Moskvanın bütün Rusiyanın Patriarxı zati-müqəddəsləri Kirillə

 

Zati-müqəddəsləri!

Moskvanın bütün Rusiyanın Patriarxı vəzifəsinə seçilməyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Azərbaycan və Rusiya xalqları arasında dərin tarixi köklərə malik olan dostluq və mehriban qonşuluq münasibətləri Sizin bu ali ruhani vəzifədə xidmətiniz dövründə daha da möhkəmlənəcəkdir.

Zati-müqəddəsləri, Sizə möhkəm cansağlığı, firavanlıq və bütün təşəbbüslərinizdə uğurlar diləyirəm.

 

 

Azərbaycan.-2009.-29 yanvar.-S.1.