Azərbaycan Diplomatik Akademiyası binasının tikintisinə başlanılmışdır

 

Azərbaycan Diplomatik Akademiyası (ADA) binasının tikintisinə başlanılmışdır.

Bu barədə yanvarın 28- keçirdiyi mətbuat konfransında məlumat verən xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayev bildirmişdir ki, ADA-nın binası 40 hektar ərazisi olan Dədə Qorqud parkının 3 hektarlıq sahəsində tikilir. Müasir beynəlxalq standartlara cavab verəcək akademiya şəhərciyi tədris mərkəzi, kitabxana, tələbə mərkəzi, pedaqoji heyət tələbələr üçün yaşayış binalarından, müxtəlif idman istirahət guşələrindən ibarət olacaqdır.

Tikintinin 2011-ci ildə tamamlanacağını deyən Hafiz Paşayev Diplomatik Akademiyanın fəaliyyət göstərdiyi 2 il ərzində gördüyü işlər gələcək planları barədə danışmışdır. ADA-nın beynəlxalq münasibətlər institutu olduğunu, burada diplomatlar dövlət qurumlarının əməkdaşları üçün akademik proqramlar üzrə kurslar keçirildiyini vurğulayan rektor hazırda magistraturaya sənədlərin qəbulunun davam etdiyini, tədrisin isə bu ilin sentyabrında başlanacağını bildirmişdir. Bu il magistraturaya 25 nəfərin qəbulu nəzərdə tutulur, gələcəkdə isə bu rəqəm 120- çatacaq onların 25 faizini xarici tələbələr təşkil edəcəkdir. Təhsil yalnız ingilis dilində aparılacaq, illik təhsil haqqı 4750 manat olacaqdır.

H.Paşayev qeyd etmişdir ki, akademiyaya qəbul olunmuş istedadlı gənclərin maddi cəhətdən problemləri olarsa, onlara güzəşt ediləcəkdir.

Rektor "Heydər Əliyev" "Dədə Qorqud" təqaüdlərinin təsis edildiyini, ADA-nın davamlı inkişafı təmin edən maliyyə fondunun olacağını, bura şirkətlərdən, xeyriyyə təşkilatlarından, xarici fondlardan vəsait köçürüləcəyini bildirmişdir. Artıq bu məqsədlə Qətər, Küveyt Birləşmiş Ərəb Əmirliklərində görüşlər keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 29 yanvar.- S. 4.