Azərbaycan Prezidenti İlham Əliyev Bloomberg- Nyus televiziyasına müsahibə vermişdir

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev onun üçün ayrılmış iqamətgahda - "İntercontinental" mehmanxanasında Bloomberg-Nyus televiziyasına müsahibə vermişdir.

Prezident İlham Əliyev Nabukko layihəsi ilə bağlı Azərbaycanın mövqeyi, ölkəmizdə neft-qaz sənayesinin hazırkı vəziyyəti və perspektivləri, boru kəmərlərinin fəaliyyəti, şaxələndirilməsi, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın iştirakı ilə bağlı suallara cavab vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-27 yanvar.-S.1.