Buxarest hava limanında qarşılanma

 

Sentyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Rumıniyaya rəsmi səfərə gəlmişdir.

Azərbaycanın və Rumıniyanın dövlət bayraqları ilə bəzədilmiş Henri Koande adına Buxarest Beynəlxalq Hava Limanında Azərbaycan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Rumıniyanın yüksək vəzifəli rəsmi şəxsləri qarşıladılar.

Mehriban xanıma gül dəstəsi təqdim edildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 1.