Azərbaycanın bütün bölgələri inkişaf edir, abadlaşır, müasirləşir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Quba-Qusar rayonlarına səfəri

 

Qubada ulu öndərin abidəsini ziyarət

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna gəlmişdir.

Dövlətimizin başçısı əvvəlcə Quba şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.

Prezident İlham Əliyev parkda aparılmış yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri ilə tanış oldu.

Dövlətimizin başçısına parkda görülən işlər barədə məlumat verildi. Bildirildi ki, yeddi hektar ərazini əhatə edən parkda abadlıq işləri davam etdirilir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-19  sentyabr.- S. 1.