Kərrara yar qismət olmur, olmasın"

 

80 illik yubileydə Kərrar Əbilovun bir istedadı da üzə çıxdı

 

"Uca zirvələrin buzlaşmış qarı

Alçaq təpələrdə, düzdə heç olmaz"

 

Paytaxt restoranlarının birində tanınmış ziyalı, elm siyasət xadimi, Vahid Azərbaycan Partiyasının sədri Kərrar Əbilovun 80 illik yubleyi qeyd edildi. Ziyafətə tanınmış ziyalılar, media nümayəndələri, qohum-əqraba, dostlar dəvət olunmuşdu.

Ziyafətin aparıcısı olan xanım müğənni, gözəl mahnı tostlarla yanaşı, yubiley münasibətilə Kərrar Əbilova dünyanın müxtəlif yerlərindən gəlmiş təbrik məktublarını oxudu. Rusiyadan, Ukraynadan, Avropadan Şərq ölkələrindən məktublar gəlmişdi.

Saysız səmimi tostlar arasında ifa olunan ritmik rəqslər Kərrar müəllimin özünü o qədər cəlb etmişdi ki, bu dəqiqələrdə onu özündən yaşca xeyli kiçik qonaqlardan ayırmaq mümkün deyildi. Allah qorusun!

Məclisin ən gözəl anları Kərrar Əbilovla bağlı danışılan xatirələr oldu. Xatirələrdə onun erkən gənclik illərindən indiyə qədərki həyatı barədə ən maraqlı detallar özünə yer almışdı.

Yubilyarın qardaşı oğlanlarının şirin meyxanaları məclisin ahənginə xüsusi görkəm verirdi.

"Əmimizin ad günündə" misrası üstündə qafiyələnən meyxanalar bu janrın həqiqətən toy, ziyafət məclisləri üçün əvəzsiz olduğunu bir daha göstərirdi.

Məclisin ən gözlənilməz hadisəsi aparıcı müğənninin Kərrar Əbilovun şeirlərini oxuması oldu. Yubilyarın bir neçə-"heç olmaz", "Ya Rəb, düşmənimiz qoyma sevinsin" "Düşməni tez qovaq" başqa şeirləri həqiqətən maraqla dinlənildi. Hətta çoxları "Kərrar müəllimin şairliyi var imiş" deyərək, təəccübünü açıq-aşkar büiruzə verirdi. "Heç olmaz" şeirindən bir parça".

 

 

Heç olmaz

 

Uca zirvələrin buzlaşmış qarı

Alçaq təpələrdə, düzdə heç olmaz.

Habilin kamanı, Elçinin tarı

Sehirli kəlmədə, sözdə heç olmaz.

 

Gəzsəniz dünyanı hey qarış-qarış,

Qışda yay görərsiz, yayda isə qış.

Alqış vətənimə - elimə alqış!

Kin qəlbdə olmasa, gözdə heç olmaz.

 

Çox demiş şairlər, aqillər, əlbət,

Dünyanı yaşadır yalnız məhəbbət.

Biri digərini sevirsə xəlvət

Bu atəş alovda, közdə heç olmaz.

 

bilək ki, kimlər ətdir, kim balıq?

Necə tapaq: kim bölünən, kim qalıq?

Taqət həm hünərdir, həm ucalıq,

Ürəkdə olmasa, dizdə heç olmaz.

 

Boz ayı buz sorur, ayı armud.

Qapaza öyrənən istəməz əmud

Qorxuram bizə tuş gələ Bermud

Bu əməl ləpirdə, izdə heç olmaz

 

Kövrək ürəklərə kədər dolmasın

Gül-çiçək vədəsiz-vaxtsız solmasın

Kərrara yar qismət olmur, olmasın

Səksəndə olmadı, yüzdə heç olmaz

 

Kərrar Əbilov 1930-cu il aprel ayının 28-də Şuşa şəhərində anadan olub. O, əmək fəaliyyətinə 1941-ci ildən, elmi-pedaqoji bədii yaradıcılıq fəaliyyətinə isə 1950-ci ildən başlayıb.

Onun "Odlu axın" adlı ilk hekayəsi 1950-ci ildə "Azərbaycan gəncləri" qəzetinin elan etdiyi müsabiqədə mükafata layiq görülüb, ilk məqaləsi isə 1951-ci ildə "Lenin tərbiyəsi uğrunda" qəzetində çap edilib.

Həmin vaxtdan başlayaraq o, "Molodyoj Azerbaydjana", "Azərbaycan gəncləri", "Ədəbiyyat incəsənət", "Bakı", "İnşaatçı", "Bilik" qəzetlərində, "İnqilab Mədəniyyət" jurnalında vaxtaşırı məqalələr, hekayələr, şeirlər çap etdirib eyni zamanda təhsilini davam etdirərək 1954-cü ildə ali məktəbi fərqlənmə diplomu ilə, 1964-cü ildə isə aspiranturanı müəyyən olunmuş vaxtdan 11 ay əvvəl bitirərək psixologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1952-ci ildən sırf pedaqoji fəaliyyətlə məşğul olan K.Əbilov təhsil sisteminin təkmilləşməsi, paklığı, sağlamlığı uğrunda həmişə mübarizə aparıb təhsildə pərakəndəliyə qarşı, sistemin bütövlüyü, tamlığı uğrunda var qüvvə ilə çalışıb.

K.Əbilov Azərbaycanın müstəqilliyi, azadlığı, vahidliyi uğrunda mübarizənin həmişə ön sıralarında olub, Vahid Azərbaycan ideyasının təşəkkül tapıb təkmilləşməsi, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların mənəvi-psixoloji birliyinin yaradılması yolunda mümkün olan bütün vasitələrdən istifadə edib etməkdədir.

Vahid Azərbaycan Uğrunda Mübarizə İttifaqı, Vahid Azərbaycan Partiyası, "Vahid Azərbaycan" qəzetinin yaradılmasında aparıcı rol oynayan K.Əbilov həm həmin qurumların rəhbəri olaraq qalır.

Onun 1988-ci ildə yaratdığı Azərbaycan Milli Qurtuluş Cəbhəsi Ermənistanla sərhəddə Dağlıq Qarabağda yerləşən, azərbaycanlılar yaşayan kəndlərin müdafiəsi yolunda çox tutarlı tədbirlər həyata keçirib quduzlaşmış erməni millətçilərinin qarşısını ala biləcək özünümüdafiə dəstələri yaratmaqla azərbaycanlıların bu kəndlərdə kütləvi qırğınının qarşısını ala bilib.

Kərrar müəllimi 80 yaşının tamam olması münasibətilə təbrik edir, ona cansağlığı, uzun ömür daha böyük uğurlar arzulayırıq.

 

 

Bakı xəbər.- 2010.- 5 may.- S. 7.