Azərbaycan Prezidenti İlham Əliyev "Uoll strit cornel" qəzetinə müsahibə vermişdir

 

Yanvarın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrənin Sürix şəhərindən Davosa gəlmişdir.

Dövlətimizin başçısı həmin gün ABŞ-ın məşhur "Uoll strit cornel" qəzetinə müsahibə vermişdir.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gedən danışıqlar, Azərbaycanın enerji potensialı, Nabukko layihəsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində rolu, Azərbaycanda gedən iqtisadi inkişaf prosesləri və regional məsələlərlə bağlı suallara cavab vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-29 yanvar.-S.1.