Daim xalqla birlikdə

 

 Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 63-cü ildönümü münasibətilə mayın 9-da ölkəmizin paytaxtında təntənəli mərasim keçirildi. Prezident İlham Əliyev iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun məzarı önünə toplaşmış müharibə veteranları, ictimaiyyət nümayəndələri, paytaxt sakinləri ilə görüşdü. Dövlət başçısı müharibə veteranlarını səmimiyyətlə salamladı, hər birini Qələbə bayramı münasibətilə təbrik etdi, onlarla xatirə şəkli çəkdirdi.

Dövlət başçısı İlham Əliyev mayın 9-da Bakının Əzizbəyov rayonunun Binə Zirə qəsəbələrinə gəldi. Bir sıra obyektlərin açılışı mərasimində iştirak edən Prezident İlham Əliyev Binə Zirədə yerli sakinlərlə görüşərək onlarla söhbətləşdi.

İyunun 3- Naxçıvan Muxtar Respublikasına səfər edən dövlət başçısı İlham Əliyev Naxçıvan şəhərinin mərkəzində, Culfa, Şahbuz rayonlarında bir sıra obyektlərin, hərbçilər üçün tikilmiş binanın açılış mərasimlərində iştirak etdi, yerli sakinlər qarşısında nitq söylədi hərbi hissəyə baş çəkərək əsgər, zabit heyəti ilə görüşdü.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 90- ildönümü münasibətilə iyunun 26-da Azadlıq meydanında hərbi parad keçirildi. Meydana toplaşanlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi sürəkli alqışlarla qarşıladılar. Dövlət başçısı ictimaiyyət qarşısında çıxış etdi.

Prezident İlham Əliyev avqustun 22- Xızı rayonunda olmuşdur. Yeni istifadəyə verilmiş obyektlərin açılışında iştirak edən dövlət başçısı şəhər ictimaiyyətinin nümayəndələri, o cümlədən Qarabağ müharibəsi əlilləri şəhid ailələri ilə görüşdü.

Sentyabrın 19-da Şəki-Zaqatala bölgəsinə səfər edən Prezident İlham Əliyev əvvəlcə Balakən rayonuna gələrək bir sıra obyektlərin açılışında iştirak etdi, yerli sakinlərlə görüşdü.

Ölkə başçısı İlham Əliyev sentyabrın 19-da Balakən rayonuna səfərini başa çatdıraraq Zaqatala rayonuna gəldi. Prezident Zaqatalada bir sıra sosial obyektlərin açılışında iştirak etdi, hava limanının təntənəli açılış mərasimində ictimaiyyət qarşısında çıxış etdi.

Prezident İlham Əliyev sentyabrın 19-da Qax rayonunda olmuşdur. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin abidəsinin açılışı mərasimində yerli sakinlərlə görüşdü, şəhər ictimaiyyəti qarşısında nitq söylədi.

Sentyabrın 19-da Şəki şəhərinə gələn dövlət başçısı İlham Əliyev mərkəzi rayon xəstəxanasının yeni korpusunun açılışı mərasimində iştirak etdi, şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşərək onlarla söhbət etdi.

Prezident İlham Əliyev sentyabrın 20- Oğuz rayonuna gəldi. Olimpiya-İdman Kompleksinin açılışı mərasimində iştirak edən dövlət başçısı mərasimə toplaşanlar qarşısında çıxış etdi.

Sentyabrın 20- Qəbələ rayonuna səfər edən Prezident İlham Əliyev Müalicə-Diaqnostika Mərkəzinin açılışı mərasiminə qatıldı tibb işçiləri, yerli ictimaiyyət qarşısında çıxış etdi.

Dövlət başçısı İlham Əliyev sentyabrın 24- respublikanın qərb bölgəsinə səfər etdi. Əvvəlcə Qazax şəhərinə gələn dövlət başçısı Heydər parkında ümummilli liderin abidəsini ziyarət edərək gül dəstəsi qoydu, sonra yeni obyektlərin açılışı mərasimində iştirak etdi. Prezident Elm Mərkəzinin qarşısındakı parkda rayon ictimaiyyətinin nümayəndələri, ziyalılarla görüşdü, yerli sakinlərlə söhbət etdi.

 

 

Azərbaycan.-2009.-16 yanvar.-S.2.