Narkomaniya ilə mübarizədə dövlət və ictimai

maraqları birləşdirən faktorlar...

 

 İnsanların həyatını cəhənnəmə döndərən, sağlamlığını, normal yaşayışını təhlükəyə atan narkomaniya bütün dünya üçün qarşısıalınmaz bir bəlaya çevrilib. " ölüm" kimi cəmiyyətin çox ciddi probleminə çevrilən narkomaniya çağırılmamış qonağa bənzəyir. Bu arzuolunmaz "qonaq" ən çox yeniyetmələr və gənclərin həyatını, gələcəyini məhv edir.    Son illərin ən real təhlükəsi sayılan narkomaniya bütün dünyanı qorxuya salıb. Narkomaniya bəlası insanlar arasında böyük narahatlıq yaradıb. Narkomaniyanın geniş yayılması, narkotik maddələrin dövriyyəsi, insan sağlamlığına zərbə vuran bu maddələrin birdəfəlik yığışdırılması mümkün deyil. Amma bu da o demək deyil ki, dövlətlər, cəmiyyətlər bu hala qarşı mübarizə aparmır. Xeyr, mübarizə aparılır, ancaq hələ onun qarşısının tam alınması mümkün deyil. Azərbaycan dövləti də uzun illərdir narkomaniyaya qarşı mübarizə aparır.    Keçmiş polis işçisi Taryel İbrahimovun sözlərinə görə, Azərbaycan dövləti indiyə qədər narkotiklərlə mübarizə sahəsində xeyli işlər görüb. Dövlətimizin və ictimaiyyətimizin birgə səyi ilə aparılan mübarizədən danışan həmsöhbətimiz dedi ki, görülən tədbirlər yavaş-yavaş öz təsirini göstərməyə başlayıb: "Bilirik ki, narkomaniyanın, narkotik vasitələrin yayılmasının qarşısını almaq üçün insanlar hərtərəfli şəkildə maarifləndirilməlidir. Yaşadığımız dövrdə bütün bəşəriyyəti düşündürən və narahat edən ən ciddi problemlərdən biri də narkomaniyadır. BMT-nin son hesablamalarına görə, dünyada 208 milyondan artıq şəxs narkotik maddələrdən buya digər formada istifadə edir. Bu, dünya əhalisinin təxminən 4,8%-i deməkdir. Dünyanın sosial bəlasına çevrilən narkomaniyanın yayılması və onun fəsadları Azərbaycan cəmiyyətindən də yan keçməyib. Rəsmi məlumata görə, Azərbaycanda 28 min nəfərə yaxın narkoman var. Gündəlik informasiyalarda narkomaniyaonun törətdiyi digər problemlərlə tez-tez qarşılaşırıq. Hətta narkomanların cinayətlərə də əl atdığı barədə çoxlu məlumatlar var. 2011-ci ilin mənzərəsinə baxsaq görərik ki, Dövlət Statistika Komitəsi 531 cinayətin narkomanlarya narkotik təsir altında olan şəxslər tərəfindən törədildiyini açıqlayıb. Bu gün narkomaniya ilə Azərbaycan dövləti də ciddi şəkildə mübarizə aparsa da, onun yaratdığı problemləri aradan qaldırmağa səy göstərsə də, bu istiqamətdə ölkə QHT-lərinin də dəstəyinə böyük ehtiyac var. Narkomaniya ilə mübarizədə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülən, səmərəli aparılması aktualvacib məsələlərdən biridir. Təqdirəlayiq haldır ki, bu gün ölkə QHT-lərinin təşəbbüsü ilə narkomaniyaonun törətdikləri xəstəliklərə qarşı bir sıra layihələr həyata keçirilir. Qeyd edək ki, əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işin görülməsini labüd edir. Məlumat üçün bildirək ki, ötən dövrdə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram" (2007-2012-ci illər) uğurla həyata keçirilib və QHT-lər də bu proqramın həyata keçirilməsində aktiv iştirak edib. Bundan sonra da geniş ictimaiyyətin bu bəşəri bəla ilə mübarizəyə cəlb olunması çox vacibdir".    Keçmiş polis işçisi bildirdi ki, ölkədə narkomaniya ilə mübarizədə QHT-lər fəal iştirak edir. Onun sözlərinə görə, Azərbaycan ictimaiyyəti QHT-lərin və ayrı-ayrı insanların timsalında narkomaniya ilə mübarizəyə dəstək olur. Biz ötən müddətdə Azərbaycan QHT-lərinin bu istiqamətdə həyata keçirdikləra bir sıra layihələrə nəzər salsaq, onların narkomaniya ilə mübarizədə göstərdikləri fəaliyyətlərin mənzərəsini təsəvvürümüzdə yarada bilərik: "2012-ci ildə "Bizim Gənclik" İctimai Birliyi narkomaniyaonun törətdikləri xəstəliklərə (İİV/QİÇS) qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məqsədilə Gənclər və İdman Nazirliyinin qrant şəklində qismən maliyyələşdirdiyi "Dünyaya sağlam baxış" layihəsini icra edib. Layihə çərçivəsində paytaxtda, cənub və Şirvan regionlarında, habelə Gəncə və Sumqayıtda gənclər arasında narkomaniya, İİV/QİÇS-ə yoluxma hallarının qarşısının alınmasında maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilib. Dövlət Komissiyasının İşçi Qrupu və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi ilə birgə keçirilən bu tədbirlərdə əhalinin, xüsusən gənclərin narkomaniyaonun törətdiyi xəstəliklərə (İİV/QİÇS) dair məlumatlanması ilə yanaşı, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunan nəticələrlə bağlı məlumatlar verilib, eləcə də mütəxəssislər tərəfindən dünyada qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilib. Eyni zamanda, dövlətin bu sahədə prioritet istiqamətlərindən sayılan Dövlət Proqramının (2007-2012-ci illər) hazırlanması və icrası da müsbət hallardan biridir. Təlim keçmiş gənclər narkomaniya və İİV/QİÇS xəstəliklərindən müdafiə olunmaqla, həm öz həmyaşıdlarına bu haqda məlumat vermək, həm də əhalinin digər yaş qruplarını da bu sahədə maarifləndirmək imkanı qazanıb. Bu da narkomaniyaonun törətdiyi xəstəliklərin və fəsadların yayılmasının qarşısının alınmasında, eləcə də onunla mübarizədə həlledici rol oynaya bilər. Qeyd edək ki, maarifçilik tədbirlərində bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər olunmasının, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi önə çəkilib. Ötən dövrdə Milli QHT Forumunun (MQF) təşəbbüsü ilə NarkomaniyaNarkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının (NMDK) İşçi Qrupu ilə birgə Salyan, Yardımlı, Biləsuvar, Lənkəran və digər rayonlarda "Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə QHT-lərin rolunun artırılması" adlı layihə də diqqət cəlb edən layihələrdən biridir. Layihə çərçivəsində icra olunan tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının, DİN Baş Narkotiklə Mübarizə İdarəsinin, Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətləri, narkomaniya ilə mübarizədə adları çəkilən orqanların qarşısında duran əsas vəzifələr haqqında yerli əhaliyə geniş məlumatlar verilib, onlarla maraqlı fikir mübadiləsi aparılıb".    Ekspertin sözlərinə görə, " ölüm" kimi cəmiyyəti təhdid edən və bütün dünyada qarşısının alınması az qala müşkülə çevrilən narkomaniya bəlası insanlar arasında böyük narahatlıq yaradıb: "Narkomaniyanın geniş yayılması, narkotik maddələrin dövriyyəsi, insan sağlamlığına zərbə vuran bu maddələrin birdəfəlik yığışdırılması mümkün deyil. Amma bu da o demək deyil ki, dövlətlər, cəmiyyətlər bu hala qarşı mübarizə aparmır. Xeyr, mübarizə aparılır, ancaq hələ onun qarşısının tam alınması mümkün deyil. Azərbaycan dövləti də uzun illərdir narkomaniyaya qarşı mübarizə aparır".    T.İbrahimovun dediyinə görə, narkomaniyanın qarşısının alınması ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlərə QHT-lərin dəstək verməsi çox müsbət haldır. Bu tədbirlərin dövlət və ictimai maraqların müdafiəsinə yönəldildiyini deyən ekspert bildirdi ki, bu sahədə indiyə qədər bir sıra layihələr həyata keçirilib: "Təbii ki, bu layihələr formal olaraq keçirilməyib. Mən burada Gənc Vətənpərvərlər Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli - mənəvi dəyərlərin gücləndirilməsi" adlı layihədən də danışmaq istəyirəm. Keçən illərin diqqətçəkən layihələrindən biri kimi bu layihə çərçivəsində öyrənilib ki, narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir. İnsan narkotik maddədən asılı olurqula bənzəyir. İnsan hər şeyi - sağlamlığını, qüvvəsini, özünə hörməti itirir. Narkotik maddə təkcə onu qəbul edən insanı məhv etmir, həmçinin, narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir, onların uşaqları fizikipsixi çatışmazlıqlarla dünyaya gəlir. Gəlin gələcəyimizi qoruyaq. Gənclər arasında insan alverinə və narkomaniyaya qarşı mübariz olaq. Sağlam həyat tərzi seçmək üçün idmanın bir növü ilə məşğul olaq. Azərbaycan dövlətinin və ictimaiyyətinin birgə həyata keçirdiyi tədbirlərin əsas məqsədi narkomaniya təhlükəsi və onun sosial, fiziki, mənəvi zərbələri haqqında gəncləri maarifləndirmək, həmçinin, problemin həllində gəncləri birgə mübarizəyə səsləməkdir. Bu aparılan araşdırmalar və müşahidələr, statistik məlumatlar onu göstərir ki, narkomaniya əsasən gənclər arasında geniş yayılıb. Elə bu səbəbdən də, əsas hədəf qrupu kimi, orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, orta ixtisas məktəbləri, peşə liseyləri və universitet tələbələri seçilib".    Ekspert qeyd etdi ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ın icrası ilə bağlı son iki il ərzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, aidiyyəti nazirlik, komitə və təşkilatlar tərəfindən mühüm tədbirlər görülüb: "Son illər bu sahədə görülən tədbirlərin sırası günü-gündən genişlənir, narkomaniya ilə mübarizə sahəsində görülən işlərin müsbət nəticələri olur. Düzdür, narkomaniya elə bir haldır ki, onun qarşısını tam olaraq almaq mümkün deyil. Ancaq müxtəlif maarifləndirici tədbirlər həyata keçirməklə, işlər görməklə müəyyən qədər bu halın yayılmasının qarşısını almaq mümkün olur. Gənclərin narkomaniyaya meyl etməsi mənfi haldır, onlar bununla gələcəklərini, sağlamlıqlarını təhlükə altında qoyurlar. Azərbaycan dövlətinin və ictimaiyyətinin birgə səyi sayəsində narkomaniya ilə mübarizə bu günvar, sabah da olacaq. Bu mübarizə davamlı xarakter alıb".

 

İradə SARIYEVA

Bakı xəbər. - 2013.- 25 noyabr.- S.15.