Dini etiqad azadlığı prosesinin tənzimlənməsi sahəsində

dövlət siyasəti ətrafında ictimai həmrəylik...

 

                                 Müsbət və mənfi təmayüllər...

 

 Azərbaycan elə bir ölkədir ki, burada ta qədimdən millidini tolerantlıq mühiti yüksək səviyyədə inkişaf edib, özünü çox ali səviyyədə təqdim edə bilib. Dini tolerantlıq xətti bu gün Azərbaycan dövlətinin qanunlarında da öz əksini tapıb.    Bu gün ölkəmizdə çoxlu sayda qeyri-ənənəvi və ənənəvi, islam, eləcə də qeyri-islam təmayüllü təriqətlər, dini icmalar, dini təşkilatlar fəaliyyət göstərir. Hətta bu dini təşkilatlar sırasında elələri var ki, onun baş idarəsi xarici ölkələrdədir. Onu da qeyd edək ki, bu dini təşkilatların bir qismi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif dövrlərdə qeydiyyata alınıb. Bu qurumlara Azərbaycan qanunvericiliyi və Azərbaycan Respublikası "Dini Etiqad Azadlığı Haqqında" Qanununun müfaviq bəndlərinə uyğun fəaliyyət göstərmək üçün icazə verilib, qanunda nəzərdə tutulmayan hallarda onların fəaliyyəti qadağan edilir.    "Dini Etiqad Azadlığı Haqqında" Qanunun 1-ci maddəsində göstərilir ki, hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var: "Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət və düşmənçilik yaratmaq məqsədilə təbliğinə yol verilmir. İnsan ləyaqətini alçaldanya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır. Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulandemokratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik mənafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır. Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə müvafiq olaraq tərbiyə edə bilərlər".    Qanunun müfaviq bəndindən də gördük ki, bizdə dini tolerantlıq mühitinin formalaşmasına, müxtəlif dinlərə, etiqadlara qulluq edən insanların qanun çərçivəsində aparmasına geniş imkanlar açılıb. Bu çox müsbət hal olsa da, bəzi təriqət mənsubları bunu dəyərləndirmir və yaradılan bu şəraitdən sui-istifadə edirlər. Tolerantlıqdan sui-istifadə halı artıq özünü çox geniş şəkildə göstərir. Bilirik ki, bəzi dini qruplaşmaların fəaliyyəti öz zərərli təsirini ailələrə, xüsusən də gənc nəslə ötürməkdədir.    Azərbaycan dövlətinin formalaşdırdığı dini tolerantlıq mühitindən sui-istifadə hallarının geniş yayılmasından ictimaiyyət ciddi narahatlıq keçirir. Artıq bəzi hadisələr ictimaiyyətin rahatsız olmasının əsaslı olduğunu göstərir. Bəzi dini qruplaşmaların üzvləri internet şəbəkəsindən istifadə edərək insanlara, tanınan şəxslərə hucuma keçir, onları təhdid edirlər.    Bəzi dinşünaslar hesab edir ki, Azərbaycanda fəaliyyət göstərən, lakin xaricdən idarə olunan dini təşkilatların zərəri çox böyükdür. Bu dini icmaların, təşkilatların ölkəmizdəki tolerantlıqdan sui-istifadə edərək öz bazalarını möhkəmləndirdiyini düşünən dinşünasların sözlərinə görə, onların bəziləri hətta bizim xalqımıza və dövlətçiliyimizə qarşı da qəsdlər hazırlaya bilər.    Ümumiyyətlə, Azərbaycanda yaradılan dini tolerantlıq mühitini pozmaq istəyən, bu dözümlülükdən sui-istifadə edən dini qüvvələr, icmalar Azərbaycan dövləti üçün gələcəkdə təhlükə yarada bilərmi?    Maraqlıdır ki, bu məsələyə yanaşmalar çox müxtəlifdir. Dini tolerantlıqdan sui-istifadə halının mövcud olduğunu deyib, bununla bağlı tədbirlərin görülməsini deyənlərlə yanaşı, məsələyə təhlükəsiz bir hal kimi baxanlar da var.    Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova mətbuata bildirib ki, belə bir problemin yaranacağı gözlənilmir: "Dinin təhlükəyə çevrilməsi bütün hallarda mümkünsüzdür. Eyni zamanda, bir xeyli müddət əvvəl "Dini Etiqad Azadlığı Haqqında" Qanuna edilən müvafiq dəyişikliklər də Azərbaycan vətəndaşlarının dini etiqad azadlığının təmin olunması, onun mənəvi məkanının qorunması yolunda atılan mühüm addımlardan idi. Yüksək mənəviyyat prinsiplərini özündə ehtiva edən dini qayda-qanunların qorunması, din-dövlət, vətəndaş-dövlət münasibətlərinin milli qanunvericiliyin müddəaları əsasında tənzimlənməsi qanuna edilən dəyişikliklərin məğzini təşkil edirdi. Din mənəvi sərvətimizdir. Tarixi sınaqlardan çıxmış bu dünyagörüşü hər bir kəsin daxili aləminin saflaşmasına, onun kamil bir insan kimi yaşamasına, ətraflarına münasibətdə yüksək mənəvi dəyərləri rəhbər tutmasına xidmət edən həm əqidə, həm də mənəvi-əxlaqi prinsiplərdir. Din bəşər mədəniyyətinin yalnız əvəzsiz sərvəti deyil, həm də hər yeni gələn nəslin yaşadığı, üzləşdiyi və münasibətləri müəyyən etdiyi gerçək tarixi reallıqdır. Hər bir insan dünyaya gələndə milli-etnik mənsubiyyətlə yanaşı, dini mənsubiyyətlə də yaşayır və onu bütün ömrü boyu qoruyur. Bu baxımdan, dini təhlükə kimi görmək düzgün deyil..."    Bununla yanaşı, R.Aslanova dini tolerantlıqdan istifadə halının da mövcudluğunu inkar etməyib. O bildirib ki, ənənəvi dinlərin klassik prinsiplərinin təhrif edilməsi nəticəsində yeni dini dünyagörüşü yaratmaq istəyində olan destruktiv radikal cərəyanların fəaliyyəti hətta yarandıqları ölkələrdə belə qadağan olunub: "Axtarışında olduqları mənəvi məkanda yerləşmək, insanların şüuruna öz zərərli təsirlərini artırmaq üçün onlar bütün vasitələrdən istifadə edirlər. Öz növbəsində bu proses onların arxasında duran beynəlxalq qüvvələr tərəfindən dəstəklənirkonkret ölkələrə təzyiq vasitəsi kimi istifadə edilir. Həmçinin, insan azadlıqlarının təmin olunması adı altında bu zərərli ideyaların daşıyıcılarına imkanların yaradılması tələbi ilə çıxış edirlər. Cəmiyyətin mənəvi-ideoloji bütövlüyünü təhlükə altına alan bu proseslərin inkişafına isə qətiyyən yol vermək olmaz. Mövcud vəziyyətdən sui-istifadə edən bu təriqət nümayəndələri əksər hallarda kommersiya fəaliyyəti altında maskalanır və öz fəaliyyətlərini də getdikcə genişləndirirlər. Buya digər məsələlər göstərir ki, cəmiyyətdə mənəvi birliyin möhkəmlənməsi, dini mühitin qorunması, ölkənin uğurlu inkişafı işinə daha böyük töhfə verə bilən din-dövlət münasibətlərinin əməkdaşlığının ən məqbul formalarının müəyyən edilməsi üçün qanunvericilikdə ardıcıl aparılmalıdır".    Bu arada Azərbaycanda bəzi radikal qruplaşmaların cəmiyyət üçün təhlükəli olması, onların milli-mənəvi dəyərlərimizə təcavüzü ictimaiyyətdə geniş müzakirə edilir. Bu da faktdır ki, son günlər sosial şəbəkələrdə bir qrup radikalın Azərbaycanda həyata keçirmək niyyətində olduğu və məzhəblərarası qarşıdurmaya səbəb olacaq terror xəbərləri yer almaqdadır. Bu məsələ ilə bağlı Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib. Seyid Camalın dövlətçilik və ictimai maraqların müdafiəsi baxımından atdığı bu təəssübkeş addımı məsələnin xeyli dərəcədə ciddi olduğunu nəzərə çarpdırır. Seyid Camal yazıb ki, sosial şəbəkə vasitəsilə ölkəmizdə məzhəblərarası qarşıdurmaya səbəb ola biləcək, müsəlmanların birlik və bərabərliyi, Azərbaycan dövləti üçün həmişə mücadilə verən Hacı Şahin Həsənliyə qarşı sui-qəsd çağırışının yer alması yolverilməzdir: "Özlərini "Meşə qardaşları" adlandıran radikal dini qrupun təmsilçiləri Azərbaycandakı məzhəb dostlarını "mücadilə"yə səsləyiblər. Onlar sosial şəbəkələrdə bir-biri ilə əlaqə saxlayaraq, Azərbaycandakı şiələrə qarşı kütləvi şəkildə terrora çağırış ediblər. Bu çağırışlarda şiələrə qarşı hədə dolu ifadələrlə yanaşı, Azərbaycanın tanınmış din xadimi, dövlətçiliyin və milli-mənəvi dəyərlərin mühafizəsi istiqamətində illərdir mücadilə verən Hacı Şahin Həsənlini qətlə yetirmək üçün fətva verildiyini deyiblər.    Təmsil etdiyim Qarabağ Seyid Ocaqları və Azərbaycanın gerçək din-dövlət münasibətlərində mücadilə verən mənəviyyat adamları adına dərhal tədbirlər görülməsini xahiş edirəm.    Hesab edirəm ki, son günlər Azərbaycanda həmin qrupa aid olanözünü dininin təəssübkeşi sayan, islamın qaydalarına adiyyəti olmayan, ölkəmizdə məzhəblərarası münasibətləri qızışdırmağa sövqedici bəyanatların müəllifi olan bu şəxslərin ünvanı dəqiq bilinməlidir. Bunlar vəhhabi kimliyi ilə tanınan şəxslərdir. Milli təhlükəsizlik naziri olaraq sizdən xahiş edirəm ki, Azərbaycan dövlətinin bütövlüyü üçünİlham Əliyevin humanistliyindən, Azərbaycan xalqının tolerantlığından sui-istifadə edən belə radikal və təhlükəli qüvvələri dərhal zərərsizləşdirəsiniz. Bu mənim yox, Azərbaycan dövlətinə bağlı minlərlə insanın ricasıdır.    Həmin dini radikal qüvvələr öz mətnlərində qeyd edirlər ki, Suriyadan sonra növbəti proses Azərbaycandadır. Suriyada olan Əmir Fərman Çətin adlı terrorçunun "Suriyada şiələrə qarşı qələbəni gözləyirik, o zaman həmin hadisələr Azərbaycanda baş verəcək" kimi çağırışına etinasız yanaşmamaq lazımdır. Cənab nazir! Diqqətinizə çatdırım ki, ölkəmizdə dini tolerantlıqdan xaincəsinə sui-istifadə edən və məzhəblər arasında təfriqə salan qüvvələrin təcili olaraq zərərsizləşdirilməsi gecikir. Bu radikal qüvvələr dövlətçiliyimizə hər an təhlükə mənbəyidir. Azərbaycanı İraqa, Suriyaya, Pakistana çevirmək istəyən qüvvələrin məhv edilməsi dinimizin də prinsiplərinə uyğundur. Onların məkrli planı gələcəkdə fürsət düşdükdə Azərbaycanda da Taliban rejiminə bənzər hakimiyyət qurmaqdır. Onların bu niyyətinə imkan vermək olmaz".    Seyid Camalın bu müraciətindən də açıq görünür ki, ölkəmizdə pis niyyətli, xalqımızı, dövlətimizi parçalamağa iddialı olan qüvvələr var. Onların tolerantlıqdan sui-istifadə edərək ayrı-ayrı şəxslərə qarşı törətdikləri əməllər birbaşa ictimaiyyətin rahatlığını pozmağa yönəlib, hesablanıb.

                                                                                                                 Ardı var...

İradə SARIYEVA

    Bakı xəbər. - 2013.- 1-3 noyabr.- S. 15.