Azadlıq uğrunda mübarizənin 20 Yanvar zirvəsi

 

Vətən yolunda şəhid olmaq ilahi bir zirvəyə yüksəlməkdir. Bu zirvəni fəth etmək Allaha qovuşmaqdır. 1990- ilin 20 yanvar gecəsi məhz belə bir zirvəni fəth etdi bu gün Dağüstü parkda, xalqımızın ən böyük ziyarətgahı olan Şəhidlər xiyabanında əbədiyyət yuxusuna getmiş igidlərimiz. Onlar xalqımızın ən dəyərli övladlarıdır. Çünki vətən yolunda, millət yolunda, bugünkü azadlığımız müstəqilliyimiz yolunda şəhid olublar.

 

Hələ 20 yanvar faciəsindən bir neçə gün əvvəl M.Qorbaçovun əmri ilə Azərbaycan xalqının haqq səsini susdurub, onun azadlıq müstəqillik arzularını söndürmək üçün paytaxtımıza SSRİ müdafiə naziri, ordu generalı Dmitri Yazovun komandanlığı altında SSRİ-nin quru, hərbi dəniz, hərbi hava hava desantı qoşunlarının iri dəstələrindən, habelə, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qoşunlarından ibarət 66 min 500 nəfərlik nəhəng bir ordu yeridilmişdi. O vaxt Azərbaycan ömrünün ən faciəli dövrünü yaşayırdı. Azadlıq müstəqilliyi naminə mübarizəyə qalxmış xalqın efirdən mətbuatdan ucalacaq haqq səsini boğmaq üçün televiziyanın enerji bloku partladılmış, gündəlik mətbu orqanların nəşri dayandırılmış, rabitə xətti kəsilmişdi. Bu vaxt sinəsi qan gölməçələri, qoynu insan cəsədləri, küçə meydanları acı fəryadlarla dolu yaralı bir səhər doğuldu 1990- ilin 20 Yanvar gecəsinin bətnindən. İmperiya silahlarından güllə yağırdı əliyalın, silahsız millətimizin üstünə. Güllələrdən deşik-deşik olurdu nəhəng binaların beton sinələri. Qıpqırmızı qan selləri axırdı asfalt üzərindən. 70 ildən bəri qaranlıqdan aydınlığa çıxmaq ehtirası ilə qovrulan xalqımızın azadlıq müstəqillik arzusuna tuşlanmışdı bu güllələr. Xalqın günbəgün poladlaşan iradəsini yenidən əridib muma döndərmək, "Azadlıq" meydanında birləşib Azərbaycan boyda nəhəng bir yumruğa dönmüş əlləri kökündən baltalamaq, içimizdə əli qanlı imperiyaya qarşı alovlanan nifrət qəzəb hisslərini söndürmək məqsədi daşıyırdı bu vəhşilik.

İmperiya qatilləri həmin gecə 130-dan çox günahsız insanın ömrünə son qoydu. Xəstəxanalarda ağır əzab burulğanına düşdü bədənləri güllələrdən deşik-deşik olmuş 744 nəfər yurddaşımız. Qanunsuz yerə həbsə məhkum edildi 841 nəfər qeyrətli vətən oğlu. Taleyinə itkinlik möhürü vuruldu yüzlərlə insanın. Həlak olanlar arasında azərbaycanlılarla bərabər, ruslar, tatarlar, yəhudilər qeyri millətlərin nümayəndələri var idi. Paytaxtımızın tarixində ən müdhiş, ən faciəli gecə idi 1990- ilin 20 Yanvar gecəsi. Bu qətlin əsl günahkarları bir tərəfdən "Yer kürəsində sülhün əmin-amanlığın polad dayağı" hesab etdiyimiz, əslində isə neçə milləti 70 ildən bəri öz əsarət boyunduruğunda saxlayan Moskva onun müti qulları - öz hakimiyyət kürsülərini qorumaq naminə Azərbaycanı bütün sərvətləri ilə birlikdə qurban verməyə hazır olan, xalqla özü arasında dərin bir uçurum yaratmış, bu cür dəhşətli bir faciənin baş verəcəyini əvvəlcədən bilsə , günahsız kütləni xəbərdar etməyən respublika rəhbərliyi idisə, digər tərəfdən, dövlət çevrilişi yolu ilə hakimiyyəti ələ keçirmək ehtirası ilə qovrulan, bu məqsədlə əliyalın əhalini təpədən-dırnağa silahlanmış imperiya ordusunun qarşısına çıxmağa təhrik edib, özləri isə son anda aradan çıxan AXC pasportlu qaragüruhcu qüvvələr idi. 20 Yanvar gecəsi atılan güllələr 130-dan çox yurddaşımızı öldürdü. Lakin qatillər anlamadılar ki, həmin güllələrlə təkcə yurddaşlarımızı yox, bütövlükdə, Azərbaycan xalqının qəlbində 70 ildən bəri yaşadıqları SSRİ adlı nəhəng bir dövlətə olan böyük inamı öldürdülər. Qafqaz Müsəlmanları İdarəsinin başçısı Şeyxülislam Hacı Allahşükür Paşazadə yanvarın 21- Mixail Qorbaçova ünvanladığı hiddət dolu bəyanatda sovet rəhbərliyini bu sözlərlə lənətləyirdi: "Bir dövlət başçısı kimi, sizin imzanızla törədilən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz. Millətlərarası münaqişələri qızışdıran, ordunu öz vətəndaşlarının qatilinə çevirən, insanlara layiqli həyat əvəzinə, ölüm hüququ bağışlayan bir dövlət rüsvayçılığa məhkumdur". Həmin günün səhəri on minlərlə azərbaycanlının bu vəhşi soyqırımına cavab olaraq Sov. İKP sıralarından çıxdıqlarını bəyan etmələri, Bakı küçələrində qan rəngli partbiletlərdən ibarət tonqallar qalanması, 70 il başımız üstə dalğalanan sovet bayraqlarının tikə-tikə doğranaraq ayaqlar altına atılması sovetlər birliyinə inamın içimizdə əbədi dəfn olunduğunun əyani sübutu idi. Azərbaycan xalqının həmin tarixi sınaq qarşısında nümayiş etdirdiyi polad iradə qətiyyət, qranit sarsılmazlıq ləyaqət zülm üzərində pərvəriş tapmış sovet imperiyasının dağılmasına MDB məkanında bugünkü ölkələrin müstəqillik dastanına atılan ilk cəsarətli imza oldu. Mərkəzdənqaçma, SSRİ-dən qopma mərhələsi olan həmin zaman çərçivəsində Azərbaycan xalqı vahid birliyinə, hünər rəşadətinə görə müttəfiq respublikalar arasında liderlik zirvəsinin sahibinə çevrildi. Məhz bizim şəhidlərimiz 70 il ərzində böyük faciələrə səbəb olan mənfur sovet imperiyasının çökməsinin, dağılmasının, dünya tarixindən birdəfəlik silinməsinin öncülləri idilər.

İmperiyanın vəhşiliyi bununla bitdimi? Əsla yox! Çox keçmədi ki, himayədarlıq etdiyi erməni faşizmini təpədən-dırnağa silahlandırıb Azərbaycan boyu hücuma səfərbər etdi. Söz yox ki, milli ordusu, silah bazası olan, yalnız pərakəndə dəstələr şəklində döyüşə atılan oğullarımız ən müasir silahlarla təchiz edilmiş düşmən ordusunun qarşısında duruş gətirə bilməzdi. Sovet ordusunun 366- alayının Xocalıda törətdiyi dəhşətli soyqırımı dünyanı lərzəyə gətirdi. Bu, planetimizin ən ağır faciələrindən biri olan Xatın faciəsinin təkrarı idi. O vaxtkı səriştəsiz respublika rəhbərlərinin bütövlükdə xalqımızın düçar olduğu "Qara yanvar" faciəsinə uzun müddət tam dolğun qiymət verməmələrinin nəticəsidir ki, torpaqlarımızın 20 faizi düşmən tapdağına çevrildi. 30 min nəfərə yaxın mərdanə övladımız qanlı döyüş cəbhələrində həlak oldu. 1 milyondan artıq günahsız soydaşımız öz doğma ata-baba torpaqlarından didərgin düşdü.

20 Yanvar xalqın fəryad göz yaşı günü yox, qeyrət mərdanəlik, zəfər qürur günüdür. Dağüstü park bundan əvvəl şəhidlər beşiyi olmuşdu. Bu məkanda XX əsrin ikinci onilliyinin sonlarında ilk müstəqilliyimizi qorumaq naminə bolşevik-daşnaq qruplaşmalarına qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuş igidlərimiz yatır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ucaldılmış "Əbədi məşəl" abidə kompleksində isə XX əsrin sonuncu onilliyinin ilk günlərində həmin müstəqilliyin yenidən bərpası naminə sovet imperiyasına qarşı mübarizədə şəhid olmuş mərdanə oğullarımızın adı əbədiləşib. Şəhidlər xiyabanı deyilən bu uca zirvədən uzaq, şərəfli keçmişimiz görünür, böyük qələbələrlə müşayiət olunan işıqlı sabahlarımız da. Ulu tariximizin, qürurumuzun, hünər rəşadətimizin rəmzidir Şəhidlər xiyabanı. Qəhrəman xalqımızın mütilik köləlik üzərində qələbə simvoludur Şəhidlər xiyabanı. Elə buna görə millətimizin əbədi and yerinə çevrilib o müqəddəs ziyarətgah. Bu gün torpaqlarının bir hissəsi hələ düşmən tapdağında əzab çəkən mübariz, döyüşkən gənclərimiz hərbi xidmətə yola düşərkən, məhz o müqəddəs ziyarətgahda vətənə sədaqət andı içir, doğma torpaqlarımızın düşmən tapdağından xilası naminə erməni faşizminə qarşı mübarizəyə hər an hazır olduqlarını qətiyyətlə bildirirlər. Orda yatan igidlərimizin məzarları önündə səcdəyə dayanmaq hər birimizin vicdan borcudur. Artıq milli birliyimizin, əsl vətənpərvərliyimizin, azərbaycançılığımızın, milli ideyalara sədaqətimizin simvoluna çevrilmiş 20 Yanvar hadisələri tariximizin ən şərəfli səhifələri kimi nəsildən nəsilə ərməğan edilməkdədir. Çünki 20 Yanvar heç bir qüvvənin sarsıda bilməyəcəyi bugünkü azadlığımızın müstəqilliyimizin polad bünövrəsidir.

 

 

Zeynal Vəfa

 

Azərbaycan.-2009.-20 yanvar.-S.6.