AŞ PA Ermənistan nümayəndə heyətinin qurumdakı səsvermə hüququndan məhrum olunması məsələsini müzakirə edəcək

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Strasburqda keçirilən sessiyasının ikinci günü Ermənistan nümayəndə heyətinin qurumdakı səsvermə hüququndan məhrum olunması məsələsi müzakirə ediləcəkdir.

Qurumun rəsmi saytında bildirilir ki, sessiyanın ikinci günü qurumun 2008-ci ilin aprelində qəbul etdiyi 1609 1620 nömrəli qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilib-yetirilməməsi məsələsi müzakirə olunacaqdır.

İnsanların siyasi səbəblərə görə ittiham azadlıqdan məhrum olunmasını yolverilməz sayan komissiya Assambleyadan xahiş edir ki, Ermənistan hakimiyyət orqanları həmin problemin həllində siyasi iradəsini aydın nümayiş etdirənədək həmin ölkənin nümayəndə heyətinin qurumdakı səsvermə hüququnu dayandırsın.

Xatırladaq ki, Ermənistan müxalifəti Serj Sarkisyanın qalib gəlməsi ilə nəticələnən prezident seçkilərinin yekunlarına etiraz əlaməti olaraq ötən il fevralın 20-dən Yerevanın mərkəzində kütləvi aksiyalara başlamışdı. Mitinq iştirakçıları ilə hüquq-mühafizə orqanlarının nümayəndələri arasında martın 1- baş vermiş toqquşma nəticəsində 10 nəfər həlak olmuş, 200 nəfər yaralanmışdı.

Ötən il dekabrın 17- AŞ PA-nın Monitorinq Komitəsi assambleyanın bu sessiyasının gedişində Ermənistan nümayəndə heyətinin səsvermə hüququnun dayandırılmasını təklif etmişdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 28 yanvar.- S. 2.