Azərbaycanda dini mühit üzərində dövlət nəzarəti və ictimai maraqlar bir-birini tamamlayır

 

 Azərbaycan xalqı səbrlidir, dözümlüdür, qədirbiləndir. Bilirik ki, tarixən Azərbaycan müxtəlif etnikdini qrupların ənənəvi dözümlülükharmonik birgə yaşayışı üzərində qurulan siyasətin aparıldığı çoxetnosluçoxdinli ölkədir. Qanunlarımız sosial, etnikdini mənşəyindən və dilindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

   Bir neçə əsr ərzində etnikdini azlıqlara mənsub olan şəxslər respublikamızda etnik çoxluq olan azərbaycanlılarla sülhharmoniya şəraitində yaşayıb və yaşayırlar. Tarixçilər bildirir ki, Azərbaycan Respublikası çoxetnosluçoxdinli bir ölkə olmasına baxmayaraq, burada hər hansı bir toqquşma qeydə alınmayıb. Tarixçi Həyat Məhərrəmovanın sözlərinə görə, bu ölkənin milli siyasəti müxtəlif xalq, etnik qrupdini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirilib: "Bütövlükdə Azərbaycan xalqı çox tolerant bir xalqdır, heç zaman etnik azlıqlara münasibətdə ayrı-seçkilik etməyib. Ən azsaylı xalqlar da Azərbaycanda öz dillərini, mədəniyyətlərini qoruyub saxlaya bilib. Milli məsələ, adətən, dövlətlərin kifayət qədər həssaslıqla yanaşdığı siyasi istiqamətlərdəndir. Şübhəsiz ki, etnik azlıqlarla zəngin Azərbaycanda da situasiyanın nəzarətdə saxlanması milli təhlükəsizlik maraqları baxımından müstəsna əhəmiyyət daşıyır. Bu gün Vətənimizdə yaşayan azsaylı xalqlar Azərbaycan türkləri kimi öz etnik mənsubiyyətini qoruyub saxlayaraq vahid Azərbaycan xalqının ayrılmaz tərkib hissəsi kimi bütün hüquqlardan bərabər səviyyədə istifadə edir. Azərbaycanda yaşayan hər bir xalq öz etnik xüsusiyyətlərini saxlamaqla bərabər, digər xalqların və etnik qrupların həyat tərzində, məişətində, adət və ənənəsində, mədəniyyətindəki bir çox mütərəqqi xüsusiyyətləri əxz edib və onları qarşılıqlı şəkildə inkişaf etdirib. Ümumi birgə yaşayış qaydalarına əməl olunan zamanlarda bu xalqlar bir-birinə daha da yaxınlaşıb. Bunun da nəticəsində Azərbaycanda yaşayan etnik azlıqların demək olar ki, hamısı öz müstəqil dillərini, etnoqrafik xüsusiyyətlərini saxlayıb və bu gün də onları inkişaf etdirir. Azərbaycan xalqı tarixən müxtəlif dinlərə, totemlərə tapınsa da, çoxluq olaraq sonradan islam dininə könül verib. Azərbaycanda din siyasəti ən həssas mövzulardan biri kimi diqqəti cəlb edir. İslam dinini öz həyatının əsas faktorlarından biri sayan xalqımız hər zaman öz dininə sahib çıxıb. Azərbaycanda din siyasəti, onun ictimai və dövlət maraqları ilə vəhdət təşkil etməsi zaman-zaman müzakirə edilən məsələ olub".

   H.Məhərrəmovanın dediyinə görə, Azərbaycanda islam dininə tapınan insanlarla yanaşı, müxtəlif etnikdini qrupların da yeri var. Burada bütün dinlərin nümayəndələri dövlətimizin apardığı uğurlu din siyasəti sayəsində ənənəvi dözümlülük şəraitində yaşayır. Tarixçi bildirdi ki, Azərbaycan dövlətçiliyinin və ictimai mühitin formalaşmasında din siyasəti, dövlət və ictimai maraqların vəhdətinin böyük rolu var: "Müasir Azərbaycan dövlətində din dövlətdən ayrı olsa da, həm ona dövlət qayğısı böyükdür, həm də ictimaiyyət dinə böyük dəyər verir. Ölkədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var, eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsi də mövcuddur. Bundan başqa, ölkədə sağlam təmayüllərə söykənən normal dini icmalar, təşkilatlar da yox deyil. Əslində, bu qurumların əsas məqsədi, xətti Azərbaycanın dövlət və ictimai maraqlarına xidmət etmək olmalıdır. Din siyasətilə dövlət və ictimai maraqların eyni məcrada birləşdirilməli olduğunu düşünən alimlər hesab edir ki, bu, Azərbaycanda özünü müsbət istiqamətdən göstərir".

   H.Məhərrəmovanın sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixində din siyasəti əsas yerlərdən birini tutub. Dövlətin maraqlarının müdafiəsi məsələsində din amilininözünü göstərdiyini deyən H.Məhərrəmova hesab edir ki, din siyasətinin dövlət və ictimai maraqlarla eyni məxrəcdə kəsişməsi vacibdir. Bu gün Azərbaycan xalqı özünün müstəqil, azad, suveren vətənində demokratik, hüquqi və dünyəvi dövlət qurub, onu daha da möhkəmləndirmək üçün dövlətimizlə həmrəy çalışır. İndi Azərbaycan dövlətinin bəlli din siyasəti də var, o çox mükəmməldir. Dövlətimiz daxilixarici siyasət sahəsində heç bir mərkəzin rəyini, razılığını almadan müstəqil hərəkət edir, siyasət yeridir. Əlbəttə, bu, azad, unitar dövlətin müstəqil, beynəlxalq meyarlara uyğun fəaliyyət göstərməsidir. Hazırda Azərbaycan dövlətçiliyində milli siyasətin, milli ideologiyanın tərkib hissəsi kimi xalqın mənəvi dəyərlərinə böyük diqqət yetirilir. Dövlətçiliyimizin inkişafında, daha da möhkəmləndirilməsində din amilindən də istifadə etmək vacib sayılır. Din dövlətdən ayrı olsa da, sevindirici haldır ki, o dövlət və ictimai maraqlarla vəhdət təşkil edir. Bu belə də olmalıdır. Din özü bir ideoloji-mənəvi xətt olaraq dövlətə xidmət etməlidir. Bizim dinimizdə-islamda insanın mənəvi aləminə güclü nüfuzetmə xüsusiyyəti, güclü səfərbəredici potensial, hər cür əsarətə, zülmə nifrət, azadlıq və hürriyyətə hörmət ruhu var. Azərbaycan dövlətinin Konstitusiyasında da sülh, həmrəylik, azadlıq və hürriyyət kimi anlayışlara yer verilib. Azərbaycan öz müstəqilliyini, istiqlaliyyətini əldə etdikdən sonra xalqın keçmişinə, milli adət-ənənələrinə, dininə dövlət səviyyəsində hörmət və ehtiram göstərilməyə başladı. Müstəqillik dövründə islam dininin tarixinə, onun keçdiyi çoxəsrlik yola, bu dinin bəşəri dəyərlərinə, ayin və bayramlarına maraq artdı. Sovet dövründə təhdidlər və repressiyalar qorxusu ilə adamların daxilinə çəkilən etiqadinam özünü büruzə verir, dinə, dini etiqada, milli-mənəvi dəyərlərə indi nəzəri və praktiki cəhətdən yeni gözlə baxılır. Bu gün ölkəmizdə islam dini leqal surətdə fəaliyyət göstərən, təbliğ edilən, ardıcılları, öz təşkilatları, tədris müəssisələri, kadrları və maddi bazası olan bir ideologiyadır. Azərbaycan Respublikasının Konstitusiyasında dinin dövlətdən ayrı olduğu təsbit edilib. Bu, bütün demokratik ölkələrə xas olan bir xüsusiyyətdir".

   Tarixçinin dediyinə görə, bütün dövlətlərdə dövlətin üst qurumlarından biri kimi dinə xüsusi münasibət var. Alimin bildirdiyinə görə, zaman çərçivəsində dövlətin xüsusiyyətləri, ictimai-siyasi quruluşu dəyişsə də, xalqın dininə, inam dünyasına toxunulmayıb. O dedi ki, ancaq çox təəssüflər olsun ki, Azərbaycanda sovet hakimiyyəti dövründə ilk gündən dinə dözümsüzlük yarandı. Bu da bir həqiqətdir ki, böyük dövlət xadimiböyük azərbaycanlı Heydər Əliyev hakimiyyətə ikinci dəfə, yəni 1993-cü ildə gəldikdən sonra xalqımızın mənəvi, milli dəyərlərinə münasibət kökündən dəyişildi.

   Heydər Əliyev bütün ömrü boyu azərbaycanlı və müsəlman olması ilə fəxr edir, bu fikri ən yüksək tribunalardan iftixarla söyləyirdi. Ulu öndər dinimiz haqqında deyirdi: "Xalqımız öz tarixi, milli-mənəvi dəyərləri, doğma dili ilə, islam dininə, mədəniyyətinə, mənəviyyatına mənsub olması ilə fəxr edir. Müasirlik və dini-mənəvi dəyərlər bir-biri ilə bağlanmalıdır. Dini-mənəvi dəyərlərdən biz müasir həyatımızın daha da genişlənməsi və inkişaf etməsi üçün istifadə etməliyik. Dini-mənəvi dəyərlər bizi geri çəkməməlidir, irəli aparmalıdır. Çünki islam dininin mənəvi dəyərləri insanları həmişə inkişafa aparıb". 1998-ci ilin noyabr ayında Bakıda keçirilən "Müstəqillik və dini dəyərlər" beynəlxalq konfransında Azərbaycanın mərhum Prezidenti Heydər Əliyev parlaq bir nitq söylədi. Bu nitq konfrans iştirakçılarının hamısının xoşuna gəldi. O deyirdi: "Məlumdur ki, bütün dinlər dünyada yüksək mənəviyyat təbliğ edirlər. O da məlumdur ki, bəşər tarixində insanlar öz şüurunu, adət-ənənələrini və cəmiyyətlərdə yaranan qanun-qaydaları əsasən dini dəyərlərdən, dinin insanlara bəxş etdiyi keyfiyyətlərdən götürürlər". Konfrans iştirakçılarının dərin marağına və diqqətinə səbəb olan bu nitq həm də ölkə başçısının dinə, dini dəyərlərə verdiyi yüksək qiymət idi. Tarixə nəzər salsaq görərik ki, din heç vaxt dünya intibahından kənarda qalmayıb və inkişafa mane olmayıb. İslam dini meydana gəldiyi gündən cahilliyə, nadanlığa qarşı olub, bəşər övladını beşikdən qəbrə qədər öyrənməyə, elmlərə sahib olmağa çağırıb. Bu da bir həqiqətdir ki, islam dünyanın bütün xalqlarının yetkinləşməsində müsbət rol oynayıb. İslam Azərbaycan xalqının da təşəkkülündə, formalaşmasında, mənəvi-bəşəri dəyərlərinin ümumiləşməsində, ictimai şüurunun oyanmasında, mədəni səviyyəsinin yüksəlməsində mütərəqqi mövqe tutub. Bir sözlə, Azərbaycan intibahını islamdan ayırmaq mümkün deyil. İslam dini xalqlar arasında sülh, dostluq tərəfdarıdır. Hətta SSRİ dövründə belə, sülhxalqlar arasında dostluq uğrunda mübarizədə çoxsaylı müsəlman din xadimlərinin və dindarlarının səsi dünyanın ən mötəbər tribunalarından eşidilirdi. Uzun illər boyu SSRİ ilə bir çox dünya xalqları arasında mehriban əməkdaşlıq yaradılmasında müxtəlif dinlərə məxsus din xadimlərinin rolu az olmayıb. Bu gün bu, Azərbaycan reallığında da özünü hiss etdirir. Din siyasəti milli dövlət və ictimai maraqlarla uzlaşır".

 

   Ekspert dedi ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini bütün xalqımızla bərabər dindarlar da sevinclə, ruh yüksəkliyilə qarşıladılar: "Müstəqilliyimizin ilk günlərindən respublikamız müstəqil daxilixarici siyasət yürütməyə başladı. İlk dəfə olaraq xalq öz dinimilli bayramlarını azad və sərbəst qeyd etdi. Respublikanın rayon, şəhər və kəndlərində məscidlər ucaldıldı. Minarələrdən azan səsi eşidildi. İllər boyu yolu-izi itən ocaqlar, pirlər, ziyarətgahlar yenidən canlandı. Tarixdə ilk dəfə zəvvarlar müqəddəs yerlərə - Kəbə, Kərbəla, Məşhəd və s. dini ocaqlara qorxmadan, çəkinmədən getməyə başladılar. Azərbaycanda yenə də ilk dəfə dini məktəblər, mədrəsələr açıldı.

   Müstəqilliyimizdən sonra respublika hökumətinin fərmanları ilə Qurban bayramı, Ramazan bayramı, Novruz bayramı istirahət günü elan olundu. Millidini bayram günlərində həm dövlət rəhbərləri, həm də dini rəhbərlər mətbuat, televiziyaradio vasitəsilə xalqa müraciət edir, vətəndaşları təbrik edirlər.

   Böyük dövlət xadimimiz Heydər Əliyev bütün dini, milli bayramlarda xalq içərisində olur, onlarla söhbətlər edirdi. Əlbəttə, bütün bunlar xalqa olan diqqətin, onun milli mənəviyyatına bəslənən hörmətin təzahürü idi. Bu güno ənənə davam etdirilir. 1993-cü ildə Məhəmməd Peyğəmbərin(s) mövludu münasibətilə Təzəpir məscidində olan Heydər Əliyev deyirdi ki, din xadimlərimiz Azərbaycan Respublikasının ağır günlərində xalqımızın, vətəni qoruyan bütün adamların daha sıx birləşməsində, ordunun möhkəmlənməsində, işğal olunmuş torpaqların geri qaytarılmasında bundan sonra daha da fəal iştirak edəcək, öz səylərini göstərəcəklər. Gördüyünüz kimi, din siyasəti, dövlət və ictimai maraqlar bir-birilə dərin bağlarla birləşir, vəhdət təşkil edir".

 

İradə SARIYEVA

 

Bakı xəbər.-2013.- 7 noyabr.- S. 15.