Estoniya Prezidenti Toomas Hendrik İlvesin Azərbaycana rəsmi səfəri

 

Yanvarın 12-də Estoniya Prezidenti Toomas Hendrik İlves Azərbaycana rəsmi səfərə gəlmişdir.

Azərbaycan və Estoniyanın dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Estoniya dövlətinin başçısını Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

Milli geyimli uşaqlar Estoniya Prezidentinə və xanımına gül dəstələri təqdim etdilər.

Hava limanının ali qonaqlar üçün salonunda Prezident Toomas Hendrik İlves və Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol görüşü oldu.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-13 yanvar.-S.1.