Daim xalqla birlikdə

 

 Dövlət başçısı İlham Əliyev sentyabrın 24- Tovuz rayonuna səfər etdi. Dövlət başçısı Zərifə Əliyeva adına parkla tanış oldu, Heydər Əliyev Muzeyinin qarşısındakı meydanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

 Prezident İlham Əliyev sentyabrın 24- Gəncə şəhərində oldu. Dövlət başçısı Gəncə şəhərinin Heydər Əliyev adına mərkəzi meydanında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu, Müalicə-Diaqnostika Mərkəzinin açılışına toplaşmış səhiyyə işçiləri mərkəzin əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü, onlar qarşısında çıxış etdi. Dövlət başçısı Şah Abbas məscidində dindarlarla söhbət etdi.

Sentyabrın 24- Gəncədən Kürdəmir rayonuna gələn dövlət başçısı Olimpiya-İdman Kompleksinin açılışında iştirak edərək rayon sakinləri, eyni zamanda Pekin Olimpiya oyunlarında ölkəmizi təmsil edən idmançılarla söhbət etdi.

 Prezident İlham Əliyev sentyabrın 26-da Saatlı Sabirabad rayonlarına səfər etdi. Dövlət başçısı sentyabrın 26-da Saatlı şəhərində Heydər Əliyev Muzeyinin açılışında iştirak edərək rayon ictimaiyyətinin nümayəndələri, Səməd Vurğun adına 1 nömrəli şəhər orta məktəbinin kollektivi ilə görüşdü.

Sentyabrın 26-da Sabirabada gələrək yeni müəssisələrin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev Olimpiya-İdman Kompleksinin qarşısında Sabirabad rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlət başçısı yerli sakinlər qarşısında çıxış etdi.

 Sentyabrın 27- Prezident İlham Əliyevin ölkənin şimal bölgəsinə səfəri başlandı. Əvvəlcə Qubaya gələn dövlət başçısı şəhərin mərkəzində salınmış Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu. Rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar, veteranlarla görüşərək söhbət etdi, dövlət obyektlərinin açılışında iştirak edən Prezident İlham Əliyev sonra dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəyə baş çəkərək Dağ Yəhudiləri İcmasının nümayəndələri ilə söhbət etdi.

Sentyabrın 27-də Qusar rayonuna gələn dövlət başçısı İlham Əliyev şəhərin mərkəzindəki Heydər bağında ulu öndərin abidəsini ziyarət etdi, yerli sakinlərlə görüşdü.Dövlət başçısı İlham Əliyev sentyabrın 27-də Xaçmaz rayonuna gəldi. Prezident Xaçmaz şəhərinin mərkəzində Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu, yerli sakinlərlə görüşərək onlarla söhbət etdi.

Oktyabrın 4-də Füzuli rayonuna gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən Prezident İlham Əliyev yerli sakinlər qarşısında nitq söylədi, Horadiz şəhərində ictimaiyyət nümayəndələri ilə görüşərək onlarla söhbət etdi.

Prezident İlham Əliyev oktyabrın 4-də Beyləqan rayonuna səfər etdi. Xocavənd rayonundan olan məcburi köçkünlər üçün yeni salınmış qəsəbənin açılışı mərasimində iştirak edən dövlət başçısı sakinlərlə, məcburi köçkünlərlə söhbət etdi.

Oktyabrın 4-də Ağdam rayonuna səfər edən Prezident İlham Əliyev Quzanlı qəsəbəsinə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə iştirak etdi. Dövlət başçısı yerli sakinlər qarşısında nitq söylədi.

Prezident İlham Əliyev oktyabrın 4-də Şirvan şəhərinə səfər etdi. Ulu öndər Heydər Əliyevin adını daşıyan parkla tanış olan dövlət başçısı burada bir qrup təhsil işçisi ilə görüşdü, onlarla söhbət etdi.

Dövlət başçısı İlham Əliyev oktyabrın 7-də Biləsuvar rayonuna gəlmişdir. Ölkə başçısı bir sıra obyektlərin, o cümlədən Olimpiya-İdman Kompleksinin açılışında iştirak edərək idman oyunlarında ölkəmizi təmsil etmiş gənclərlə görüşdü. Prezident İlham Əliyev Biləsuvar rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Oktyabrın 7-də Masallı rayonuna gələn dövlət başçısı İlham Əliyev Heydər Əliyev Muzeyinin açılışında iştirak etdi, rayon ictimaiyyətinin nümayəndələri, təhsil işçiləri ilə görüşdü.

Prezident İlham Əliyev oktyabrın 8-də Lənkəran şəhərinə gəlmişdir. Lənkəran hava limanının açılış mərasimində iştirak edən dövlət başçısı yerli sakinlər qarşısında nitq söylədi.

 

 

Azərbaycan.-2009.-18 yanvar.-S.2.