Akif Nağının isveçrəli jurnalist qonağı alman mətbuatında Qarabağ haqda maraqlı məqalə yazıb

 

   "Biz yeni ev yox, öz torpaqlarımıza dönmək istəyirik"

 

   İsveçrəli jurnalist Andre Vidmer bu ilin əvvəlində Azərbaycanda olub, cəbhə xəttində, köçkün düşərgələrində görüşlər keçirib, bir sıra təşkilatlarla, o cümlədən Qarabağ Azadlıq Təşkilatının təmsilçilərilə görüşüb, qayıdandan sonra İsveçrə və Almaniyanın qəzetlərində Qarabağ həqiqətlərinə dair məqalələrlə çıxış edib. Həmin məqalələrdən birini təqdim edirik.

   Məqalə Almaniyanın gündəlik "News Deutschland" (Berlin) qəzetinin 17 may 2011-ci il tarixli sayında çap olunub. Məqaləni Almaniyanın Köln Universitetinin tələbəsi Rəşad Ağaşirinli tərcümə təqdim edib. Onu da qeyd edək ki, Avropada obyektiv jurnalist kimi tanınan Andre Vidmer Qarabağ münaqişəsinə dair kitab üzərində işləyir.

   Bir şeyi də xatırladaq ki, Andre Vidmer ötən il Ermənistan ərazisindən işğal olunmuş ərazilərə getmiş, Ağdam haqda obyektiv reportaj hazırlamışdı. Bu il o, həmin səfərini təkrar etmək istəyib, lakin həmin reportajına görə Ermənistan hakimiyyəti tərəfindən arzuolunmaz şəxs elan edilib və aeroportdan geri qaytarılıb.

 

      Səngərdə və onun arxasında Dağlıq Qarabağ konfliktinin məğlub olanları

 

      Qarabağ müharibəsindən 17 il keçməsinə baxmayaraq, yüz minlərlə azərbaycanlı, hələ ki, erməniler tərəfindən işğal olunmuş torpaqlara geri dönməyi gözləyir. Əvvəl olduğu kimi, indi heç bir sülh müqaviləsi yoxdur, yalnız aralarında tez-tez pozulan atəşkəs var.Cəbhə xəttinə və qaçqınlara nəzər yetirək.

   Elə görsənir ki, sanki Azərbaycan ordusu cəbhədə əbədiyyət üçün qoyulub.Səngərin sonunda möhkəm betonla tikilmiş və kiçik yataq otaqları ilə təmin olunmuş kiçik bir yer (əsgərlərin yatdığı yer) var. Azərbaycanın qərbində yerləşən Füzuli rayonunun bu kəndində azərbaycanlı əsgərləri Qarabağ ermənilərindən yalnız 200 m ayırır. Aralarında 1994-cü ildə, Dağlıq Qarabağ müharibəsindən sonra imzalanmış atəşkəs müqaviləsi var.

   Zirehli köynək, kaska və çiyinlərindəki tüfənglə gənc əsgərlər 2 metrlik səngərlərdə çətinliklə hərəkət edir. Qoruma məkanında olan kiçik dəliklərdən qarşıdakı işğal olunmuş torpaqlar görünür. Uzaqda - mavi səmanın altında təxminən 3000 metr olan qarla örtülü Qarabağ dağlarını və önündə uzanan düzənliyi görmek olar.

   Cəbhə xəttinin yanında, ermənilər tərəfdə xarabalıqlar görsənir. Orda uzun müddətdir ki, heç kim yaşamır. Bir vaxtlar orda yaşayan azərbaycanlılar indi qaçqın düşərgələrində məskunlaşıb.

 

   Nə vaxtsa hisslər partlayacaq!!!

 

   Atəşkəs müqaviləsi imzalanmazdan öncə müstəqilliyə can atan Qarabağda olan erməni qoşunları yalnız Dağlıq Qarabağı deyil, 7 əlavə Azərbaycan rayonunu da işğal etdilər. Orada yaşayan 586.000 insan didərgin düşdü. Müharibənin sonuna az qalmiş Füzuli və Ağdam rayonunun bir hissəsini azərbaycanlılar geri qaytara bildi. 1100 kvadratkilometrdən çox, təxminən Azərbaycanın 20% dövlət ərazisi ermənilərin işğalı altındadir.

   "Onların bizə etdiklərini unuda bilmərik. Bizim qohumlarımızı öldürən insanlarla necə yenidən bir yerdə yaşaya bilərik? Mən bunu istəmirəm", bunu ermənilərlə üzbəüz mövqelərdə yerləşən kiçik hərbi dəstədə xidmət edən Samir Əliyev deyir. O öz yoldaşlarından qaçqın olması ilə fərqlənir. Onun əvvəl yaşadığı yer Qarabağ dağlarının o biri tərəfində yerləşir: Samir 5 yaşında olarkən ailəsi ilə birlikdə azərbaycanlıların və kürdlərin yaşadığı ,əksəriyyəti erməni əhalisindən ibarət olan, Dağlıq Qarabağ və Ermənistan arasında yerləşən Laçın rayonundan qaçıb.

   Yaşıl düzənlikləri, dərə və çayları təmiz sulu, təpəli region olan Laçın bu gün çoxlu qaçqının şablon düşərgələrdə və kasıb kəndlərdə keçindiyi Azərbaycanın yarımsəhra düzənlikləri kimi quru deyil.

 

    Müharibədən sonra Berdzor adlandırılan Laçına ordan qaçqın düşmüşlər həsrət qalıb

 

   1992-ci ildə mayın 16-dan 17-nə keçən gecə region işğal olundu. "Qaçış anından heç xatırlamıram, yalnız məscidin yanındakı evimizi, Laçının təbiətini, uşaqları, insanları xatırlayıram". Əliyevler ailəsində hələ itirilmiş vətənlərindəki əvvəlki həyatları haqqında söhbət edilir. "İnsan öz hisslərini içində yığıb saxlayırsa, bu vaxtsa partlamalıdır". Gənc azərbaycanlı buna inanır.

   120 kilometr uzanan cəbhə xəttində tez-tez olan qarşılıqlı atışmalar əsgərlərin həyatına son qoyur. Yalnız 2010-cu ildə hər iki tərəfdən 30 əsgər itgisi olub. Amma Samir Əliyev üçün ön cəbhədə yerləşən mövqelərdə xidmət etmək qürurdur. O, danışıq vaxtı üz ifadəsini heç dəyişmirdi gözlərimizə deyil, həmişə əks tərəfə baxırdı. Söhbətimizin əvvəlində səsi titrəsə , sonradan o daha əminliklə bu sözləri dedi: "Torpaqların işğaldan azad olunması üçün canımı verərdim".

   İnsanlar yalnız işğal olunmuş torpaqlardan qaçmayıb. Belə ki, 1988-ci 1994-cü illər arasında təxminən 300.000 azərbaycanlı Ermənistandan Azərbaycana 300.000 erməni Azərbaycandan Ermənistana köçürülüb. Sovet ittifaqının qəflətən dağılması ilə gənc respublika böyük qarışıqlıq nəhəng qaçqın dalğası ilə üzləşdi. Qaçqınlar uzun müddət çadır düşərgələrinə, istifadə olunmayan vaqonlara digər yaşayış evlərinə yerləşdirildi. Ötən illərdə Azərbaycan neft qaz ehtiyatları sayəsində dövlət gəlirlərini yüksək dərəcədə artırdı qaçqınlar üçün yeni kəndlər saldı. Bu kəndlərin özlərinə məxsus məktəbləri, xəstəxanaları idarə etmə məntəqələri mövcuddur. Atəşkəs zonasına yaxın olan bölgələrdə həddindən artıq belə kəndlər var orada yaşayan insanlar bu kəndlərə əvvəllər yaşadıqları kəndlərin adlarını veriblər. Bu yeni kəndlər müasir standartlara uyğun olsa da, bir çoxları məhsuldarlığı az olan torpaqlarda yerləşir.

 

   Yeni evlər yaxşı əvəz hesab olunmur.

 

   Ağcabədi rayonunda isə, hələ ki, hamı təzə evlərdə yaşamır. Əhalisi 120000 olan bu rayonun 30000-i qaçqınlardır. Yeni qaçqın düşərgələrindən başqa tikintisi başa çatmamış evlərdə yaşayanlar da var. Belə evlərdə ailələr özləri üçün palçıq taxtadan otaqlar düzəldib acınacaqlı vəziyyətdə yaşayır. olsa, bu evlər elektriklə təchiz olunub.

   Burada yaşayanlardan biri 4 nəfərlik ailəsi ilə Əsgər Bagitovdur. O, qonaqları zirzəmidə yerləşən evinə dəvət etdi. Otağın divarı parça ilə örtülmüş, yerə isə xalça döşənmişdi. Tavana parçaya sarılmış ağac gövdəsilə dayaq verilmişdi. Bagitov 1992-ci ildən bəri burada yaşayır. "Vətənimizdə şəraitimiz dəfələrlə yaxşı idi. Su evimizin qabağında idi, indi isə su gətirmək üçün 4 kilometr yol getməliyik"- Bagitov deyir. Burada tibbi təminat da yaxşı deyil. Onun həyat yoldaşı xəstə olanda həkim çağırmağa məcbur olurlar, amma dərmanı da özləri almalıdır. Burada məktəb olsa da, uşaq bağçası yoxdur.

   Bagitov pilləkənlərlə çölə çıxdı eşşək arabasına su kanistrlərini yüklədi. Tezliklə şəraitinin yaxşı olacağına ümid edən Bagitov, dövlətindən az dəstək görməsinə baxmayaraq, ona minnətdardır. 6 ay ərzində ailəyə yeni ev veriləcək - təxminən qaçqın düşdükleri vaxtdan 20 il sonra." Amma biz yeni ev yox, öz torpaqlarımıza geri dönmək istəyirik" - o qeyd etdi. Küçədə eynilə belə problemlərlə üzləşən iki qadınla rastlaşdıq. Burada insanlar özlərini təmin etmək üçün kənd təsərrüfatı ilə məşğul olur ayda 15 manat, təxminən 12 avro əldə edirlər. Gələn il o qadınlara da yeni ev veriləcək, amma onlar da öz vətənlərinə, Laçının 50 kilometr şimalında yerləşən Vagazin kəndinə geri qayıtmaq istəyirlər.

   Onların 1992-ci ildə qaçış vaxtı yaşadıqları çox acı idi."Atam qardaşım əsir götürüldü yalnız 2 ildən sonra geri qayıda bildilər."iki qadın bunları danışırdı. Qarətçi ermənilər insanların şərflərini, paltarlarını ayaqqabılarını əllərindən aldılar. Yalnız 3 həftədən sonra piyada Ağcabədi rayonuna çata biliblər. Digər qaçqınlar kimi, onlar da böyük hissəsi viran qalmış, işğal altında olan kəndlərinə həsrət qalıb.

   Artıq bəzilərinin səbri tükənib. Bu səbri tükənənlər içərisində Qarabağın azadlığı üçün qurulan təşkilat da var. 5000-ə yaxın üzvü olan bu təşkilat Bakıda yerləşir. Təşkilatın rəhbəri Akif Nağı onun həmkarları kiçik bir büroda fəaliyyət göstərir. Onlar müharibədən, qaçışdan, işğalçıların vəhşiliklərindən bomba nəticəsində yaralananlardan danışdılar. Akif Nağı 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən sonra Ermənistan Azərbaycan arasında aparılan danışıqların nəticəsiz qalmasından şikayətləndi sözlərini belə bitirdi: "Bu problemin tək həll yolu hərbi yoldur". Onun təşkilatının əsas məqsədi xalqı bu mövzuda hakimiyyətə təzyiq göstərməsi üçün hərəkətə gətirməkdir.

 

   "Bir ana kimi mən müharibə istəmirəm, amma..."

 

   Əlbəttə, Akif Nağı da siyasi vəziyyəti bilir ki, beynəlxalq qurumlar müharibəyə görə Azərbaycana xəbərdarlıq edir. Amma o qeyd etdi ki, dövlət kifayət qədər güclü təzyiq altında olsa ordu hazır olsa, müharibəyə başlamaq olar. Bu, Tərtər rayonundan olan keçmiş tibb bacısı Gültəkin Quliyevaya da aydındır: "Bir ana kimi mən müharibə istəmirəm, amma onsuz bu məsələdə heç bir irəliləyiş olmayacağı görsənir."

   Faktiki olaraq, Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsinə bərabərdir. Prezident İlham Əliyev Ermənistanı bir neçə dəfə hədələyib ki, onun xalqının səbri tükənməz deyil. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov müharibənin tezliklə yenidən başlayacağına inanmır". Biz müharibə istəmirik, çünki bununla böyük iqtisadi nailiyyətlərimizi risqə atmış olarıq".

 

 

   Rəşad Ağaşirinli

 

   Bakı xəbər.- 2011.- 25 may.- S. 6.