2008-ci ilin yeni ünvanları

 

 Sentyabrın 27-də Quba şəhərinin mərkəzində görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın adını daşıyan park istifadəyə verilib.

Oktyabrın 4-də Horadiz şəhərində təbii qazın verilməsi münasibətilə mərasim keçirilib.

Oktyabrın 4-də Ağdam rayonunun Quzanlı qəsəbəsinə təbii qazın verilməsi münasibətilə mərasim keçirilib.

 Oktyabrın 7-də akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Masallı filialının açılışı olub.

Oktyabrın 7-də Biləsuvarda Olimpiya İdman Kompleksinin açılışı olub.

Oktyabrın 8-də Lənkəran Beynəlxalq Hava Limanının, Lənkəran Uşaq Sağlamlıq Mərkəzinin istifadəyə verilməsi münasibətilə açılış mərasimi keçirilib. Dövlət başçısı İlham Əliyev sonra "Cənub TV" televiziya kanalının yeni binasının istifadəyə verilməsi mərasimində iştirak edib.

 Oktyabrın 9-da Bakının Mətbuat prospektində, 593-cü məhəllədə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin yeni binası istifadəyə verilib.

 Oktyabrın 9-da Bakı Dəniz Limanında "Cabbar Həşimov" tankeri istismara verilib.

Oktyabrın 9-da Prezident İlham Əliyev "Azərbaycan" nəşriyyatında istifadəyə verilmiş rəngli ofset çap kompleksi ilə tanış olmuşdur.

1250 kvadratmetr sahəli kompleksdə Almaniya istehsalı olan "KBA COMET" çap avadanlığı quraşdırılmışdır. Ən müasir sayılan bu texniki avadanlıq, səhifələrin sayından asılı olaraq saatda 75 min nüsxə qəzet çap etməyə imkan verir. Burada eyni vaxtda iki müxtəlif qəzet çap etmək mümkündür.

 

 

Azərbaycan.-2009.-11 yanvar.-S.2.