vətəni yağılardan təmizləyir, ölkəni daha da qüdrətli və möhkəm edir.

Elə bu səbəbdəndir ki, Azərbaycan xalqı, Azərbaycan gəncliyi öz Prezidentinə tam etimad göstərir, ona güvənir, ona inanır. Məhz bu güvənc və inamın nəticəsidir ki, Azərbaycan gəncləri artıq düşmənin baş mərkəzində - İrəvanda ölkəmizin bayrağını dalğalandırır, himnini səsləndirir, hər an qələbə çalmaq əzmində olduğunu düşmənə öz yerində göstərir!

Azərbaycan gənci düşmən əhatəsində qazandığı möhtəşəm qələbəsinə, ölkəsinin bayrağını yüksəltməyə vətənində ən yüksək səviyyədə böyük qiymət verilməsindən də ayrıca bir qürur hissi duyur. Qazanılan qələbəni Prezidentin ən böyük vətənpərvərlik olaraq dəyərləndirməsi, sözsüz ki, Azərbaycan gənci üçün qazanılan medallardan çox yüksək bir qalibiyyət hədiyyəsidir: "Əsl vətənpərvərliyi siz nümayiş etdirmisiniz, orada Azərbaycan bayrağını qaldırmısınız. Bundan yüksək vətənpərvərlik, bəlkə də bundan yuxarı xidmət ola bilməz".

Qələbəsinə verilən belə yüksək dəyər fonunda özünü daha güvəncli hiss edən Azərbaycan gənci indi daha böyük bir istəklə, yanğı ilə düşmənini diz çökdürməyə, onu işğal olunmuş torpaqlardan qovmağa susamaqdadır.

Çünki Azərbaycan gənci bilir ki, bunun üçün onu qələbəyə aparan Prezidenti - Ali Baş Komandanı var!

Azərbaycan gənci bilir ki, Prezidenti hər yerdə ona qayğı göstərməkdə, hətta düşmən torpağında təhlükəsizliyini təmin etməkdədir!

Azərbaycan gənci bilir ki, Prezidenti ölkəsini regionun ən qüdrətli dövlətinə çevirib!

Azərbaycan gənci bilir ki, Prezidenti ölkəsini beynəlxalq birlikdə əsas söz sahiblərindən biri edib!

Azərbaycan gənci bilir ki, düşmənini təkcə hərbdə yox, bütün cəbhələrdə hər an məğlubiyyətə uğratmaq iqtidarındadır!

Buna görə də Azərbaycan gənci, Azərbaycan əsgəri Prezidentinin - Ali Baş Komandanının etimadını doğrultmağa, bunun üçün qanından, canından keçməyə belə tam hazırdır!

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 15 sentyabr.- S. 3.