Azərbaycan dünya sivilizasiyasının ən qədim mərkəzlərindən biri kimi...

 

Qəzetimizin həyata keçirməyə başladığı bu yeni layihə Azərbaycanın dövlətçilik tarixi, milli adət-ənənələri, elm mədəniyyətinin təbliği ilə bağlıdır. Hesab edirəm ki, kifayət qədər maraqlı və vacib mövzudur. Əlbəttə, bu mövzunun geniş şəkildə araşdırılması, müxtəlif rakuslarda təhlil edilməsi önəmli məsələdir. Qarşıdakı aylar ərzində üzərimizə düşən bu işi görməyə çalışacağıq. Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, elminin elə qatları var ki, onların araşdırılaraq üzə çıxarılması qarşıda duran əsas işlərdəndir.

Bilirik ki, Azərbaycanın zəngin dövlətçilik tarixi varbu ənənə ilə əsrlərdir öyünürük. Bizim qarşıda duran əsas vəzifələrimizdən biri Azərbaycanın dövlətçilik tarixini, milli adət-ənənələrini, elm və mədəniyyətini effektli şəkildə təbliğ etməkdən ibarətdir. İlk yazımızda Azərbaycanın dövlətçilik tarixindən geniş şəkildə danışmaq istəyirik. Müasir Azərbaycan Respublikası yox yerdən yaranmayıb və onun söykəndiyi qədim dövlətçilik ənənələri var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan tarixi, mədəniyyəti, adət və ənənələri haqda çox qiymətli fikirlər bildirirdi: "Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli köklərə bağlı yeni təfəkkürlü gənc nəsil yetişdirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmişxalqa göstərməyə nail olmuşuq. Xalqımız hər bir dövrdə öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir".

Azərbaycanın dövlətçilik tarixinə bundan yaxşı töhfə ola bilməz. O bu böyük məsələyə daha dəqiq izah verib.

Tarixçi Həyat Məhərrəmova Azərbaycan tarixinin keçmişdən indiyə qədər keçdiyi yol haqda maraqlı qeydlər etdi.

Onun sözlərinə görə, XX yüzilin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir: "Şimaldan Baş Qafqaz dağları, qərbdən Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən Xəzər dənizi, cənubdan isə Sultaniyyə-Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafına başlandığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Hazırda Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan xalqı bu ərazidə - tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaradıb. Heydər Əliyev deyirdi: "Biz nadir irsin varisiyik. Hər bir Azərbaycan vətəndaşı bu irsə layiq olmağa çalışaraq böyük bir tarixi keçmişi, zəngin mədəniyyəti, yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır". Bəllidir ki, ulu babalarımızın yaratdığı tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyanın ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi - İran körfəzi regionuna daxil idi. Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətinin formalaşmasında, həmçinin, bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu ölkəmizdə və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir. Azərbaycan ərazisi bu diyarın, dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma (Naxçıvan) mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əvvəl mövcud olmuş Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdığı əraziyə daxil olduğunu sübut edir. Bu nadir tapıntıya görə Azərbaycan ərazisi "Avropanın ən qədim sakinləri" xəritəsinə daxil edilib".

H.Məhərrəmova bildirdi ki, Azərbaycan torpaqlarının qədim yaşayış məskəni olduğunu Heydər Əliyev dəfələrlə vurğulayıb və bundan da tədqiqatçılar yeni prinsipi öyrəniblər: "Ümummilli lider deyirdi: "Azərbaycan insanın, bəşəriyyətin beşiyi olan nadir ölkələrdən biridir. Burada həyat çox erkən yaranmışdır və Azıx mağarasında tapılmış azıxantrop Azərbaycanın ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustandakı və Gəmiqayadakı qayaüstü təsvirlər və petroqliflər, Kür-Araz

Xocalı mədəniyyətlərinə aid maddi mədəniyyət nümunələri, Kurqan tapıntıları sübut edir ki, hətta miladdan əvvəlki minilliklərdə də Azərbaycanda inkişaf etmiş mədəniyyət mövcud olmuşdur". Tarixdən də bəllidir ki, dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ qədim dövrdən (paleolit) başlayaraq yüksək mədəniyyət yaradıb. Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində (neolit) Azərbaycan əhalisi oturaq həyata keçib, əkinçilik, maldarlıq, müxtəlif sənət sahələri ilə məşğul olmağa başlayıb. Azərbaycan ərazisindəki mədəni-iqtisadi tərəqqinin təsir dairəsi getdikcə genişlənməkdə idi. E.ə. IV minilliyin sonu - III minillikdə təşəkkül tapıb. Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları, əkinçiliklə bağlı əmək alətləri və məişət avadanlıqları, müxtəlif növ sənətkarlıq məhsulları Azərbaycan xalqının dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri olduğunu göstərir".

Tarixçinin sözlərinə görə, Azərbaycan xalqı, eyni zamanda, dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır": Azərbaycan xalqı təqribən 5 min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əvvəl IV minilliyin sonu - III minilliyin əvvəllərindən başlayaraq Urmiya hövzəsində yaranıb. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanda Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, AkkardAşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr mövcud idi. Fəal xarici siyasət yeridən ən qədim Azərbaycan dövlətləri öz torpaqlarını xarici təcavüzlərdən uğurla qoruyurdular. Qədim Azərbaycan tayfa birliyi olan Qutilər hətta özlərinin qüdrətli qonşuları olan Akkard dövlətini məğlub etmiş, öz dövlətlərinin sərhədlərini İran körfəzinə qədər genişləndirmiş, bu ərazidə yüz ilə qədər bir müddət ərzində hökmranlıq etmişlər. Onlar özlərindən asılı hala saldıqları AkkardŞumerin dövlət idarəçiliyi qaydalarından faydalandıqları kimi qədim Azərbaycanın mütərəqqi idarəçilik mədəniyyətini də həmin ölkələrə yaymışlar. Urmiya ətrafından başlayaraq, zaman-zaman Dəclə və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki ərazilərdə ağalıq edən qədim Azərbaycan dövlət qurumları - Lullubi və Qutilər təkcə Azərbaycanın deyil, ümumiyyətlə qədim Şərq dövlətçiliyinin tarixində də dərin iz qoymuşlar. Qonşuluqdakı digər qədim Şərq dövlətlərindən fərqli olaraq Qutilərdə hökmdarların seçilməsi qaydası vardı. Hakimiyyət irsi keçmirdi. Quti hökmdarları məmləkəti öz canişinləri vasitəsilə idarə edirdilər. Canişinlər idarəçilik sahəsində geniş müstəqilliyə malik idilər. Görünür, bütün bunlar qədim Azərbaycan dövlətlərinin, Dəclə və Fərat vadiləri də daxil olmaqla, İran körfəzinə qədərki geniş ərazilərdə uzun müddət hökmranlıq etməsində az rol oynamamışdı. Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlib, ölkə ərazilərində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranıb. Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) şahları, AtropatenaAlbaniya kimi qüvvətli dövlətlər mövcud olub. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəldilməsində, ölkənin iqtisadi-mədəni tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar".

Azərbaycanın dövlətçilik tarixindən gələn yazılarımızda daha ətraflı danışacağıq. Bütün bunlar hər birimizi maraqlandıran məsələdir. Azərbaycan tarixinin inkişafı zaman-zaman mədəniyyətimizin, adət-ənənələrimizin, elm və təhsilimizin, ədəbiyyatımızın tərəqqisinə səbəb olub. Azərbaycan xalqı dövlətçilik tarixinə, ənənələrinə malik bir xalq olaraq o təməllər üzərində böyük mədəniyyət hadisələri yaradıb. Ululardan bizə yadigar qalan bir çox adət və ənənələr var ki, onlar kiçik dəyişikliklərə uğrasalar da özlərini qoruya biliblər. Bu adətlər, məişət və mədəniyyət hadisələri xalqımızın ümummilli dəyəri olaraq öz yerini qoruyub saxlayır. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğindən danışarkən müxtəlif dövrlərin hadisələrini təhlil etmək lazımdır. Əlbəttə, burada bizə daha çox mütəxəssislərin köməyi dəyə bilər. Zəngin Azərbaycan tarixinin xalqımızın inkişafında rolu böyükdürbu tarixin geniş təbliğinə ehtiyac var.

 

İradə SARIYEVA

 Bakı xəbər.-2014.- 1 iyul.- S.15.