Daim xalqla birlikdə

 

 Yanvarın 17- Ağcabədiyə səfər edən dövlət başçısı İlham Əliyev şəhərə təbii qazın verilməsi, Heydər Əliyev Muzeyinin açılışı münasibətilə keçirilən mərasimlərdə iştirak etdi, yerli sakinlərlə görüşdü, Qarabağ müharibəsi əlilləri ilə söhbət edərək onların problemləri ilə maraqlandı.

Dövlət başçısı İlham Əliyev martın 3- Gəncə şəhərinə gəldi. Prezident bir sıra obyektlərin açılışı mərasimlərində iştirak etdi, ictimaiyyət nümayəndələri ilə görüşdü, Gəncə polad kompleksinin Det-al alüminium zavodunun təməlqoyma mərasimində yerli sakinlər qarşısında nitq söylədi.

 Martın 3- Naftalan şəhərinə gələn ölkə başçısı İlham Əliyev Heydər Əliyev parkı muzeyi, İstirahət sağlamlıq mərkəzi ilə tanış oldu. Sonra dövlət başçısının ziyalılarla görüşü keçirildi.

 Ölkə başçısı İlham Əliyev martın 4- Samux rayonuna gəldi. Prezident rayon mərkəzindəki bir sıra obyektlərə baş çəkdi, şahmat məktəbində müəllimlərlə, məktəblilərlə görüşdü.

 Prezident İlham Əliyev aprelin 18- Füzuli rayonuna səfər etdi. Dövlət başçısı Horadiz şəhərində Heydər Əliyev Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Füzuli rayonunun ərazisindəki təmas xəttində "N" hərbi hissəsində əsgər zabitlərlə görüşdü, hərbi xidmətdə fərqlənənlərə mükafatlar təqdim etdi. Zobucuq qəsəbəsində məcburi köçkünlərlə, 27 nömrəli orta məktəbdə təhsil işçiləri məktəblilərlə görüşdü.

 Martın 4- Göygöl rayonuna səfər edən dövlət başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı mərasimindən sonra Qarabağ müharibəsi əlilləri şəhid ailələri ilə görüşdü, onlar üçün tikilmiş yaşayış binasında mənzillərin orderlərini sahiblərinə təqdim etdi. Ölkə başçısı şəhid İbrahim Hüseynov adına 1 nömrəli orta məktəbdə oldu. Prezident səfərinin sonunda Yeni Zod kəndinə gedərək Ermənistandan didərgin düşmüş qaçqınlarla Kəlbəcər rayonundan olan məcburi köçkünlərlə, Qarabağ müharibəsi əlilləri ilə görüşdü.

 Aprelin 19-da Beyləqan rayonuna gələn Prezident İlham Əliyev şəhərin mərkəzindəki Heydər Əliyev adına parkda rayon sakinləri ilə görüşdü. Dövlət başçısı rayona təbii qazın verilməsi mərasimində ictimaiyyət qarşısında çıxış etdi, Qarabağ müharibəsi əlilləri şəhid ailələri ilə görüşdü.

 

 

Azərbaycan.-2009.-15 yanvar.-S.3.