Budapeşt hava limanında qarşılanma

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Macarıstan Respublikasına işgüzar səfərə gəlmişdir.

Azərbaycan Prezidentini xanımı Mehriban Əliyevanı Budapeştin "Ferihegy-2" Beynəlxalq Hava Limanında təyyarənin pilləkəni yanında Macarıstanın yüksək vəzifəli dövlət hökumət nümayəndələri qarşıladılar.

Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha - "İntercontinental" mehmanxanasına yola düşdü.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 yanvar.-S.1.