Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi siyasətini ictimaiyyət necə başa düşür?

 

 Azərbaycanın paytaxtı Bakı dünyanın ən inkişaf etmiş, ən tərəqqiyə çatmaq istəyən şəhərləri sırasına düşməkdədir. Şəhərimiz öz gözəlliyinə, inkişafına və digər keyfiyyətlərinə görə diqqət mərkəzindədir. Ölkəmizin baş şəhərini hər zaman diqqət mərkəzində edən amillərdən biriburada tez-tez beynəlxalq tədbirlərin keçirilməsidir.

   Bakı son illər ardıcıl olaraq çox nüfuzlu beynəlxalq tədbirlərə, toplantılara ev sahibliyi edir. Beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə maraqlı olan Azərbaycan dövləti bu toplantıların yüksək səviyyədə keçirilməsinə böyük şərait yaradır. Azərbaycanın dövlət maraqlarına uyğun şəkildə həyata keçirilən bu tədbirlər ölkəmizin dünyadakı nüfuzunu günü-gündən daha da sarsılmaz edir. Bakıda keçirilən beynəlxalq tədbirlərin ictimai və dövlət maraqlarımıza uyğun formada keçirilməsi də təqdirəlayiqdir. Tədbirlərdə iştirak üçün Bakıya gələn nüfuzlu xarici qonaqlar bizim ölkəmizdən hərtərəfli razı qayıdır.

   Elə tədbirlər var ki, onların Bakıda keçirilməsi artıq ənənə halını alıb. Onlardan biri də Bakı Beynəlxalq Humanitar Forumudur ki, üçüncü dəfədir çox uğurla baş tutur. Bir neçə gün davam edən Bakı III Beynəlxalq Humanitar Forumunun yekununda Bəyannamə qəbul olunub. Bildirək ki, Bəyannamədə forumda iştirak edən dünyanın müxtəlif ölkələrinin siyasət, elm, mədəniyyət və təhsil xadimləri, vətəndaş cəmiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri dövlətlərarası və regional əməkdaşlığın bütün səviyyələrində həmrəyliyin zəruriliyini, inkişaf proseslərinin davamlılığının təmin edilməsi naminə elmi, humanitar, mədəni inteqrasiyanın aktuallığını nəzərə alaraq, idarəçilik və istehsal texnologiyalarının konvergensiyası ilə bağlı müasir çağırış və təhlükələrin qlobal xarakter aldığı və cəmiyyətin inkişafında yeni dominantların aşkarlanması baxımından dünya birliyinin xüsusi diqqətini tələb etdiyini təsdiqləyiblər. Bəyannamədə multikulturalizm sahəsində bir çox ölkələrin, o cümlədən Azərbaycanın uğurları etiraf edilir və müxtəlif ölkələrin cəmiyyətdə konsensus əldə olunmasına yönəldilən dövlət siyasətinin əsas tərkib hissəsi kimi qazanılmış təcrübənin öyrənilməsinin zəruriliyi qeyd olunur. Forumun iştirakçıları ksenofobiya, irqçilikdözümsüzlüyün qarşısının alınması və eyni zamanda tolerantlıq mədəniyyətinin formalaşdırılması məqsədilə multikulturalizm problemlərinin KİV-də işıqlandırılmasının vacibliyini xüsusi qeyd ediblər. İş burasındadır ki, forumda qaldırılan məsələlər Azərbaycan dövlətini və ictimaiyyətini hər zaman maraqlandıran məqamlar olub.

   Tarixçi Təzəgül Yusifovanın bildirdiyinə görə, müstəqil Azərbaycan dövlətinin bu uğurları başqa dövlətlərin də təqdir etdiyi bir inkişaf modelidir: "Bilirik ki, respublikamız müstəqillik illərində dünyanın bir sıra ölkələrilə qardaşlığa, dostluğa nail olub. Vaxt vardı ki, ölkəmizdə beynəlxalq miqyaslı tədbirlərin, toplantıların keçirilməsi bizə çox uzaq görünürdü. Ancaq son illər Azərbaycan təmsilçiləri beynəlxalq tədbirlərdə iştirak üçün yalnız xarici ölkələrə üz tutmur. Bu gün Azərbaycan saysız-hesabsız mədəni, humanitar, iqtisadi-sosial, siyasi, elmisair beynəlxalq tədbirlərin keçirildiyi məkan statusu qazanıb. Sevindirici haldır ki, dünyanın nüfuzlu, sayılıb-seçilən beynəlxalq tədbir və toplantılarına başqa dövlətlərlə bərabər Azərbaycan da ev sahibliyi edir. Artıq dünyada günü-gündən nüfuzu artan Azərbaycan dövləti ev sahibliyi etdiyi tədbirlərin keçirilməsini çox yüksək səviyyədə təmin edir. Respublikamız bu tədbirləri dövlət maraqlarımıza uyğun şəkildə təşkil edir. Bu toplantılarda Azərbaycanın dövlət maraqlarının qorunması, yüksəklərdə tutulması əsas hal kimi götürülür.

   Hər il Bakıda və digər şəhərlərimizdə davamlı olaraq müxtəlif mövzularda beynəlxalq tədbirlər keçirilir. Həmin tədbirlərdə iştirak edən qonaqlar Azərbaycan dövlətinin inkişafından danışır, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasəti təqdir edir. Sözsüz ki, Dağlıq Qarabağ məsələsi də qonaqlarımızın ən həssas yanaşdığı mövzulardan biri kimi diqqəti çəkir. 2013-cü ilin başlanğıcından başlayaraq indiyə qədər Azərbaycan bir sıra nüfuzlu beynəlxalq, uluslararası toplantılara ev sahibliyi edib, indi də etməkdədir".

 

   Ekspert bildirir ki, respublikamızda bütün cəhətlərinə görə uluslararası tədbirlər keçirilməsi üçün şərait var. Bu tədbirlərin sülh, mənəvi-siyasi bağlılıq üzərində qurulduğunu deyən tarixçi hesab edir ki, bu toplantılar Azərbaycanın dövlət maraqları ilə uzlaşmalıdır, uzlaşır da. Onun sözlərinə görə, bu ilin aprel ayında Azərbaycanda bir neçə beynəlxalq tədbir, toplantı keçirilib. O qeyd etdi ki, aprelin 7-8-də Bakıda "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumun (Davos Forumu) keçirilməsi dövlətimizin və ictimaiyyətimizin həyatında yaddaqalan hadisə oldu. Tarixçi bu tədbirin Azərbaycanda keçirilməsinin əhəmiyyətinin böyük olduğunu dedi. O bu tədbirin həm Azərbaycanın dövlət maraqları ilə üst-üstə düşdüyünü, həm də bütün bölgə üçün əhəmiyyətini irəli sürür: "Qeyd etmək istərdim ki, 2013-cü il yaddaşlarda həm uğurlu seçki ili kimi, həm də beynəlxalq tədbirlərin keçirildiyi bir il kimi qalacaq. Azərbaycanda çox mühüm hadisələr baş verdi. Aprel-may-iyunondan sonrakı aylarda bir neçə beynəlxalq əhəmiyyətli tədbir keçirildi. Onlardan biriaprel ayının birinci ongünlüyündə keçirilən Azərbaycan ilə Dünya İqtisadi Forumunun birlikdə təşkil etdiyi Cənubi QafqazOrta Asiya regionları ilə bağlı bir qarşılıqlı dialoq tədbiri oldu. Bu ümumiyyətlə son illərdə Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurun bir nümunəsidir. Bilirsiniz ki, Azərbaycan Dünya İqtisadi Forumu ilə, Davos İqtisadi Forumu ilə çox sıx əməkdaşlıq edirbu əməkdaşlıq da öz bəhrəsini verməkdədir. Ümumiyyətlə, bu tədbirlərdə Azərbaycan əsas söz sahibi kimi fikirlərini bütün dünyaya çatdıra bilir. Bundan başqa, bura gələn qonaqlar, rəsmilər görür ki, Azərbaycan zəif deyil, böyük bir inkişaf yoluna çıxan bir ölkədir. Azərbaycanın nüfuzunu dünyada bir daha təsdiqləyən beynəlxalq tədbirlərdən biri də ölkəmizdə keçirilən ən böyük, dünya miqyaslı tədbirlərdən olan "Eurovision-2012" musiqi yarışmasıdır. Onun yüksək səviyyədə təşkil edilməsi hələ də dünya mətbuatında başqa ölkələrə nümunə olaraq göstərilir. Dünya KİV-ləri bu yarışma başda olmaqla, Azərbaycanın çoxsaylı dünya və beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsini təqdir edir. Təbii ki, beynəlxalq tədbirlərin Bakıda və digər şəhərlərimizdə keçirilməsi çox böyük hadisələrdir. Deyək ki, keçən illərdə Azərbaycanda çoxsaylı mötəbər beynəlxalq yarışlar keçirilib. Onların sırasında 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatı xüsusilə qeyd edilməlidir. Azərbaycan tarixində ilk dəfə dünya səviyyəli turnir təşkil edildibu, ölkəmiz üçün yeni təcrübə idi. Dünya çempionatının yüksək səviyyədə təşkili həm iştirakçılar və qonaqlar, həm də beynəlxalq futbol federasiyaları tərəfindən müsbət qiymətləndirildi. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə iştirak edən qonaqlar bizdən çox razı qalırlar. 2012-ci ildə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun, Dünya Bankının Azərbaycan üzrə II İqtisadi Siyasət Forumunun, "Milli iqtisadiyyatın inkişafı və səmərəliliyinin yüksəldilməsi" mövzusunda beynəlxalq elmi-praktiki konfransın, "Rusiya-Azərbaycan dialoqu-2012" III Rusiya-Azərbaycan Regionlararası Forumun, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının VII Baş Assambleyasının, din və dövlət mövzusunda beynəlxalq konfransın, Qəbələdə IV Beynəlxalq Musiqi Festivalının və sair tədbirlərin keçirilməsi Azərbaycanın bir ev sahibi kimi özünü təsdiqləməsindən xəbər verir. 2012-ci ildən əvvəlki dövrlərdə keçirilən tədbirlər də sübut etdi ki, Azərbaycan Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi mərkəz statusunu qazanıb. Beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan bu tədbirlərdə öz dövlət maraqlarını yüksək səviyyədə müdafiə edə bilib. 2012-ci ildə Bakıda Azərbaycan gənclərinin təşkilatçılığı ilə çoxsaylı beynəlxalq və yerli əhəmiyyətli tədbirlər də keçirilib. Onların arasında Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayını xüsusi qeyd etmək istərdim. Dünya azərbaycanlı gənclərinin təşkilatlanmasının təməli Rusiya Azərbaycanlı Gənclər Təşkilatının yaradılması ilə qoyulub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaranan bu təşkilat həqiqətən də Azərbaycan gəncliyinin vahid amal uğrunda səfərbər olunması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük işlər görür. Xocalı soyqırımı ilə bağlı dünyada Azərbaycan hakimiyyətinin, Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyası çərçivəsində Azərbaycan gəncliyi yüksək fəallıq nümayiş etdirdi. Dünyanın 70-dək ölkəsində aksiyalar, konfranslars. tədbirlər təşkil olundu. Buna görə də Dünya Azərbaycanlı Gənclər Birliyi gənc nəslin mütəşəkkilliyinin artırılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, diasporun möhkəmləndirilməsi və mədəni irsimizin təbliği istiqamətində gənclərimizin fəaliyyətini daha yaxşı əlaqələndirməyə imkan verəcək".

   Azərbaycan ilbəil inkişaf etdikcə onun beynəlxalq aləmdə nüfuzu da yüksəlir. Bu da təbii ki, dövlət və ictimai maraqlarımızın yüksək səviyyədə müdafiəsini şərtləndirir. Azərbaycan beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etməklə öz gücünü, sülhpərvər, humanizm diləkli bir ölkə olduğunu dünyaya çatdırır.

   Beynəlxalq toplantılara ölkəmiz tarixən açıq olub, əlbəttə, bu da respublikamızın, dövlətimizin və cəmiyyətimizin hər zaman beynəlxalq aləmlə sağlam dialoqa, münasibətlərə maraq göstərdiyinə əsas verir.

 

   

İradə SARIYEVA

 

Bakı xəbər.-2013.- 6 noyabr.- S. 15.