90-dan çox etnik dini milli icma Azərbaycanda necə qardaşlaşıb...

 

Azərbaycan etnik-dini tolerantlığın örnəyidir

 

Çağdaş mütərəqqi dünyanın əsas demokratik dəyərlərindən biri kimi təbliğ etdiyi etnik tolerantlıq və dini dözümlülük əslində xalqımızın əsrlər boyu formalaşdırdığı və əksər ölkələr üçün nümunə olan məxsusi dəyəridir. Müasir Azərbaycan vətəndaşları üçün bu iki dəyərin biri Rəbbimizin nazil etdiyi səmavi kitablardan digəri isə nəsillərin bir-birinə əmanət olaraq ötürdüyü adət və ənənədən qaynaqlanır.

   Bu ənənə ilk növbədə ölkənin coğrafi yeri - iki qitənin kəsişdiyi məkanda olması ilə əlaqəlidir. Xalqımızın tarixən dünya ilə bütün iqtisadi-mədəni əlaqələri bu körpü vasitəsilə olduğu üçün o torpağına qədəm qoyan hər millətin nümayəndəsi icması ilə sülh şəraitində yaşayıb ondan nəsə götürüb ona nəsə verib. Göründüyü kimi dini və etnik tolerantlıq Azərbaycanda İslamdan da qabaq mövcud olub. İslam dini sadəcə bu prosesi mühafizə edərək inkişaf etdirib.

 

   Tolerantlıq dövlət siyasətinin prioritet istiqamətlərindəndir

 

   Coğrafi baxımdan Şərqlə Qərbin qovuşuğunda yerləşən Azərbaycanın tarixi ərazisi qədim zamandan həm də müxtəlif dini icmaların çoxlu etnik qrupların vətəni olub. Şamanizm zərdüştlük atəşpərəstlik bu ərazidə formalaşan və bilavasitə xalqımızla bağlılıqı olan inanc mənbələri olub. İudaizmin 2500 xristianlığın 1930 islamlaşmanın 1370-il bundan qabaq Azərbaycanda təşəkkül tapması XVIII və XIX əsrlərdən sonra Pravoslav Roma-katolik İncilçi-lüteran kilsələrinin və sinaqoqların eyni məkanda məscidlərlə birgə fəaliyyət göstərməsi dünyaya örnək olan unikal dəyərlərdəndir. Bununla yanaşı tarixin bütün mərhələlərində ölkəmizdə etnik və dini konfessiyalar arasında dözümlülük mühitinin formalaşması milli irqi dini zəmində heç bir diskriminasiya hadisəsinin olmaması da danılmaz faktlardır. Halbuki müxtəlif dövrlərdə digər ölkələrdə İudaizm Xristian və İslam dinindən sui istifadə edilərək qanlı hadisələrə təxribatlara rəvac verilməsi dinlərarası münasibətlərin düşmənçilik səviyyəsinə gətirilməsi acı həqiqətdir.

   İftixarla qeyd edilməlidir ki ölkəmizdə əsrlər boyu formalaşan tolerantlıq müstəqillik dövründə daha da möhkəmlənərək dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. 1992-ci ildə qəbul edilmiş "Dini etiqad azadlığı haqqında" AR Qanununa 1996 və 1997-ci illərdə müvafiq düzəlişlərin edilməsi Azərbaycanda vətəndaş hüququna malik olan hər kəsin dinə münasibətinin müəyyənləşdirilməsi istənilən dinə etiqad edib-etməməsi məsələləri bu günə kimi 400-ə yaxın müxtəlif dini icmanın Dini Qrumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınması dövlətin tolerantlıq istiqamətində atdığı önəmli addımlardır.

   Müstəqillik dövründə mütərəqqi islami dəyərlərə qayıdış cəmiyyətin əxlaqi-mənəvi yüksəlişinə xalqımızın bütövlüyü və birliyinə xidmət göstərmişdir. Qloballaşma şəraitində ölkədə həyata keçirilən irimiqyaslı enerji nəqliyyat və informasiya dəhlizlərinin yaradılması xarici investorların Azərbaycana uzunmüddətli sərmayə qoymaları Azərbaycandakı daxili sabitlik və onun tərkib hissəsi olan etnik və dini dözümlülüyün mövcudluğu ilə mümkün olub.

   Dini tolerantlıq dözümlülük anlayışının geniş məna tutumuna toxunan bu sözün lakonik izahını verək mərhum prezident H.Əliyevə görə "tolerantlıq həm insani münasibətlərin və cəmiyyətdə gedən proseslərin həm də dövlətlərarası millətlərarası dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir... O təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil həm də bir-birinin adətlərinə mənəviyyatına dözümlülük mədəniyyətlərə dözümlülük deməkdir".

   Tolerantlıq prinsipləri Deklarasiyası 1995-ci il noyabrın 16-da YUNESKO-nun Ali Konfransının 5.61 saylı Qətnaməsilə təsdiq olunub. 1999-cu il noyabrın 16-da isə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev bu əlamətdar gün münasibətilə ölkədə fəaliyyət göstərən bütün dini konfessiyaların rəhbərlərilə görüşərək dövlətin tolerantlıq ənənəsinin qorunmasına xüsusi önəm verdiyini irqindən dilindən dinindən dünyagörüşündən asılı olmayaraq bütün ölkə vətəndaşlarının sülh əminamanlıq və qarşılıqlı etimad mühitində yaşadığını konfessiyalararası münasibətlərdə heç bir problemin olmadığını bildirdi.

   Bu siyasətin davamı olaraq ölkə başçısı İlham Əliyevin 16 noyabr 2007-ci ildə Bakıda keçirilən Beynəlxalq Tolerantlıq Günü münasibətilə konfrans iştirakçılarına ünvanladığı məktubda deyilir: "Ölkəmizdə müxtəlif konfessiyaların nümayəndələri tərəfindən nümayiş etdirilən qarşılıqlı ehtiram konstruktiv əməkdaşlıq həmçinin ümumbəşəri mənəvi dəyərlərin mənimsənilməsi yolunda görülən işlər olduqca yüksək qiymətləndirilir və Azərbaycanı tolerantlıq baxımından bir çox ölkələr üçün örnək hesab etməyə imkan verir".

 

   Tolerantlıq Azərbaycan xalqının milli-dini sərvətidir

 

   Məlumdur ki dinin çox güclü təsir vasitəsi olduğunu nəzərə alan müasir dünya bütün dinləri qloballaşma zəminində düşünməyə məcbur edir. Arnold Toynbinin nəzəriyyəsinə üstünlük verən Harvard Universitetinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Samuel Hantinqon "Sivilizasiyaların toqquşması" kitabında dünya siyasətində dinlərin fundamental rolundan danışaraq qeyd edir: "Müasir dünyada din mərkəzi qüvvə hesab edilir. Məhz "qüvvə" ona görə ki insanlara arqumentlər verərək onları səfərbər edir... Nə siyasi ideologiyalar nə də iqtisadi maraqlar insanlar üçün əsasdır. Bu iman və ailə qan və dindir ki insan özünü identikləşdirir onun uğrunda döyüşür və ölür". Azərbaycandakı etnik və dini tolerantlığın unikal nümunəsini sivilizasiyaların toqquşmasının labüdlüyünü müdafiə edənlərə misal gətirən İlham Əliyev həmin məktubunda yazır: "Bu gün sivilizasiyaların toqquşması və qarşıdurması konsepsiyasına tərəfdar çıxanlar zəngin tolerantlıq ənənələrinə malik olan və Şərqlə Qərb arasında körpü rolunu oynayan bir ölkə kimi Azərbaycanın təcrübəsindən ibrət götürə bilərlər".

   Ölkəmizdə müxtəlif dinlər və mədəniyyətlər tarixən öz mövcudluğunu dialoq tolerantlıq şəraitində qoruyub. Müasir Azərbaycanda milli siyasət 90-a yaxın etnik qrup müxtəlif millət və dini azlıqların əminamanlıq şəraitində yaşaması və dözümlülük prinsipləri həm də din-dövlət sıx əməkdaşlığı əsasında müəyyənləşdirilib. Bu dəyərlər ölkə Konstitusiyası ilə qorunur. Çünki BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsində (1948-ci il) deyildiyi kimi "bütün insanlar öz ləyaqət və hüquqlarına görə azad və bərabər doğulub. İnsanların milliyyəti dərisinin rəngi cinsi dili dini siyasi və digər baxışları hamı üçün eyni və bərabərdir. Bu haqların müdafiəçisi dövlətdir".

   Məlumdur ki əhalisinin 96%-i müsəlman olan Azərbaycan vətəndaşlarının inanc və tolerantlıq mənbəyi Qurani-Kərimdir Müqəddəs Kitabda Rəbbimizin seçdiyi peyğəmbərinə xitabən: "Sənin vəzifən ancaq təbliğ etməkdir" (Alimran 20); "Sən onları zorla imana gətirən deyilsən" (Qaf 45); "Dində zor yoxdur" (Bəqara 256); "Din nəsihətdir" və digər kəlamları dini tolerantlığın təkzibolunmaz nümunələridir.

   1400 il bundan öncə hətta kafirlərlə (ateistlərlə) birgə yaşamağın mümkünlüyünü və vacibliyini vurğulayan Quran bəyan edir: "Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiramı) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər" (Ənam 108). Teist-ateist münasibətlərinə aydınlıq gətirən Rəbbimiz müsəlmanlara tövsiyə edir: "(Kafirlərə deyin:) Sizin öz dininiz var mənim də öz dinim" (Kafirlər 6). Tolerantlığın zirvəsi sayılan bu kəlam sonradan Ali Xartiyada (1215-ci il) BMT bəyannamələrində Azərbaycan da daxil olmaqla bütün sivil dövlətlərin konstitusiyasında təsbit olunub. Bu baxımdan İslam mədəniyyətinin ümumbəşəri dəyərlərinə heyran olan fransız mütəfəkkiri İudaizm-Xristianlıq-İslam münasibətlərinin yaxşılaşdırılmasında müstəsna xidmətləri olan Lui Massionun (1883-1962): "İslam iudaizm və xristianlığın vicdanıdır" etirafı heç də gəlişigözəl ifadə deyil. Bu ictimai xadim tarixçi şərqşünas bir xristian aliminin səmimi etirafıdır.

   Üç monoteist dinin qarşılıqlı hörmət və etimad şəraitində fəaliyyət göstərməsinin təqdirəlayiq olduğunu israrla qeyd edən Quran buyurur: "Müsəlmanlardan müsəvi (yəhudilər) isəvi (xristianlar) və sabiilərdən Allaha axirət gününə inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır" (Bəqara 62). Bu ayə latın mənşəli söz olan tolerantlıqdan yox tolerantlığı da özündə ehtiva edən daha geniş dəyərdən-İslam mədəniyyətindən bəhs edir. Deməli İslam coğrafiyasının qısa müddətdə genişlənməsinin və tolerantlıq da daxil olmaqla bu sahədə Azərbaycanın unikallığının əsas səbəbini həm də İslam mədəniyyətində axtarmaq daha ədalətli olardı.

   Dinlərarası münasibətlərin ölkəmizdəki təqdirəlayiq durumu dini və etnik tolerantlıqda Azərbaycan modelinin örnəkliyi İSESKO-nun (İslam Təhsil Elm və Mədəniyyət Təşkilatının) 2009-cu il üçün Bakı şəhərini İslam Mədəniyyətinin Paytaxtı elan etməsi də söylənən fikri təsdiq edir. Xalqımızın qədim və zəngin mədəniyyətinə islami dəyərlərə ölkəmizdə verilən qiymətə heyranlığını gizlətməyən İSESKO-nun Baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib:

   "Mən Azərbaycanla tanış olduqdan sonra bu qənaətə gəldim ki zəngin maddi və mənəvi irsinə görə Azərbaycan çox əhəmiyyətli ölkədir. İSESKO bütün dünyaya çatdırmalıdır ki siz necə də qədim və zəngin mədəniyyətə sahibsiniz. Azərbaycanla əməkdaşlıq sahəsində imzalanan sənədlərin həyata keçirilməsi üçün biz öz tərəfimizdən hər tələbi yerinə yetirəcəyik və bu əməkdaşlıq digər üzv dövlətlər üçün nümunə olacaqdır". Qeyd edək ki mədəniyyətlər arası dialoqun aparılması ənənələrinə malik olan Azərbaycan həm İSESKO-ya həm də Avropa Şurasına yeganə üzv dövlətdir.

 

   Tolerantlıq müxtəliflikdə bir harmoniyadır

 

   BMT-nin "tolerantlıq prinsipləri deklarasiyası"na görə dözümlülük dünyanın zəngin mədəniyyətinin qəbul olunması dərk edilməsi insanın öz fərdiliyini təzahür etdirmək formasıdır. Buna bilik aşkarlıq düşüncə vicdan və etiqad azadlığı ünsiyyət də aiddir. Tolerantlıq müxtəliflikdə bir harmoniyadır. Bu təkcə mənəvi borc deyil eyni zamanda siyasi və hüquqi tələbatdır. Tolerantlıq sülhə nail olunmasını mümkün edən və müharibə mədəniyyətinin sülh mədəniyyətilə əvəz olunmasına səbəb olan ləyaqətlilikdir. Dövlət səviyyəsində tolerantlıq hər bir insana ölkə vətəndaşına diskriminasiyaya məruz qoymadan iqtisadi və sosial inkişaf üçün şərait yaratmaq deməkdir. Təəssüflə qeyd edək ki bunu işğalçı Ermənistan dövlətinə və Qriqorian kilsəsinə şamil etmək olmaz. 451-ci ildə Xolkidon Ümumdünya Kilsə Məclisindən küfr damğası ilə qovulan erməni Qriqorian kilsəsinin Azərbaycanda fəaliyyət göstərən kilsələrə təzyiqi sonradan Ermənistanın dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasətini müdafiə etməsi BMT-nin qətnamələrinə tolerantlıq prinsiplərinə dirsək göstərməkdir. Ermənistanın monoetnik dövlət olması bu gün onun müasir dünyanın gözü qarşısında Azərbaycanın işğal olunmuş dini və milli abidələrini yerlə-yeksan etməsi də artıq danılmaz faktdır.

   Müasir Azərbaycan dünya iqtisadiyyatının qloballaşması və daha çox mobilləşməsi kommunikasiya inteqrasiya və qarşılıqlı asılılığın sürətli inkişafı irimiqyaslı miqrasiyalar və əhalinin məskunlaşması urbanizasiya və sosial sferada əsaslı dəyişiklər əsrində yaşayır. Bununla yanaşı artıq dini-etnik dözümsüzlük və münaqişələr eskalasiyası da dünyanın hər tərəfini təhdid etməkdədir.

   Belə təhlükədən milli sərhəd və sərvətlərlə qorunmaq qeyri-mümkündür. Çünki o qlobal xarakter daşıyır. Elə Azərbaycanda dünyaya örnək olan tolerantlığın milli siyasətin tərkib hissəsinə çevrilməsi də bu zərurətdən doğub.

   Qeyd edək ki dövlətin apardığı bu siyasət həm də Rəbb kəlamları ilə həmahəngdir. Çünki Tövratı Musa İncili İsa və Quranı Məhəmməd həzrətlərinə nazil edən Rəbbimiz buyurub: "Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Allah istəsəydi sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi.

   Lakin (bu müxtəliflik) Allahın verdiklərilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın" (Nəidə 48). Göründüyü kimi BMT-nin "Tolerantlıq prinsipləri Deklarasiyası" və Azərbaycanda əsrlər boyu formalaşan dini və etnik dözümlülüyün dövlət siyasətinin tərkib hissəsi olması həm də bu ayədən qaynaqlanıb.

 

 

Namiq QULİYEV

 

Bakı xəbər.- 2010.- 18-20 iyun.- S.12.