Məhəmməd(ə) Quran Onun əsəridir

 

   Məntiq dünyəvi elmlərin bəzilərilə tanış olan hər kəs Qurani Kərimi oxuyub səthi təhqiq etdikdən sonra onun heç bir kitaba bənzəmədiyinə əmin olur. Quranın dil və ifadə tərzi isə həmin əminliyi daha da möhkəmləndirir. Lakin 1400 il ərzində müqəddəs Kitabın hər bir surəsinin enini-uzununu solunu-sağını yuxarısını-aşağısını ağlasığmaz dərəcə və sayda tədqiq təhqiq təftiş edən qərəzli qeyri-islam alimləri hətta onların quranşünasları Quranı dünyaya Məhəmməd(ə) tərəfindən yazılan bir bəşər kitabı kimi təqdim etmək istəyiblər və bunu indi edirlər.

 

   İndi də həqiqəti bilə-bilə gizlədənlər var

 

   Həqiqəti əsrlərlə bilə-bilə gizlədib Qurana qərəzli mövqedən yanaşan belələri barədə Rəbb buyurub: "Kitab (Tövrat və İncil) verdiyimiz şəxslər onu (Məhəmmədi) öz oğullarını tanıdıqları kimi tanıyırlar. (Buna baxmayaraq) onların bir qismi şübhəsiz ki həqiqəti bilə-bilə gizlədir" (Bəqara 146).

   Əlbəttə qeyri-islam aləminin "bir qisminin həqiqəti bilə-bilə gizlətməsi" nə Quranın səmaviliyinə nə Məhəmməd(ə)-nin Onun peyğəmbəri olmasına nə də dünyanın imanlı bəndələrinin inancına zərrə qədər də kölgə salmır və sala da bilməz! Çox kiçik dünyanın kövrəkliyini nəzərə alıb belələrinə: "Sizin öz dininiz var mənim də öz dinim!" (Kəfirun 6) Rəbb kəlamı ilə cavab vermək də olar. Hərçənd ki imanlı bəndə kimi bizlərin ən ümdə vəzifələrindən biri də həmin "bir qismi" zor təhqir rişxənd yolu ilə yox iman elm və iradə vəhdətilə maarifləndirib imana gətirməkdir. Unutmamalıyıq ki bu vəzifə peyğəmbərlər və onların varisləri olan ziyalıların alimlərin işidir.

   Bəzi müsəlmanların Quranı Rəbb kəlamı yox Məhəmməd(ə)-nin sözü kimi (haşə!) zənn etmələri isə sözügedən mövzunun narahatlıq doğuran ikinci tərəfidir. Əlbəttə həmin kiçik qrupun zənnini əsrlərin gətirdiyi şübhə və tərəddüdlərlə əlaqələndirmək də olar. Lakin buradakı axsama və boşluq əsasən dini maariflənmənin yetərsizliyindən irəli gəlir. Fəqət təəccüb təəssüf təərrüq (tər tökmə) ürək ağrısı vicdan əzabı və xəcalət doğuran paradoks odur ki təəyyün (özünü böyük göstərmə) və təəzzümlü (təkəbbürlü) bir qrup həmin "bəzi müsəlmanların" müəyyən hissəsini təşkil edir. "Bəzi müsəlmanlardan" (dini və dünyəvi savadı yetərli olmayanlardan) fərqli olaraq bu qrup əsas etibarilə cəmiyyətdə qabaqda gedən savadlı imicini qazanan və pendirin bıçağı kəsə biləcəyi qədər özləri barədə ifrat yüksək fikirdə olan bəzi ziyalılardır. Hətta Həmd-surəni oxumağı bilməyən (və ya oxumağı qəbahət sayan) belələrinin durumu "Quran kimin kəlamıdır" sualına cavab verə bilmədikləri üçün "iki" verdikləri tələbənin durumu ilə eynidir.

   Göründüyü kimi istər Quranın məlum ayəsindəki əhli-kitabın qərəzini puç etmək istərsə də bəzi müsəlmanların tərəddüd və zənninə yəqinlik gətirmək üçün məlum mövzunun növbəti şərhi hələ də aktuallığını itirməyib. Həmin səbəbdən Qurani-Kərimin Allah kəlamı və onun Məhəmməd(ə)-nin peyğəmbərliyinə ən böyük şahidliyinin aşağıdakı bəzi dəlillərlə açıqlanması yerinə düşərdi.

 

   Dəlillər

 

   I. Peyğəmbər(ə)-yə xitabən Rəbb buyurur: "(Ya Məhəmməd!) Sən bu Qurandan əvvəl də nə bir kitab oxumusan nə də onu əlinlə yazmısan. Əgər belə olsaydı onda batilə uyanlar (onun barəsində) şəkk-şübhəyə düşərdilər" (Ənkəbut 48). Bəli 1400 il bundan öncəki oxuyub-yazmışlara indiki və gələcəkdəki oxuyub-yazanlara oxuyub-yazmaqda meydan oxuyan şəxs oxumağı-yazmağı bilməyən Peyğəmbər(ə) olub. Yaratdığı bütün bəşərə Məhəmməd(ə)-nin savadsız olduğunu bəyan edən Rəbb deyir: "Hamınız köməkləşib bir ayənin oxşarını belə yaza bilməzsiniz". Deməli Quran bəşər sözü yox Allah kəlamıdır.

   II. "Əgər bəndəmizə (Məhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa siz də ona bənzər bir surə gətirin və əgər sizin (bu bəşər kəlamıdır) iddianız doğrudursa Allahdan başqa bütün şahidlərinizi bu işdə köməyə çağırın" (Bəqara 23); "Bu Quran Allahdan başqasına aid edilə bilməz. Yoxsa: "(Peyğəmbər) onu özündən uydurdu!" - deyirlər. De ki: "Əgər doğru deyirsinizsə ona bənzər surə gətirin və Allahdan başqa kimə gücünüz çatarsa onu da (köməyə) çağırın" (Yunus 3738). Zaman məkan şəraitdən asılı olaraq bəşər sözündə yanlışlıq ziddiyyət olduğuna işarə edən Rəbb sonra buyurur: "Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o Allahdan qeyrisi tərəfindən olsaydı əlbəttə onda çoxlu ziddiyyətlər tapardılar" (Nisə 82). Allah kəlamında isə ixtilaf ziddiyyət olmadığı üçün Quran bəşər yox Allah kəlamıdır.

   III. Məlumdur ki Quranla həz.Məhəmmədin ifadə və bəyan tərzləri müxtəlifdir. Quranın bəlağət (gözəl nitq ritorika) fəsahət (gözəl incə aydın danışıq qabiliyyəti) və ifadə gücünə heç bir bəşər nail ola bilməz. Seçilən hər bir cümlə söz və hərfin sıra say səs daxili ahəng və enerji tutumu olduğu yer və bütün bunların Quranın sonu ilə münasibət və əlaqəsi hətta onların riyazi qanunlara tabeliyi bir tabloda hər rəngin ayrı-ayrı ton və fonlarının müxtəlif mənalar ifadə etməsi Rəbb kəlamının bəşər sözündən müqayisəedilməz dərəcədə üstünlüyünə dəlalət edir.

   IV. Quran nazil olduğu dövrdə şer çox dəbdə idi. Gözəl şer nümunələri Kəbənin divarında asılardı. Məkkə əhli isə gözlərinin qabağında boya-başa çatan həz.Məhəmməddən nə şer nə də nəsr eşitmişdi. Quranın dili də bunların heç birinə oxşamırdı. Həmin səbəbdən Quranın dil və üslubu ilə heç vaxt rastlaşmayan müşriklər deyirdilər: "Quran şer nəzm kahin və cin sözünə oxşamadığı üçün o bir sehrdir".

   Həmin dövrdə ərəb dili metafizik məna elmi dini fəlsəfi məfhum və ifadələrdən mədəni lüğətdən məhrum idi. Həmin dil sadəcə çöl ərəblərinin duyğu və düşüncələrini dar həyatlarını ifadə etməyə yararlı bir vasitə idi. Lakin Quranın nazil edilməsilə bu dil dəyər və zənginliyinə görə Qiyamətə qədər ifadə oluna biləcək bütün məfhumları ehtiva etdi. 23 il ərzində bütün zaman və məkanı əhatə edən belə filoloji inqilabı təbii ki bəşər edə bilməzdi və bu mümkün də deyil. Digər tərəfdən elə bir bəşər kitabı da yoxdur ki alimindən avamına uşağından ağsaqqalına qədər hamı onda təskinlik rahatlıq dərdinə əlac tapsın. Quran xaricində elə kitab yoxdur ki o usanmadan dəfələrlə oxunsun və aktuallığını itirməsin.

   V. İnsanı maddi-mənəvi tərəfilə anlatması həyatın bütün sahələri üzrə düstur təklif tövsiyə icazə və qadağalar qoyması dünya səadətilə yanaşı Axirət xoşbəxtliyini qəlbin rahatlığı və ruhun tələbatını ehtiva edən prinsiplər baxımından da Quran bəşər kəlamı deyil. Çünki ilahi vəhylərə söykənməyən hər hansı sənət əsəri zaman keçdikcə öz təravət və aktuallığını itirir. Sərvətin sadəcə varlıların malı olmaması (Həşr7) insan üçün səy və əməyin rolu (Nəcm39) əmanət və vəzifələrin sədaqətli insanlara tapşırılması hökmün ədalətlə verilməsi (Nisə4) bir nəfərin qətlinin bütün bəşəri öldürmək kimi qəbul edilməsi ailə və cəmiyyət üçün faiz qumar içki zinanın öldürücü zəhər olması bəşər ağlına sığmayan Axirət və onun təsviri və s. və i. Quranın Rəbb kəlamı olduğunun sübutudur. Quran kainatın başlanğıc və sonuna insanın yaradılışına aid qəti ifadələr işlədir. Heç bir yazar həmin işi görə bilmədiyi üçün "bunu bəşər edə bilməz" deyib itaətcəsinə Ona həmd-sənada bulunur. Bir sözlə insan və kainat kimin əsəridirsə Quran da Onun əsəridir.

   VI. Hansı vicdanlı yazar əsərinin heç bir tənqidə məruz qalmayacağı Qiyamətə qədər ona bənzər heç bir əsər yazılmayacağı iddiasında buluna bilər? Əlbəttə hər hansı yazar dünyanın məşhur siyasətçisi hərbçisi və mütəfəkkirinə kitab həsr edib onun adından danışa bilər. Lakin bu danışmalar həqiqətən onun bütün əmr yasaq qanun və tövsiyələrini olduğu kimi əhatə edərmi? Və əgər bu kitab həm müəllif anadan olmazdan çox-çox əvvəlki dövrü həm də müəllifin vəfatından çox-çox sonrakı hadisələrdən bəhs edirsə belə kitabın bəşər kitabı olması qeyri-mümkündür. Əgər yazar ədalətli doğru danışan əmin mötəbər bir şəxsdirsə belə bir kitab barədə yalnız bunu deyə bilər: "Bu mənə Allah tərəfindən göndərilən bir kitabdır ki sizə təbliğ edim".

   Ağlı başında olan istənilən yazar hətta elm və texnikanın inkişaf etdiyi indiki zamanda yaratma həyat vermə öldürməklə bağlı qərarlar verməkdə acizdir. Bəs dağ okean ağac heyvan və insanların Ay Günəş Yer ulduzlar və qalaktikanın yaranması barədə hansı yazar və alim dəqiq məlumat verə bilər? Hansı yazar qəbr Qiyamət Axirət Cənnət Cəhənnəmdən yenidən dünyaya qayıdıb ki onları təsvir etsin? "(Ya Rəsulum!) Sənə vəhy etdiyimiz xəbərləri bundan qabaq nə sən nə də ümmətin bilirdi" (Hud 49).

   VII. Məlumdur ki Quranda Allahın Peyğəmbərinə xitabən: "De (qul!) əmri 332 dəfə təkrar olunub. Hansı kitabda təbliğ belə ifadə tərzində və bu sayda işlədilib? Hansı yazar yazdığı kitabında həm özü-özünü həm də başqası tərəfindən özünü təhdid etdirib bilərəkdən özünü ittiham hədəfinə çevirər? Halbuki Quranın: "Əgər (Peyğəmbər) özündən bəzi şeylər uydurub bizə isnad etsəydi Biz ondan mütləq şiddətli intiqam alardıq. Sonra onun şah damarını qoparardıq" (Haqqa 44-46) ayəsi Tabuk hərbinə getməyənlər üçün Rəbbin Peyğəmbər(ə)-yə xitabən: "Onlara nə üçün izn verdin" - deməsi onun Allah kitabı olduğunu təsdiq etmirmi?! Uca dağları görməyən və orada oksigen çatışmazlığından xəbəri olmayan (bax: Ənam 125) "Yaxud (onların əməlləri) əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa onun üstündən bir dalğa onun üstündən bir bulud (dalğa) - zülmət üstündən zülmət örtər. O əlini çıxartdıqda hardasa onu görməz" (Nur 40) - kəlamındakı həqiqətləri bilməyən yazar onları öz əsərində təfsilatı ilə necə yaza bilər?

   VIII. Əsbəbi-Nuzul deyilən elm sahəsi hər hansı bir ayənin nazil olma səbəbindən bəhs edir. Quranda 15 ayədə "Yəsəlunəkə" (Səndən soruşurlar) şəklində Peyğəmbər(ə)-yə suallar verilir və ondan cavab istəyirlər. Halal və haramlar qənimətlərin bölünməsi Qiblənin müəyyən edilməsi aylar Qiyamət ruh və digər suallara Həz.Məhəmməd yalnız Allahın öyrətməsilə cavab verir. Məsələn: "De ki ruh Allahın əmrlərindəndir aylar 12-dir..." və s. Bu sualların cavablarını bilən yazar onları başqasının adına yazarmı?

   IX. Həzrəti Peyğəmbər azad etdiyi köləsi Zeydə "övladım" deyirdi. Rəbbin: "Allah oğulluğa götürdüklərinizi sizə doğma oğul etməyib" (Əhzab 4) kəlamı ilə Peyğəmbər (ə) bir də həmin sözü işlətmədi. Zeynəblə izdivacda bulunmağı heç fikirləşməyən həz.Peyğəmbər ilahi əmrlə onunla evləndi (Əhzab 37). Peyğəmbər (ə) Bədr döyüşündəki əsirləri əfv edib azadlığa buraxmaq istəyirdi. Allah isə fidyə (para pul) verilməklə azad olunmalarını hökm etdi. Bu və digər hadisələr göstərir ki Kainatın fəxri heç vaxt özbaşına iş görməyib. Onun bütün hərəkətləri Allahın hökmünə uyğun olub. Bir sözlə həz.Məhəmməd Allahın elçisi olduğu üçün "Kefi istədiyini danışmır (O vəhyə tabedir)" (Nəcm 34).

   X. Məlumdur ki heç bir kəs xüsusən yazar öz namusuna ləkə gətirmək istəməz və bunu əsərində heç vəchlə yazmaz da. Əgər bu şəxs ömrü boyu "Əmin" kimi tanınan bir iffət və namus abidəsidirsə onda onun öz əsərində bunu hallandırması hətta nəzəri cəhətdən qeyri-mümkündür. Halbuki "ifq" hadisəsi (625 il) bunun tam əksindən xəbər verir. Belə ki həz.Aişə Bəni Mustalıq hərbindən qayıdarkən boyunbağısını yolda itirdiyi üçün geriyə qayıdır və nəticədə karvandan xeyli uzaqlaşır. Lakin bir nəfər ona rast gələrək dəvəsinə mindirir və karvana çatdırır. Fürsət axtaran münafiqlər xüsusən Abdullah ibn Ubeyy ona böhtan atır. Həz.Peyğəmbər bu hadisədən çox sarsılır. Nəhayət həz.Aişənin pak olduğu barədə bu ayə nazil olur: "Həqiqətən (Aişə) barəsində yalan xəbər gətirənlər öz içərinizdə olan zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O bəlkə də sizin üçün xeyirlidir. O zümrədən olan bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni (Abdullah ibn Ubeyyi) isə (Qiyamət günü) çox şiddətli bir əzab gözləyir" (Nur 11). Hansı yazar öz əlilə ailəsilə bağlı bu olayı öz qələmilə açıqlayar və onu bütün bəşərin malı edər?

   Beləliklə hətta qısa və azsaylı təhlillər göstərir ki insan və kainatı Kim yaradıbsa Quran da daxil olmaqla bütün səmavi kitabların müəllifi də Odur. Həz.Məhəmməd isə Onun əmrilə Onun kitabını təbliğ edən bir Peyğəmbərdir.

   O ki qaldı həmin ilahi təbliğdən bizim necə yararlanmağımıza bunu bir Allah bir də Onun dəlili olan vicdanımız bilir.

  

 

   Vaqif Cəliloğlu

 

   Bakı xəbər.- 2010.- 7 iyun.- S. 12.