Qanlı hadisələrə gedən yol

 

1990- ilin müdhiş 20 Yanvar faciəsinə qədər Azərbaycanın başı üzərindən çox qara buludlar keçmişdir. 1812-ci ildə "Gülüstan" 1828-ci ildə "Türkmənçay" sülh müqavilələrindən sonra çar Rusiyası tərəfindən planlı şəkildə ermənilərin torpaqlarımıza köçürülməsi prosesinə başlandı. Beləliklə, 1828-1898-ci illərdə Azərbaycan ərazisinə 1 milyon 200 min erməni yerləşdirildi. Bunlardan 1 milyonu indiki Ermənistanda, qalanları isə Qarabağ, Naxçıvan, Şəki, Şamaxı digər qəzalarda məskunlaşdırıldı. Xarici himayədarlarından daim dəstək alan ermənilər getdikcə azğınlaşaraq soydaşlarımızı öz dədə-baba torpaqlarından sıxışdırıb çıxarmağa başladılar. İllər ötdükcə ərazilərimiz hissə-hissə qoparılaraq sonradan yaradılmış Ermənistan dövlətinə birləşdirildi.

20 Yanvar hadisələrinin bünövrəsi isə M.Qorbaçovun "yenidənqurma" siyasətinin həyata keçirildiyi vaxtdan qoyulmuşdu. O, xalqlara azadlıq demokratiya vəd edirdi, lakin bunun əvəzində qeyri-normal vəziyyətlə, zorakılıqla qarşılaşdıq. Torpaqlarımızı daim işğal etmək üçün fürsət gözləyən ermənilər 1987-ci ildən başlayaraq Ermənistanın azərbaycanlılar yaşayan ərazilərində Dağlıq Qarabağda fitnə-fəsadlarını gücləndirmişdilər. Belə vəziyyətdə dövlət səviyyəsində DQMV-nin azərbaycanlı sakinlərinin harayına yetişən yox idi.

1988-ci il fevralın 13- Xankəndində ermənilərin ilk mitinqləri başladı. Azərbaycan hökumətinin baş verən hadisələrə laqeydliyinin ilk acı nəticəsi olaraq 1988-ci il fevralın 20- DQMV-nin növbədənkənar keçirilən sessiyasında bu vilayətin Azərbaycanın tərkibindən çıxarılması haqqında qərar qəbul edildi. Elə həmin ay Əsgəranda iki azərbaycanlı qətlə yetirildi. Bakı isə Kremldən cavab gözləyirdi. 1988-ci ildən başlayaraq Ermənistanda yaşayan bütün azərbaycanlılar vəhşicəsinə qovuldular, evləri talan edildi, yandırılaraq dağıdıldı. Artıq 1988-ci ilin sonlarında Ermənistanda bir nəfər olsun azərbaycanlı qalmamışdı.

Bütün bunlara qarşı Azərbaycan rəhbərliyi tərəfindən heç bir qətiyyətli addım atılmadı. M.Qorbaçov isə tədbir görmək əvəzinə, DQMV-nin sosial-iqtisadi inkişafının geridə qalması barədə ermənilərin uydurduqları yalanı müdafiə edərək ittifaq büdcəsindən oraya 400 min rubl vəsait ayrılmasına göstəriş verdi.

1988-ci il fevralın 26-28- ermənilər tərəfindən Sumqayıt hadisələri törədildi. Həmin ilin iyunun 15- Ermənitsan SSR Ali Soveti DQMV-nin Ermənistana birləşdirilməsi haqqında qərar qəbul etdi. Sentyabrda DQMV- rəhbərlik M.Qorbaçovun xüsusi nümayəndəsi A.Volskiyə tapşırıldı. Onun vilayətə rəhbərlik etdiyi dövrdə Xankəndindən 12 min azərbaycanlı qovuldu.

1989-cu ilin martında ermənilərə Moskvaya xidmət edən A.Volski Şuşa-Laçın Qubadlı seçki dairəsindən SSRİ Ali Sovetinə deputat seçildi.

Bu ərəfədə ermənilərin soydaşlarımıza qarşı törətdikləri qanlı terror aktları bir-birini əvəz edirdi. A.Volskinin rəhbərliyi ilə xüsusi idarəetmə komitəsi yaradılmışdı. Azərbaycan rəhbərliyi bu ədalətsiz qərarlara etiraz etmək əvəzinə, birtərəfli mövqe tutaraq hadisələri laqeydcəsinə izləməklə kifayətlənmişdi. Yalnız Naxçıvan MR Ali Məclisinin 1990- il 20 noyabr tarixli sessiyasında deputat, ulu öndər Heydər Əliyev məsələnin əsl mahiyyətini açmış Moskvada olarkən bu məkrli siyasətə öz etirazını bildirdiyini xatırlatmışdır. DQMV- yaradılmış idarəetmə komitəsinin fəaliyyəti dövründə azərbaycanlılar sıxışdırılaraq bütün dövlət orqanlarından çıxarılmışdılar. Vilayətə silah gətirilmiş həmin əraziyə Azərbaycanın nəzarəti tamamilə itmişdi. 20 Yanvar hadisəsinə qədər SSRİ respublika rəhbərliyinin çıxardığı qərar fərmanların heç birində Azərbaycanın xeyrinə bircə maddə belə olmamışdır. Bir tərəfdən Azərbaycan xalqını sakitləşdirməyə yönələn addımlar atılır, digər tərəfdən isə respublikanın suverenliyinə, ərazi bütövlüyünə xələl gətirən qərarlar qəbul olunurdu. Bu, Ermənistanın SSRİ rəhbərliyi tərəfindən ən yüksək səviyyədə müdafiə olunduğunu göstərirdi.

1989-cu ilin noyabrından səbr kasası dolmuş xalqımız Bakının mərkəzi meydanında mitinqlərə başladı. Yanvarın 18- Bakıda Azərbaycanın 11 rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan edildi.

Yanvarın 19-da paytaxtda mitinqlərdən başqa, sanki həyat dayanmışdı. Çörək mağazalarından başqa heç yer, o cümlədən nəqliyyat vasitələri belə işləmirdi. Həmin gün axşam saat 19.15- televiziyanın mərkəzi bloku partladıldı. Beləliklə, əhali mətbuatsız, televiziyasız qalaraq bundan sonrakı hadisələrdən xəbərsiz oldu. Xalqdan fərqli olaraq respublika rəhbərliyi yanvarın 20- keçən gecə Bakıya ordu yeridiləcəyindən xəbərdar idi. Həmin günlər güman edilirdi ki, ölkə rəhbərliyinin istefa verməsi gərginliyi nisbətən azaldar, adamlar barrikadaları tərk edərək dağılardılar. Bunun əksinə olaraq, axşamçağı boş küçələrdə üstünə səsgücləndirici quraşdırılmış maşınlardakı insanlar xalqı piketlərə səsləyirdilər.

XX əsrin ən qanlı faciələrindən biri olan 20 Yanvara isə cəmi bir neçə saat qalırdı.

 

 

Adilə QOCAYEVA

 

Azərbaycan.-2009.-15 yanvar.-S.5.