Səfər başa çatdı

 

Sentyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri başa çatmışdır.

Azərbaycanın və Rumıniyanın dövlət bayraqları ilə bəzədilmiş Henri Koande adına Buxarest Beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Rumıniyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri yola saldılar.

 

* * *

 

Dövlətimizin başçısı həmin gün Bakıya qayıtmışdır.

Azərbaycan Prezidentini Heydər Əliyev adına Beynəlxalq hava limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 30 sentyabr.- S. 1.