Binəqədi rayonunun sosial-iqtisadi

inkişafı: real vəziyyət və perspektivlər

 

 Hər şey ondan başladı - «Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından. 4 may 2011-ci il tarixdə imzalanmış və qüvvəyə minmiş bu Sərəncam istər Bakıda, istərsə də onun qəsəbələrində genişmiqyaslı tikinti və abadlıq-quruculuq işlərinin start götürməsinə rəvac verdi.

Bununla da bu vaxta qədər sanki illərlə problemləri bir-birinin üzərinə qalaqlanmış rayonlarda həyat qaynamağa başladı. Bu işlər o qədər sürətlə görülməyə başladı ki, sakinlər bəzi hallarda gözlərinə inana bilmir. Çünki bu gün keçdiyi küçədən 2 gün sonra keçəndə tam fərqli mənzərə ilə qarşılaşır, «Buranı nə vaxt sökdülər», «Buzaman tikildi» kimi heyrət qarışıq maraqla sual edirlər. Bakı isə rayonları ilə bir yerdə günbəgün simasını dəyişir, istər sakinləri, istərsə də şəhərimizə gələn qonaqları sözün yaxşı mənasında təəccübləndirməkdə davam edir...

Hər gün yenilənən, insanları günbəgün dəyişən siması ilə heyrətləndirən rayonlardan biri də Bakının Binəqədi rayonudur. Yəqin çoxları mənimlə razılaşar ki, paytaxtın ən böyük inzibati ərazilərindən olan bu rayon vaxtilə problemlərinin çoxluğu səbəbindən digər rayonlardan daha «öndə» idiadama elə gəlirdi ki, nə qədər masştablı işlər aparılsa da, onun problemləri bitməyəcək. Hara baxırdınsa narazı insanlar, əsəbi mühit görürdün. Kommunal xidmət sahəsindəki yarıtmazlıqların nəticəsi olaraq təkcə qaz, işıq, su idarələrinin deyil, Rayon İcra Hakimiyyətinin binasının qarşısı da bu üzdən hər gün qələbəlik olurdu. Bununla icra orqanlarının ritmipozulur, insanların əsəbləri tarıma çəkilirdi ki, son illər ərzində bu mənzərədən əsər-əlamət qalmayıb. Bunları yazmaqla demək istəmirəm Binəqədidə bütün problemlərə son qoyulub, bu heç mümkündeyil. Çünki insan olan yerdə problemin olması qanunauyğunluqdurproblemin tükəndiyi yer insanın da tükəndiyi yerdir. Sadəcə onu demək istəyirəm ki, insan övladı hər şeyə qadirdir və niyyət olarsa, ağlasığmaz uğurlara imza ata bilər.

Bu rayondakı inkişafı görmək üçün onu cəmi 2-3 il öncəki halı ilə müqayisə etmək yetərlidir. Yəqin rayonun dəyərli sakinləri də mənimlə razılaşar ki, bu qısa müddət ərzində görülən işlərin miqyası həmin zaman kəsiyinə adekvat deyil. Buradakı inkişafın daha bir göstəricisi isə rayon rəhbərliyinin media ilə əlaqələrə ciddi önəm verməsidir. Belə ki, artıq son illərdə Binəqədi Rayon İcra Hakimiyyətinin il boyu bir neçə dəfə rayonun real mənzərəsi və inkişaf perspektivləri ilə bağlı jurnalistlər üçün yazı müsabiqəsi keçirməsi artıq ənənə halını alıb. Təbii ki, bu da rayonda intensiv abadlıq-quruculuq fəaliyyəti nəticəsində əldə olunan uğurların real göstəricisi sayıla bilər, çünki işin görülmədiyi, problemlərin üst-üstə qalaqlanaraq ildən-ilə daşındığı məkan jurnalistlərin qələminə tuş gəlməyi heç istəməz. Belə hallarda əlaqədar qurum rəhbərləri və cavabdeh şəxslərin KİV-dən necə qaçdığını biz jurnalistlərdən yaxşı kimsə bilə bilməz. Sözügedən ənənə həm də rayon rəhbərliyinin respublika ictimaiyyəti qarşısında periodik hesabatı kimi səciyyələndirilə bilər, çünki bu müsabiqələr nəticəsində onlarla mətbu orqanda rayonda görülən işlər və perspektiv barədə yazılar çap olunur ki, bu da ictimaiyyətdə buradakı fəaliyyətin real mənzərəsi barədə rəy yaradır.

Bu rayonda qürur duyulası fəaliyyət isə yetərincədir. Elə götürək burada inşa olunan və artıq son tamamlanma işləri görülən Qafqazın ən böyük məscidinin tikilişini. Şərqlə Qərbin qovşağında yerləşən respublikamız Avrointeqrasiya və Qərb standartlarına uyğunlaşmağı özünün əsas strateji istiqamətlərindən biri kimi müəyyən etsə də, Şərqin dəyərlərini yaşatdığını hər zaman əməli şəkildə göstərib. Bunun daha bir göstəricisi olan sözügedən məscidin Binəqədi rayonunda inşa olunmasının isə rayonun bütün müsəlman dünyasında tanınmasına və məşhurlaşmasına gətirəcəyi şəksizdir.

İlk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakının hər yerində olduğu kimi, Binəqədi rayonunda da bu böyük idman hadisəsinə ciddi hazırlıq gedirbu üzdən buradakı quruculuq işləri bir qədər də intensivləşib. Hər zaman yenilikçi addımları ilə seçilən Binəqədi rayonu bu dəfə də ənənəsinə sadiq qalaraq ilkə imza atıb. Belə ki, artıq həmin tarixə bir il qalmış müddətdən - cari ilin iyun ayından etibarən Binəqədi Rayon İcra Hakimiyyəti özünün «Təmiz şəhər» layihəsinə start verib. «Binəqədi - evimizdir!», «Evimizi təmiz saxlayaqdevizi ilə həyata vəsiqə qazanan layihə, adından da göründüyü kimi, ümumi abadlaşdırma işlərilə yanaşı, həm də şəhərimizin təmizliyini hədəfləyir ki, Bakının bugünkü durumunda bu çox önəmlidir. Layihənin ən ürəkaçan cəhəti isə odur ki, o, bəzi hallarda olduğu kimi, tədbir bitən kimi fəaliyyətinə son qoymayacaq. Yəni Olimpiada sonrası layihənin tamamlanması nəzərdə tutulmayıb və istənilən nəticə əldə olunana qədər davam edəcək.

Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işlərinin masştabını ölkə başçısının buraya reallaşan intensiv gəlişləri də təsdiqləyir. Belə ki, sonuna yaxınlaşdığımız 2014-cü ildə Prezident İlham Əliyev Binəqədi rayonuna 5 dəfə səfər edərək aparılan müxtəlif tikinti obyektlərində işlərin gedişi ilə tanış olub, inşaatı bitən obyektlərin isə açılışını edib. Bunlar martın 26-da rayon ərazisində tikilən yeni məscid kompleksində inşaat işlərinin gedişi ilə tanışlıq, mayın 28-də rayonun avtomobil yollarının genişləndirilməsi, yeni körpülərin salınması və mövcud körpülərin yenidən qurulması layihələri ilə tanışlıq, avqustun 11-də rayondakı 115 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanışlıq, sentyabrın 13-də 182 saylı tam orta məktəbin yeni binasının açılışı və 22 oktyabrda Biləcəri qəsəbəsində Stend Atıcılığı İdman Kompleksində tikinti işlərinin gedişi ilə tanışlıq səfərləri olub ki, bu yüksək səviyyədə nəzarətin də işlərin daha sürətli və keyfiyyətli görülməsinə stimul verdiyi şübhəsizdir.

Binəqədi Rayon İcra Hakimiyyətinin önəm verdiyi daha bir vacib məsələ rayonda, bayram tədbirlərindən əlavə, ən müxtəlif mövzularda maarifləndirici tədbirlərin keçirilməsidir. RİH ictimai-siyasi şöbəsinin operativ fəaliyyəti nəticəsində bu tədbirlərlə bağlı məlumatların anında KİV-ə ötürülməsi ilə isə il boyu burada baş tutan görüş və tədbirlər mətbu orqanlarda işıqlandırılır. Belə tədbirlərdən biri də ötən həftə sonu - dekabrın 5-də «Milli-mənəvi dəyərlər: tarixilik, varislikmüasirlik» mövzusunda rayon gəncləri ilə keçirilən görüşdür. Görüşdə Baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, müavini Gündüz İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov mövzu ilə bağlı çıxışlar edərək gəncləri maraqlandıran sualları cavablandırıblar. Qloballaşmanın yaratdığı bu həssas dönəmdə gənclərimizin müxtəlif dini təmayüllərin təsiri altına düşməməsi, onların milli mənlik şüurunun inkişaf etdirilməsi baxımından belə tədbirlərin keçirilməsinin önəmini əlavə şərh etməyə ehtiyac yoxdur və belə tədbirlərin digər rayon gəncləri üçün də təşkili arzuolunandır.

Lakin təbii ki, bütün sadalananlar rayonda artıq bütün problemlərin çözüldüyü anlamına gəlməməlidir. Elə problemlər var ki, onun həlli hətta illərlə uzana bilər. Belə problemlərdən birirayonun qəsəbələrində xaotik vəziyyətdə necə gəldi tikilmiş fərdi evlərlə bağlıdır. Bakının digər rayonları ilə müqayisədə Binəqədi rayonunun «payına» daha çox belə tikililərin düşdüyü də faktdır. Bu ərazidə şəhərsalmanın ən böyük problemlərindən olan qanunsuz tikintilərə ötən əsrin 90-cı illərindən rəvac verilib. Qarabağ müharibəsinin getdiyi, ölkədə hərc-mərcliyin tüğyan etdiyi həmin illərdə heç bir mühəndis-kommunikasiya xəttinin çəkilmədiyi, neft mədənlərinə aid ərazilər heç bir sənədləşmə aparılmadan müharibənin od-alovundan baş götürüb qaçan sadə insanlara satılıb ki, ötən müddət ərzində bu, istər burada məskunlaşanların, istər ərazinin əsl sahibi olan neft şirkətlərinin, istərsə də rayonun icra strukturlarının əsl başağrısına çevrilib. Artıq addım-addım da olsa, son illər problemin üzərinə gedilir və insanların kompensasiya verilərək köçürülməsi ilə həmin ərazilər müasir şəhərsalmanın tələblərinə uyğun tikililərlə görkəmini dəyişir.

Yuxarıda da qeyd etdiyimiz kimi, Binəqədi Rayon İcra Hakimiyyəti bu yazı müsabiqəsini ildə bir neçə dəfə keçirirsevindirici haldır ki, hər yazını başlama ərəfəsində rayon ərazisinə getdiyimizdə fərqli mənzərənin şahidi olur, rayonun bir qədər də abadlaşmasından qürur duyuruq. Burada qəsəbələrarası çəkilən yollar, ucalan müasir standartlara uyğun binalar hər keçən gün rayonun simasını dəyişir, onu daha abad, daha yaraşıqlı məkana çevirir. Bu inkişaf tampi isə sakinlərdə çox yaxın zamanlarda su dolan zirzəmilər, illərlə yenilənməyən su-kanalizasiya boruları, uzun müddət istismar olunmaması üzündən korroziyaya uğrayan istilik sistemləri, su, qaz, elektriklə bağlı ciddi kommunal problemlərin keçmişdə qalacağına ümid yaradır. Bu inkişaf həm də bəzi cığal həmkarlarımızın rayon ərazisində həllini gözləyən problemli sahələri qabartmaqla şəkillər dərc etməsinə rəğmən davam edirbunun davamlı olacağına inam yaradır.

 

Samirə SƏFƏROVA

 

Yazı Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə elan etdiyi müsabiqəyə təqdim olunur.

 

Bakı xəbər.- 2014.- 8 dekabr.- S.15.