Suvar dağ turizm mərkəzi ilə tanışlıq

 

Sentyabrın 18-də Prezident İlham Əliyev Qusarda, Şahdağın ətəyində mənzərəli bir məkanda yerləşən Suvar dağ turizm mərkəzinin fəaliyyəti ilə də tanış olmuşdur.

Məlumat verildi ki, mərkəzin ümumi ərazisi 5 hektardır. Dəniz səviyyəsindən 1850 metr hündürlükdə olan bu mərkəzdə 3, 2 və 1 otaqlı 28 kottec vardır. Onların hamısı müasir tələblər səviyyəsində və yüksək zövqlə qurulmuşdur. Mərkəzdə iki yeməkxana, avtomobillər üçün xüsusi dayanacaq da vardır.

Eyni vaxtda 100 qonağı qəbul edə bilən mərkəzin həyəti abadlaşdırılmış, gözəl şəlalə qurulmuşdur. Qonaqların mənalı istirahəti üçün ərazidən axan çayda balıq ovu ilə də məşğul olmaq mümkündür.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 19 sentyabr.- S. 5.