Valideynsiz övladların təhsil haqlarına dövlətin dəstək layihələri ictimai mənafelərdən doğur

 

 

Mehriban Zeynalova: "Kimsəsiz uşaqlara rezidentura və doktorantura pilləsində də güzəşt olunması bu uşaqların təhsil..."

Vaqif Arzumanlı: "Prezidentin məlum təşəbbüsü bir daha sübut etdi ki, bu sahədə müəyyən boşluqların aradan qaldırılması üçün belə bir qərar vacibdir"

 

 Milli dövlətçilik və ictimai maraqlar hər zaman, hansı məkanda yerləşməsindən asılı olmayaraq, hər yerdə qorunmalıdır. Bu, müzakirə olunmayan və etirazsız qəbul edilməli bir konsepsiyadır. Çünki dünyanın bir çox ölkələrində sözügedən məsələyə münasibət birmənalıdır.

   Bəzən biz milliliklə millətçilik, dövlətlə iqtidar arasında fərqi düzgün qiymətləndirmirik. Halbuki, millilik xalqa, millətçilik kütləyə xas anlayışdır. Dövlət öz vətəndaşlarına məxsusdur. İqtidar isə dövləti təmsil edir. İqtidara müxalif olmaq normaldır. Dövlətə müxalif olmaq isə ictimaimilli maraqlara qarşı çıxmaq deməkdir. Milli maraqları şəxsi maraqlardan öndə tutmaq vətənpərvər insanlara xas bir xüsusiyyətdir. Çernışevski yazırdı ki, insanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. Görünən odur ki, hər zaman bu kimi məsələlərə həssas yanaşmaq lazımdır. Ölkə hüdudlarından kənarda yaşayan nə qədər soydaşımız var ki, Azərbaycanın milli dövlətçilik maraqlarının qorunması üçün əllərindən gələni əsirgəmir. Elə Fransa Konqresində azərbaycanlı fəalların göstərdiyi cəsarət də milli dövlətçilik, ictimai maraqların qorunmasında vətəndaş təəssübkeşliyinin bariz nümunəsi idi. Ona görə də vətəndaş öz dövlətinin, dövlət də öz vətəndaşının taleyinə biganə yanaşmamalıdır. Çünki milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyinə əngəl törədən əsas amillərdən biri məhz biganəlikdir. Milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyi vacib amildirbu həqiqəti hamı dərk etməlidir. Bu hislər körpəlikdən insanlara aşılanmalıdır. Bu baxımdan müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyət düşür. Vətənpərvərlik, milliictimai maraqların qorunması davamlı olmalıdır. Unutmamalıyıq ki, insanın xarakteri məhz kiçik yaşlarda formalaşır. Xarakter isə prinsipial olmaq bacarığından ibarətdir. Vətəni sevməyi, bu dövlətin vətəndaşı olmaqla fəxr etməyi, milliictimai maraqların mahiyyətini öyrətmək hər bir müəllimin borcudur. Azərbaycan dövlətinin yeritdiyi siyasət ictimai maraqların qorunmasına xidmət edir. Artıq parlamentin qərarına əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqlar təhsil aldıqları müddətdə təhsil haqqından azad edilib. Bu, ölkə Prezidentinin aztəminatlı ailələrə, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğısının bir ifadəsidir. Çünki bununla əlaqədar qanun layihəsini Milli Məclisə dövlət başçısı təqdim edib. Sənəddə valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların dövlət və özəl təhsil müəssisələrində təhsil aldıqları müddətdə təhsil haqlarının dövlət vəsaiti hesabına ödənilməsi barədə müddəa var. Sözügedən qanun Milli Məclisdə müzakirə olunaraq qəbul olunduqdan sonra, Nazirlər Kabinetinin qəbul etdiyi qərar qanunun icrasına yönəldilib. Bu qanun sayəsində valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlət, özəl ali təhsil müəssisələrində, peşə məktəblərində, kolleclərdə, liseylərdə təhsil alarkən bütün təhsil haqlarından azad olunacaq. Eyni zamanda, valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların mənzil və problemləri də dövlət orqanlarının nəzarətindədir. Onu da qeyd edək ki, dəyişiklik "Təhsil haqqında" Qanunu "Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanuna edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədilə edilib. Dəyişikliyə əsasən, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl aliorta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Dəyişiklik "Təhsil haqqında" Qanunun 14-cü maddəsinə edilib. Qanuna əlavə edilmiş 14.8-1 bəndi həmin imtiyazı şərtləndirir. Bununla yanaşı, bu barədə qeyd olunan qanuna ayrıca bənd əlavə olunub. Bununla həmin uşaqlar istənilən ali məktəbə əgər ödənişli əsaslarla qəbul olunarsa, onun təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Nəzərə alsaq ki, artıq mövcud qanunvericiliyə görə, həmin uşaqlar ali məktəbə daxil olursa, onların 23 yaşına qədər uşaq evində qalmaq hüquqları var, o zaman bunun əhəmiyyəti daha böyükdür. Bu zaman onlara ikiqat dəstək verilmiş olur. Məsələyə kompleks prizmadan yanaşanda bir sıra məqamları nəzərə almaq lazımdır. Məsələ ondadır ki, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar bütövlükdə dövlətin, cəmiyyətin və valideynlərin qayğısı ilə əhatə olunmalıdır.

   Məlumat üçün qeyd edək ki, Azərbaycanda dövlət ali təhsil müəssisələrində ödənişli təhsil forması üzrə qəbul 1994-cü ildən aparılır. Həmin il dövlət büdcəsi vəsaiti hesabına maliyyələşən təhsil formasına və ödənişli təhsil formasına tələbə qəbulu müsabiqəsi ayrı-ayrı vaxtlarda keçirilib. 1995-ci ildən başlayaraq hər iki təhsil formasına qəbul eyni vaxtda aparılır və abituriyentlərə ərizələrində ödənişli və ödənişsiz ixtisasları istədikləri ardıcıllıqla göstərmək imkanı verilir. Onu da deyək ki, Nazirlər Kabinetinin qərarı ilə 2013-2014-cü tədris ili üzrə Azərbaycanın ali təhsil müəssisələrində illik təhsil haqqının ən aşağı həddi 900, ən yuxarı həddi isə 4500 manat səviyyəsində müəyyən edilib.

   İndiyədək bu qəbildən olan təxminən 365 nəfər təhsil müəssisələrində təhsil haqqının ödənişindən azad olunmaq üçün müvafiq təşkilatlara müraciət edib. Lakin bu müraciətlərin heç biri qəbul olunmayıb. Statistik məlumatlara görə isə, təkcə 2009-2012-ci illərdə valideynini itirmişya valideyn himayəsindən məhrum olan 166 nəfər ali təhsil müəssisələrinə daxil olub və hazırda təhsil alırlar. Onlardan 19 nəfər ödənişli əsaslarla oxuyur. Orta ixtisas təhsili müəssisələrində isə 128 nəfər təhsil alır və onların da 17 nəfəri ödənişli təhsil alır.

   Beləliklə, qanunvericiliyə edilən bu dəyişikliklər ictimai maraqların qorunmasının bir göstəricisidir.

   "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova hökumətin yeni qərarını müsbət qiymətləndirir. O hesab edir ki, kimsəsiz uşaqların təhsil haqqından azad olunması məsələsi dəfələrlə ictimai müzakirəyə çıxarılıb: "Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Qanun qəbul olunub. Bu qanun qəbul olunandan sonra valideyn himayəsindən məhrum olan uşaqlar onlarla bağlı bir sıra imtiyazların tətbiq ediləcəyini gözləyirdilər. Çünki həmin sənədə əsasən, bütün tipdən olan dövlət təhsil müəssisələrində, habelə bələdiyyə və özəl aliorta ixtisas təhsili müəssisələrində təhsil alan valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər həmin təhsil müəssisəsini bitirənədək tam dövlət təminatına götürülür. Belə ki, mövcud qanunvericiliyə görə, bu kateqoriyadan olan uşaqlar habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə və özəl aliorta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə tam dövlət təminatından əlavə həmin təhsil müəssisəsində müəyyən edilmiş təqaüdün iki mislindən az olmayan miqdarda təqaüd verilir. Həmçinin onlara istehsalat təhsili və istehsalat təcrübəsi dövründə yüz faiz əməkhaqqı ödənilir. Bundan başqa, valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olunan şəxslərə aliorta peşə-ixtisas təhsili müəssisələrində təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydadamiqdarda müavinət ödənilməlidir. Hər il Azərbaycanda ali məktəbə qəbul olan təxminən 200-ə yaxın kimsəsiz uşaqdan 20-25 nəfəri ödənişli fakültələrə daxil olur. Bəzən bu uşaqları himayə edən yaxınlarının imkanı olmadığından, onların ali təhsil arzusu ürəyində qalır. Amma bu qərar həmin uşaqlar üçün bir ümiddir. Eyni zamanda, kimsəsiz uşaqlara rezidenturadoktorantura pilləsində də güzəşt olunması bu uşaqların təhsil almaq imkanlarını daha da genişləndirəcək".

   Professor Vaqif Arzumanlı hesab edir ki, belə bir qərarın verilməsi gənclərin gələcəyi baxımından çox önəmlidir: "Belə bir qərarın verilməsi çox mühüm hadisələrdən biridir. Ona görə ki, ölkədəki ictimai-siyasi durumla, təhsilin, elmin inkişafı ilə bağlı məsələlərin reallaşdırılması ilə əlaqədar bir sıra çətinliklər mövcuddur. Prezidentin məlum təşəbbüsü bir daha sübut etdi ki, bu sahədə müəyyən boşluqların aradan qaldırılması üçün belə bir qərar vacibdir. İş ondadır ki, valideynləri olmayan, bir sıra çətinlikləri olan gənclərin oxumaq və təhsil haqqı vermək imkanları yox dərəcəsindədir. Bu da gənclərin işsiz qalmasına və nəticə etibarilə cəmiyyətdə bir sıra neqativ halların baş verməsinə zəmin yaradır. Çünki 18 yaşında olan gənc kifayət qədər həyat təcrübəsinə malik olmur. Onu istiqamətləndirmək lazımdır. Bu istiqamətləndirmə də mütləq, təhsillə, peşə ilə həyata keçirilir. Çünki gənclərin peşəyə yiyələnməsi və yaxud da təhsil sahəsində müəyyən uğurlar qazanması onların cəmiyyətdə öz yerlərini müəyyənləşdirməyə kömək edir. Əlbəttə ki, insanın maddi imkanı olmayanda həm yaşamaq, həm də hansısa peşəyə yiyələnmək çətin olur. Ona görə də bu kimi məsələlər bir-biri ilə sıx bağlıdır. Bu baxımdan yaxşı olardı ki, valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı qəbul olunan qanun reallıqda işləsin.

   Çünki bəzən görürsən ki, hansısa qanun qəbul olunur, amma onun həyata keçirilməsi ləngidilir. O üzdən, belə qanunların işləməsi Azərbaycan gəncliyinin gələcəyinin taleyi üçün çox vacib şərtlərdən biridir. Prezidentin bu istiqamətdə verdiyi qərar gələcəkdə bir sıra tələbələrə yeni güzəştlərin verilməsini, onların təhsil dairəsinin daha da genişləndirilməsini təmin edə bilər. Ona görə də bunu alqışlayıram və ictimai maraqlara uyğun hesab edirəm".

 

   

 

    Vidadi ORDAHALLI

Bakı xəbər.-2013.-6-8 dekabr.-S.15.