İki müqəddəs ocağın xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz al Səuda

 

Əlahəzrət!

Əziz qardaşım!

Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu gün Azərbaycan ilə Səudiyyə Ərəbistanını möhkəm dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Əminəm ki, münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi, əlaqələrimizin hərtərəfli genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 sentyabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 20 sentyabr.- S. 1.