2008-ci ilin yeni ünvanları

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin

iştirakı ilə ötən  il açılış mərasimi keçirilən obyektlər

 

 Oktyabrın 10-da Bakının Qala qəsəbəsində ilk xəstəxana, 29 nömrəli birləşmiş şəhər xəstəxanasının, 63 nömrəli uşaq bağçasının yeni binasının açılış mərasimi olub.

Prezident İlham Əliyev oktyabrın 10-da paytaxtın yaxınlığında Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılışı mərasimində iştirak edib.

Oktyabrın 10-da Bakıda Kliniki Tibbi Mərkəzin əsaslı təmir yenidənqurma işlərindən sonra açılışı olub.

Noyabrın 19-da Bakının Əzizbəyov rayonunun Şüvəlan qəsəbəsində "Şüvəlan Park" ticarət mərkəzinin açılışı olub.

Dekabrın 24-də Bakının Qaradağ rayonu ərazisində tikilmiş "Səngəçal" elektrik stansiyası istifadəyə verilib.

Dekabrın 24-də paytaxtın Qaradağ rayonu ərazisində "İnter Qlass" Açıq Səhmdar Cəmiyyətinin şüşə məmulatları zavodu istifadəyə verilib.

Dekabrın 25-də paytaxtda Heydər Əliyev adına Beynəlxalq Hava Limanı - Əzizbəyov dairəsi avtomobil yolunun açılışı olub.

Dekabrın 25-də Bakının əsas magistrallarından birinin -Heydər Əliyev prospektinin əsaslı yenidənqurmadan sonra açılışı olub.

Prezident İlham Əliyev dekabrın 25-də paytaxtın Heydər Əliyev prospektində tunel yolun yeraltı piyada keçidinin açılışında iştirak edib.

Dekabrın 27-də Bakıda, dənizkənarı Milli parkda Beynəlxalq Muğam Mərkəzinin açılışı olub.

Prezident İlham Əliyev dekabrın 25-də Bakının Heydər Əliyev, Xətai Babək prospektlərinin kəsişməsindəki körpü-tunel kompleksinin növbəti hissələrinin açılışında iştirak edib.

Dekabrın 25-də Bakıda Mərkəzi gömrük hospitalı istifadəyə verilib.

 

 

Azərbaycan.-2009.-13 yanvar.-S.2.