Naməlum əsgərin məzarını ziyarət

 

Rumıniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də Buxarestdəki "Karol-1" xiyabanına gələrək, naməlum əsgərin məzarını ziyarət etmişdir.

Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycanın və Rumıniyanın dövlət himnləri səsləndirildi.

Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu və İkinci dünya müharibəsi zamanı həlak olmuş rumın əsgərlərinin xatirəsini yad etdi.

Dövlətimizin başçısı xatirə kitabını imzaladı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 sentyabr.- S. 3.