Gənclər bayramı gəncliyin milli şüurunun formalaşmasında necə rol oynayır?

 

 Gənclərimizin iştirakı ilə həyata keçirilən çoxsaylı ictimai-siyasi, mədəni-sosial proqramlar o qədər çoxdur ki, sadalamaqla qurtarmaz. Çağdaş Azərbaycan tarixinin elə bir səhifəsi, elə bir ili, ayı tapılmaz ki, orada gənclərimizin dəst-xətti olmasın. Gənclərimiz tariximizin inkişafında yaxından iştirak edir. Əlbəttə, gənclərimizin zəkasından yaranan neçə-neçə layihə, proqram ölkəmizdə müsbət qarşılanır.   

 Bundan başqa, müasir tariximizdə elə günlər var ki, onlar gənclərin həyatında əlamətdar rol oynayır. Bu gün həm də onlarda milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişafına ciddi təkan verir. Belə yaddaqalan, müstəsna günlərdən biri, bəlkə elə ən birincisi 2 fevral-Ümumrespublika Gənclər Günüdür. Bildirək ki, Azərbaycanın sabiq Prezidenti, azərbaycançılıq, bütövlük ideyasının müəlliflərindən biri Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət gənclər siyasəti mövcuddurindi həmin siyasət daha qətiyyətlə həyata keçirilir.    Tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, respublikamızda xüsusi dəyərə malik olan 2 fevral gəncliyin həyatını məqsədyönlü şəkildə yönəldən, onları yeni uğurlara istiqamətləndirən bir gündür: "Ölkədə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Heydər Əliyev gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Həmçinin, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdmanTurizm Nazirliyinin yaradılması (hazırda Gənclər və İdman Nazirliyi), müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan Gəncləri Günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Ulu öndər gəncləri vətənpərvər, milli məfkurəyə, milli mənlik şüuruna bağlı görmək istəyirdi. Çünki onun özü belə idi. Vətənini, xalqını, torpağını çox sevirdibu sevgiyə sadiqliyini də həyatı, fəaliyyət boyu sübut etmişdi. O özündən sonra tükənməz bir vətənpərvərlik irsi, nümuməsi qoyub. Ümummilli liderin gənclər üçün etdikləri gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi. Bütövlükdə gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bunun möhkəm olması isə yetişən nəslin sağlam təfəkküründən, düşünmə qabiliyyəti və mübarizliyindən asılıdır. Bütün dövrlərdə millətinin adını tarixə yazan sağlam gənc qüvvələr olub". 

  H.Məhərrəmova bildirdi ki, müasir zəmanəmizin gəncləri çox aktiv və dinamikdir. Bu gün istər təhsilimizdə, istər idman sahəsində, istər tibb, elm, mədəniyyət, istər sosial-iqtisadi həyatda yetərincə aktiv fəaliyyət göstərən, savadlı, yüksək intellektual dünyagörüşə, dərin biliyə malik gənclər var. Qeyd edə bilərik ki, 2 fevral 1996-cı ildən bəri Azərbaycan Respublikası Prezidentinin razılığı ilə ölkədə Azərbaycan gənclər forumu keçirilir. Bu forumda ölkənin bütün regionlarından, demək olar ki, son bir ilə qədər 2 minə yaxın gənclər təşkilatı çıxış edib. Forum dövlət orqanları, gənclər təşkilatları, ümumiyyətlə bütün gənclərin qarşısına məsuliyyət qoyur. Ən əsas tapşırıq gənclərin inkişafedici fəaliyyətlərinin təşkili, onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi olur. Görülən tədbirlər öz nəticəsini tez bir zamanda göstərir. Beləliklə, 1997 ci ildən başlayaraq 2 fevral Azərbaycan Prezidentinin sərəncamı ilə ölkədə "Gənclər günü" kimi qeyd edilməyə başlayır. 

 Tarixçi Həyat Məhərrəmova Gənclər Gününün yaranması tarixinə nəzər salmazdan əvvəl bildirdi ki, bu gün gənclərin öz iradəsini ifadə etməsi, onların respublikamız üçün dəyərli olması baxımından çox əhəmiyyətlidir: "Gənclər Günü ölkəmizdə geniş şəkildə qeyd edilir. Bu da onu göstərir ki, Azərbaycan dövləti gənclərə, onların fəaliyyətinə, əməyinə çox böyük önəm verir. Gəncliyimiz günü-gündən dövlət işlərində daha fəallıq göstərir. Bilirik ki, Beynəlxalq Gənclər Günü 1998-ci il 8-12 avqust tarixlərində Lissabonda keçirilən gənclər işi üzrə nazirlərin ümumdünya konfransında səslənən təklifə əsasən təsis olunub. 1999-cu ildə bu təklif müzakirəyə qoyulduqdan sonra 12 avqustun "Gənclər Günü" kimi qeyd olunmasına razılıq verilir. Azərbaycanda 2 fevral 1996-cı ildə Prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1997-ci ildən başlayaraq Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər Günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən konfransda BMT-nin qərarı ilə avqustun 12-si beynəlxalq aləmdə Gənclər Günü elan edilib. Görünən odur ki, Azərbaycanda gəncliyə dövlət qayğısı sabahauğurlara hesablanan bir siyasətdir. Eyni zamanda, yeridilən sözügedən siyasət sağlamintellektual nəslin formalaşmasına xidmət edir. Məsələ ondadır ki, Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. Dövlət başçısının təsdiq etdiyi, gənclərin xaricdə təhsil almasına dəstək verən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaratdı. İndi bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur". 

  Tarixçi bildirdi ki, gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlət başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Onun dediyinə görə, bölgələrdə də olimpiya komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın olimpiadadünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur: "Gənclərin məşğulluğunun təmin olunması üçünmühüm addımlar atılır. Heydər Əliyev Fondunun dəstəyi, Mehriban Əliyevanın sədrliyi ilə keçirilən, dünyanın yüz ölkəsindən beş yüzə yaxın qonağın qatıldığı "Gənclərin Məşğulluq Sammiti"nə ev sahibliyi edən Azərbaycan məşğulluq probleminin aradan qaldırılması istiqamətində gördüyü işləri qürurla ortaya qoydu. Bu diqqət gənclərin fəallığını da artırır, onları səfərbər edir. İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 200-ə yaxın gənclər təşkilatı fəaliyyət göstərir, minlərlə gənc lider yetişib. Bütün bu görülən və görüləcək işlərin gənclərin milli mənlik şüurunun, vətənpərvərlik hisslərinin inkişafında mühüm rol oynayacağını düşünürük. Çünki Azərbaycan gəncliyinin potensialı çox geniş və çoxşaxəlidir. O üzdən, bəzi tarixi günlərin gənclərdə vətənpərvərlik hisslərinin inkişafında rolunu düzgün qiymətləndirmək lazımdır".  

 Gənclər Gününün gənclərin həyatında mühüm rol oynadığı bəllidir. Bu gün həm də gəncliyin həmrəyliyi, birliyi günü kimi xarakterizə edilir. Ölkədə və xaricdə yaşayan, təhsil alan, işləyən, ictimai-siyasi işlərlə məşğul olan gənclər bir araya gəlirlər. Gənclər Günü ərəfəsində bu mühüm günlə əlaqədar gənclər bir sıra yaradıcılıq proqramları çərçivəsində müsbət işlər görürlər. Bu da yaradıcı gənclərin potensialının üzə çıxarılmasına yardımçı olur.   

Gənc kinoşünas Aydan Şükürlünün dediyinə görə, Azərbaycanda 2 fevral-Gənclər Gününün keçirilməsi gənclərin həyatını dəyişib. Bu günün özəlliyindən danışan gənc kinoşünas deyir ki, Gənclər Günündə yaradıcı gənclərin kitabları çap olunur, musiqiləri yazılır, sərgiləri keçirilir, onlara film, klip çəkməyə yardım edilir. Bu gün çərçivəsində həyata keçirilən bütün yaradıcılıq layihələrinin gənclərin yaradıcılığının inkişafına, onların ictimai fəaliyyətinin güclənməsinə yönəldildiyini deyən kinoşünas bildirir ki, gənclər 2 fevralı öz birlik, bərabərlik günü hesab edir: "Gənclərin həyatında mühüm gün olan 2 fevral-Gənclər Günü biz gənclərin fəaliyyətində, həyatında xüsusi rol oynayır. "Fevraldan əvvəl və sonra müxtəlif tədbirlər, dəyirmi masalar, görüşlər, müsabiqələr, sərgilər keçirilir. İstər Bakıda, istərsə də bölgələrdə keçirilən tədbirlərə ölkənin fəal, ictimai işlərdə seçilən gəncləri toplaşır. 2 fevralın əhəmiyyəti həm də ondan ibarətdir ki, gənclər bir-birini tanıyır. Bu da gəncliyin birliyinə xidmət edir. 2 fevral tarixi gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Bu həm də milli mənlik şüurunun inkişafı baxımından önəmli əhəmiyyət kəsb edir. Hər bir gəncin bu sahədə olan düşüncələri, heç şübhəsiz, hər növbəti il üçün daha da faydalı nəticələrə gətirib çıxaracaq.    İndiyə qədər gənclərlə bağlı Azərbaycanda qəbul olunmuş qərarlar, sərəncamlar, fərman və qanunlar ölkəmizdə bu sahədə daha sistemli işlərin görülməsinin göstəricisidir. Xüsusən də postsovet ölkələri ilə müqayisədə Azərbaycanda gənclərə dövlət qayğısı daha üstün səviyyədədir. Bu məsələdə biz daha irəlidəyik. Azərbaycanda həm də Gənclər Fondu fəaliyyətə başlayıb. Bu Fondun həyata keçirdiyi layihələr çərçivəsində gənclər böyük işlər görür".  

Dünən Azərbaycanda növbəti dəfə Gənclər Günü qeyd edildi. Bu, respublika gənclərinin mənəvi, intellektual, milli şüura bağlılıq və vətənpərvərlik ideyalarının vahidliyi, tamlığı günüdür.        

 

 

İradə SARIYEVA

Bakı xəbər.-2014.-3 fevral.-S.12.