Milli ideologiyamızın zəruriliyinə daha bir maraqlı baxış...

 

   Adil Qeybulla: "...ideologiyasızlaşma dövrü başlayıb"

 

   Hər bir dövlətin özünəməxsus ideologiyası var. Hazırda mövcud olan dövlətlərin demək olar ki, hamısı məhz müəyyən ideologiya əsasında yaranaraq inkişaf edir. Bütün cəmiyyətdə həmin vahid ideologiya ətrafında təmərküzləşir. Bu alındıqda ölkədə əminamanlıq, sabitlik hökm sürür. Alınmadıqda isə bunun əksi baş verir, ölkədə dağınıqlıq, pərakəndəlik hakim olur.

    İdeologiya seçilərkən elə biri seçilməlidir ki, o ərazidə yaşayan bütün millət xalqların istəyincə olsun. Digər xalq etnoslar ona düşmən deyil, dostcasına münasibət bəsləsin. Bu mənada Azərbaycan öz ideologiyasını seçməkdə heç yanılmayıb. Azərbaycançılıq məfhumu ölkəmizdə bütün sferalarda özünə geniş yer tapıb. Bu da həmin məfkurənin birtərəfli olmamasından, onun ölkədə yaşayan bütün etnosların istəyini ifadə etməsindən irəli gəlir.

   Azərbaycançılıq məfkurəsi dövlətçiliyimizin möhkəmlənməsi, ərazidə yaşayan müxtəlif xalqların bir yerə toplanmasında əvəzsiz xidmətlərə malikdir. Ona görədir ki, bu gün həmin ideologiya hamı tərəfindən qəbul olunur. Azərbaycançılıq ilk növbədə vətəni sevmək, vətənə bağlılıq, onun yolunda canından keçmək mənasını verir. Azərbaycan xalqı da məhz bu sevgiyə daha ürəkdən bağlıdır. O, həmçinin, bugünkü Azərbaycanın qayğıları ilə nəfəs almaq, ölkəmizin keçmişi, dövlətçilik ənənələrini yaşatmaq onu dünyanın sivil məkanı arasında görməkdən ibarətdir. Azərbaycançılıq ilk öncə müstəqil, suveren dövlət deməkdir. Yəni dövlət olmadığı təqdirdə, həmin ideologiyanın inkişafı da qeyri-mümkündür.

   Azərbaycançılıq Azərbaycanla bağlı olan, onu bir araya cəmləyən, dövlət millət kimi onun konsolidasiya olunmasına xidmət edən müxtəlif ideyaların birliyidir. Burada türkçülük, islamçılıq müasirlik cəmlənib. Bildiyimiz kimi, müasir dünya qloballaşan dünyadır. Bu zaman elə ideologiya tətbiq edilməlidir ki, qloballaşma prosesində itib yox olmasın, əksinə, öz gücünü göstərə bilsin. Azərbaycançılıq ideologiyası üçün bu mənada hər hansı bir təhlükə yoxdur. Çünki, bu təfəkkür tərzi özündə tolerantlığı da birləşdirdiyindən qloballaşan dünyada belə onun məhvi qeyri-mümkündür. Çünki o möhkəm tellərlə bağlıdır.

   Tibb elmləri doktoru Adil Qeybulla azərbaycançılığa toplum milli mənafe baxımından yanaşır: "Azərbaycançılıq dedikdə, Azərbaycanda milli, etnik, siyasi digər mənsubiyyətlərdən asılı olmayaraq, bütün toplumun ümumi milli mənafeyi nəzərdə tutulur. Ona görə azərbaycançılıq ayrı-ayrı etnosların həm Vətən anlayışı, həm milli mənafe baxımından Azərbaycanın dövlət, milli digər maraqlarını hər şeydən yüksəkdə tutmaqdır.

   Düşünürəm ki, indi ideologiyasızlaşma dövrü başlayıb qloballaşan dünyada artıq bu ideologiyalara münasibət dəyişir. Ona görə azərbaycançılıq qloballaşan dünyada ölkəmizi irəli aparan, onun yerini orada təmin edən bir ideyadır. Bilirsiniz ki, Ermənistan monoetnik dövlət olduğundan, qloballaşan dünyada ona irad tutulacaq. Ermənistanda ermənilərdən başqa demək olar ki, başqa, millətlər yaşamır. Xüsusən , orada azərbaycanlılara qarşı monoetnik təmizləmə siyasəti aparılıb.

   Buna baxmayaraq, hələ konflikt dövründə belə Azərbaycanda xeyli erməni yaşayır. Onların hüquqları da Azərbaycan dövlətinin qanun Konstitusiyası çərçivəsində tamamilə təmin olunub. Bu da azərbaycanlıların daha tolerant, qloballaşan dünyanın parametrlərinə daha uyğun millət kimi səciyyələndiyini göstərir. Bu baxımdan düşünürəm ki, azərbaycançılıq ideologiyası qloballaşan dünyada bizi uğurla təmin edən bir ideyadır".

   Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyimlə hazırlanıb

  

 

   Rüfət SULTAN

 

   Bakı xəbər.-2011.- 31 yanvar.- S. 12.