2008-ci ilin yeni ünvanları

 

 Sentyabrın 18-də, Üzeyir Musiqi Günündə Bakı Musiqi Akademiyasının binasının əsaslı təmirdən sonra açılışı olub.

Sentyabrın 19-da Balakən rayon mərkəzinə çəkilmiş su xəttinin açılışı olub. Mərasimdə iştirak edən dövlət başçısı su xəttinin açılışını bildirən düyməni basaraq xətti işə salıb. Prezident İlham Əliyev daha sonra mərkəzi rayon elektron kitabxanasının, yeni avtovağzal binasının, ticarət mərkəzinin, yem istehsalı zavodunun açılışı mərasimlərində iştirak edib.

 Prezident İlham Əliyev sentyabrın 19-da Zaqatala şəhər stadionunun, Müalicə-Diaqnostika Mərkəzinin, Qarabağ müharibəsi əlilləri şəhid ailələri üçün 36 mənzilli dördmərtəbəli yaşayış binasının, "Qafqaz" mehmanxanasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimlərdə, Zərifə Əliyeva adına Qızlar liseyinin, hava limanının açılışı mərasimlərində iştirak edib.

Prezident İlham Əliyev sentyabrın 20-də Qəbələ şəhərində Müalicə-Diaqnostika Mərkəzinin, süd emalı zavodunun açılışı mərasimlərində iştirak edib.

Sentyabrın 20-də Oğuz rayonunda Olimpiya-İdman Kompleksinin təntənəli açılış mərasimi keçirilib. Prezident İlham Əliyev daha sonra "AFRA-otel" kurort biznes mərkəzinin açılışında iştirak edib.

Sentyabrın 23-də Bakıda Heydər Əliyev Ziya Bünyadov prospektlərinin kəsişməsində inşa olunan yeni yol qovşağının birinci hissəsi istifadəyə verilib.

 

 

Azərbaycan.-2009.-8 yanvar.-S.2.