Tibbi kadrların yetişdirilməsi sahəsində dövlət siyasətinin ictimai məzmunu...

 

 Azərbaycan dövləti səhiyyənin inkişafına böyük əhəmiyyət verdiyi üçün bu sahədə bir sıra köklü islahatlar həyata keçirilib. Hər bir ölkənin sosial ab-havasının durulaşmasında, vətəndaşlarının sağlam olmasında səhiyyənin əvəzsiz yeri var. Azərbaycan səhiyyəsində aparılan köklü islahatlar deyəndə burada yalnız tibb ocaqlarının, xəstəxanaların təmirindən, yeni müalicə mərkəzlərinin tikintisindən danışılmır.

   Bu sahəyə dövlətin bütün mənalarda böyük qayğısının olduğu nəzərdə tutulur. Səhiyyə sahəsində aparılan islahatlara xoş münasibət bəsləyən Azərbaycan ictimaiyyəti hesab edir ki, dövlətin bu istiqamətdə atdığı addımlar ictimaiyyətin maraqlarını müdafiə edir.

   Həkim-terapevt Kəmalə Zeynalovanın sözlərinə görə, Azərbaycan dövlətinin həyata keçirdiyi səhiyyə islahatları yalnız səhiyyə ocaqlarının tikilməsi, təmir edilməsi, onların müasir texniki avadanlıqlarla təchiz edilməsilə məhdudlaşmır. K.Zeynalova deyir ki, bu islahatların tərkibinə çağdaş dünya və Azərbaycan ictimaiyyətinin tələblərilə ayaqlaşan kadrların da yetişdirilməsi daxildir: "Azərbaycanda səhiyyə sahəsində aparılan islahatların Cənubi Qafqazda analoqu yoxdur. Deyərdim ki, bölgə respublikalarının heç birində bizim dövlət qədər səhiyyənin inkişafına fikir verən ikinci bir respublika yoxdur. Bu gün Azərbaycanın xəstəxanalarında quraşdırılan avadanlıq dünyanın aparıcı klinikalarında olan avadanlıqdan geri qalmır. Bu da bu avadanlıqla işləyən insanların peşəkarlığının artırılması zərurəti yaradırdı. Artıq ölkədə kadr sahəsində ciddi islahatlar aparılır. Həkimlərimiz gərək öz biliklərini artırsınlar, beynəlxalq əlaqələr daha da gücləndirilməlidir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda mühazirə oxumaq üçün xaricdən aparıcı tibb mərkəzlərindən qonaqlar dəvət edilməlidir. Bildiyimə görə, bu proses artıq başlanıb. Biz elə etməliyik ki, Azərbaycan həkimləri yaradılan müasir şəraitə uyğun fəaliyyət göstərsinlər. Biz yeni avadanlıqla yeni şəraitdə işləməyi, tibb elminin yeniliklərini bilməliyik. Xəstələrə çox gözəl xidmət göstərilməlidir. Azərbaycanda səhiyyə sahəsində aparılan islahatların dərinləşməsi üçün daha böyük işlər görülməlidir. Azərbaycanın səhiyyə sahəsində aparılan islahatlar təkcə Azərbaycanda deyil, dünyada da artıq yüksək qiymətləndirilir. Bir müddət əvvəl Dünya Səhiyyə Təşkilatının xətti ilə Bakıda keçirilən böyük tədbirdə bu qiymətlər səslənib, statistik göstəricilər də onu göstərir. Uşaq, ana ölümü azalır, insanların ömrü uzanır. Əlbəttə, bunu şərtləndirən müxtəlif amillər var. İnkişaf etmiş ölkələrdə də tibbi xidmət və tibbi qulluq insanın ömrünü uzadan ən vacib amillərdən biridir. Azərbaycanda da bu göstəricilər yaxşılaşır. Elə etməliyik ki, bu daha da yaxşı olsun. Ona görə diaqnozun düzgün qoyulması, insanların müayinədən mütəmadi qaydada keçməsi - bütün bu məsələlər çox vacibdir. İnsanların müalicəsi və sağalması üçün biz əlimizdən gələni etməliyik".

   Ekspert bildirdi ki, həkim kadrlarının hazırlanmasında böyük önəm daşıyan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rolu çox böyükdür. Onun sözlərinə görə, bu institut həkimlərin təkmilləşdirilməsində böyük görür. Həkimləri Təkmilləşdirmə İnstitutu əsaslı təmirdən sonra səhiyyə kadrlarını yetişdirmək sahəsində fəaliyyətini davam etdirir: "Ümumiyyətlə, səhiyyə kadrlarının təkmilləşməsi prosesi dövlətin ciddi nəzarəti altındadır. Bu gün bizim səhiyyədə kifayət qədər peşəkar, inkişaflı, təkmilləşmə yolu keçən həkimlər var. Onların sayı günü-gündən artır. Özüki, bu həkimlər xarici ölkələrlə yanaşı, həm də öz respublikamızda-Həkimləri Təkmilləşdirmə İnstitutunda formalaşır.

   Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu təmirdən sonra açıldı. Həmin mərasimdə dövlət başçısı İlham Əliyev də iştirak edirdi. O tədbirdə İlham Əliyev qeyd edib ki, Azərbaycan dövləti bu məsələləri diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, ildən-ilə səhiyyə məsələlərinə ayrılan xərclər artır: "Halbuki, etiraf etməliyəm ki, istədiyimiz səviyyədə deyil, daha da artmalıdır. Hələ ki, bu göstəriciyə görə biz inkişaf etmiş ölkələrdən geri qalmışıq. Ancaq biz tədricən bunu aradan qaldıracağıq. Bizim maliyyə, maddi imkanlarımız artdıqca, əlbəttə, səhiyyə sahəsinə daha da çox investisiyalar qoyulacaq. Ancaq əgər müqayisə aparsaq, görərik ki, son bir neçə il ərzində səhiyyəyə ayrılan vəsait dəfələrlə artıb. Əsas odur ki, bu vəsaitdən səmərəli istifadə olunsun. Həm infrastruktur, maddi-texniki baza möhkəmlənsin, həm xidmət, peşəkarlıq lazımi səviyyədə olsun. O ki qaldı müasir avadanlığa, bundan sonra da biz Azərbaycana ən müasir cihazları gətirəcəyik". Prezident bu fikirləri xeyli əvvəl söyləyib. Bu gün isə o, verdiyi vədi yerinə yetirməkdə davam edir. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda 130 çarpayılıq cərrahiyyə klinikası, tədris şöbəsi, tədris-metodiki şöbə, mərkəzi elmi-tədqiqat laboratoriyası, rezidentura, elmi-tədris məlumat şöbəsi, elmi kitabxanayataqxana fəaliyyət göstərir. Binanın əsaslı təmirinə 2010-cu ildən başlanıb və təmirdən sonra burada yüksək standartlara cavab verən şəraiti yaradılıb. Binanın açılışında cənab Prezident dedi ki, indi dünya tibb elmində çox böyük inkişaf, böyük irəliləyiş var, əvvəlki dövrdə müalicə olunmayan xəstəliklər indi müalicə edilir. O tövsiyə edirdi ki, həkimlərimiz də gərək öz biliklərini artırsınlar, beynəlxalq əlaqələr daha da gücləndirilməlidir: " Bu institutda mühazirə oxumaq üçün xaricdəki aparıcı tibb mərkəzlərindən qonaqlar dəvət edilməlidir. Bildiyimə görə, bu proses artıq başlanıb. Biz elə etməliyik ki, Azərbaycan həkimləri artıq yaradılan müasir şəraitə uyğun fəaliyyət göstərsinlər. Biz yeni avadanlıqla yeni şəraitdə işləməyi, tibb elminin yeniliklərini bilməliyik. Xəstələrə çox gözəl xidmət göstərilməlidir. Bu institutun Azərbaycanda səhiyyə sahəsində aparılan islahatların dərinləşməsi üçün çox böyük rolu var. Burada öz biliklərini təkmilləşdirən həkimlər qayıdıb öz xəstəxanalarında daha da uğurla və peşəkarlıqla xidmət etməlidir".

   Həkim-kardioloq Cəfər Həmidov da bildirdi ki, Azərbaycan səhiyyəsi o qədər inkişaf edib ki, artıq xarici həkimlər ölkəmizə maraq göstərir. Onun bildirdiyinə görə, Azərbaycan səhiyyəsində uğurlu işlər çoxdur. Onlardan biri də 2009-cu ildə Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş birinci "Bakı ürək günləri" beynəlxalq konqresidir: "Ölkəmizdə hər sahədə olduğu kimi, səhiyyə sahəsində də aparılan islahatlarinkişaf göz önündədir. Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərib və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülüb. Belə ki, paytaxtdaregionlarda beynəlxalq standartlara cavab verən yeni tibb müəssisələri, müalicə-diaqnostika mərkəzləri istifadəyə verilib, onlar müasir avadanlıqla təmin olunub.

   Heydər Əliyev Fondunun səhiyyə sahəsində həyata keçirdiyi layihələr xüsusi önəm daşıyır. Bu mənada YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin əhəmiyyəti əvəzsizdir. Azərbaycanda kardiologiyanın inkişafına sanballı töhfələr verən bir sıra əməliyyatlar həyata keçirilib. Artıq paytaxtda açıq ürək əməliyyatları, orqan köçürmələri kimi bir vaxtlar qeyri-adi görünən əməliyyatlar keçirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strateji xətt sayəsində son illərdə Azərbaycanda təbabətin başqa sahələri kimi kardiologiya da intensiv inkişaf edir. Müasir Azərbaycan səhiyyəsinin uğurları ulu öndərin uzaqgörən strategiyasının nəticəsidir. Məhz onun təşəbbüsü ilə ölkəmizdə beynəlxalq standartlara cavab verən diaqnostika və müalicə-kardioloji mərkəzlər yaradılıb. Bu siyasət ümummilli liderimizin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kardiologiya və ürək cərrahiyyəsinin aktual problemləri, bu sahədə ən son nailiyyətlər, müasir texnologiyaların tətbiqi ictimaiyyət tərəfindən də maraqla qarşılanır. Artıq insanlar başqa ölkələrin həkimlərinə deyil, öz mütəxəssislərimizə üz tutur".

   C.Həmidov eyni zamanda bildirdi ki, cəmiyyətin formalaşmasında, insanların sağlamnormal yaşayış tərzinin təmin edilməsində mühüm rol oynayan səhiyyə sahəsində yeniliklər bir-birini əvəz edir: "Dünyada ən sürətli inkişaf tempinə malik olan informasiya texnologiyalarının tətbiqi ilə, digər sahələr kimi, bu sahənin inkişafı da sürətlənir və öz əhəmiyyətini artırır. Ölkəmizdə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunmağa başlanıb.

 

   Səhiyyə sahəsində aparılan islahatların tərkib hissəsi kimi səhiyyə sahəsində informasiya texnologiyalarının geniş tətbiq edilməsi, respublika əhalisinin sağlamlıq monitorinqinin həyata keçirilməsi, eləcə də vahid səhiyyə informasiya mühitinin formalaşdırılması, tətbiq edilməsi, digər informasiya sistemləri və məlumat bazaları ilə əlaqələrin təşkil edilməsi məqsədilə 2010-cu ildə Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi yaradılıb. Bu çox yaxşı bir işdir. Bu, dövlətin səhiyyə sahəsində apardığı islahatları əhali arasında təbliğ etmək, ictimaiyyəti maarifləndirmək baxımından çox əhəmiyyətlidir..."

 

   əvvəli və ardı var...

 

İradə SARIYEVA

 

Bakı Xəbər.-2013.-13 iyun.-S.15.