Sükut dəqiqəsi

 

Yanvarın 20- Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, gəmilərdən, avtomobillərdən qatarlardan səs siqnalları verilmişdir.

Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar hazırlanmış geniş tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər, rayon kəndlərində, idarə müəssisələrində anma mərasimləri keçirilmişdir.

Azərbaycan paytaxtının yüz minlərlə sakini, diplomatik korpusun nümayəndələri yanvarın 20- Şəhidlər xiyabanını ziyarət edərək qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə şəhidlik rəmzinə çevrilmiş al qərənfillər düzmüşlər.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-22 yanvar.-S.2.